"Miss-2024"ün finalçısı itkin düşdü
Rusiyanın Buryatiya Respublikası üzrə İstintaq Komitəsi "Miss Buryatiya 2024" müsabiqəsinin finalçısı Seseg Buinovanın qəribə şəraitdə yoxa çıxması ilə bağlı cinayət işi açıb.
Sonxeber.az Lent.az-a istinadla bildirir ki, taksi sürücüsü kimi fəaliyyət göstərən Buinova aprelin 12-nə keçən gecə iş zamanı yoxa çıxıb. Məlum olub ki, tanışı Stanislav Norboev də onunla birlikdə itkin düşüb.
Axtarışlar başlayandan sonra Ulan-Ude şəhərinin həyətlərindən birində Buinovaya məxsus "Mitsubishi Outlander" markalı avtomobili nömrələri qoparılmış halda tapılıb. Avtomobilin şüşəsinin sürücü tərəfində qana bənzər ləkə aşkar edilib. Könüllülər itkin düşən qadının papağını, ayaqqabılarını və elektron siqaretini, habelə Norboyevin əşyalarını və sənədlərini bir neçə fərqli yerdə tapa biliblər.
"Axtarış zamanı aşkar edilmiş cinayət işi üçün mühüm əhəmiyyət kəsb edən əşyalar hərtərəfli yoxlanılıb, onların səthindən müxtəlif məhkəmə-tibbi ekspertizaları üçün lazım olan izlər götürülüb", - RF İstintaq Komitəsinin Buryatiya Respublikası üzrə şöbəsi bildirib.
İtkin düşən 30 yaşlı qadının həyat yoldaşı və iki övladı var. Aprelin əvvəlində Seseg Buinova "Miss Buryatiya – 2024" respublika gözəllik müsabiqəsində iştirak edərək finalda "Top Model" adını qazanıb.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1111 Tarix: 18 aprel 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İran ABŞ-yə Hörmüz boğazı ilə bağlı PLAN TƏQDİM ETDİ
İran ABŞ-yə Hörmüz boğazında normal gəmiçiliyin bərpasını nəzərdə tutan yeddigünlük plan təqdim edib. xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb. Məlumata görə, İranın xarici işlər naziri Abbas Əraqçının təqdim etdiyi plana əsasən, ABŞ təklif olunan şərtləri qəbul etdiyi anda
27 sentyabrTürkiyədə əcnəbilərə qanunsuz yolla vətəndaşlıq verən 74 nəfər saxlanılıb
Türkiyədə əcnəbilərə qanunsuz yolla vətəndaşlıq verən 74 nəfər saxlanılıb. "Report" "Haber Global"a istinadən xəbər verir ki, İstanbul Baş Polis İdarəsi tərəfindən həyata keçirilən əməliyyat şəhərin 13 rayonunu əhatə edib. Əməliyyat nəticəsində 1070 nəfər əcnəbiyə qanunsuz vətəndaşlı
27 sentyabrTramp Zelenskidən bunu xahiş etdi
ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Vladimir Zelenskidən Rusiyanın neft emalı zavodlarına endirilən zərbələrin intensivliyini azaltmağı xahiş etdiyini açıqlayıb. xəbər verir ki, Tramp İllinoysda jurnalistlərə bildirib ki, "Bu, maraqlı məsələdir. Mən Prezident Zelenski ilə danışdım, dedi
28 sentyabrİnsan Hüquqları Müdafiəçisi Brüsselə işgüzar səfərini yekunlaşdırdı
İnsan Hüquqları Müdafiəçisi Brüsselə işgüzar səfərini yekunlaşdırıb. xəbər verir ki, bu barədə İnsan Hüquqları Müdafiəçisi məlumat verib. İnsan Hüquqları Müdafiəçisi Anahit Manasyanın Brüsselə işgüzar səfərinin əsas diqqət mərkəzində İnsan Hüquqları Müdafiəçisi təsisatının müstəqilliyinin və effekti
28 sentyabrƏraqçi: Hörmüz boğazının açılması şərtlərin yerinə yetirilməsindən asılıdır
Hörmüz boğazının açılması İran tərəfinin ABŞ-yə təqdim etdiyi şərtlərin yerinə yetirilməsindən asılıdır. "Report" ISNA-ya istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində ABŞ rəsmiləri ilə keçirilən görüşlərin yekunların
27 sentyabr