Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlandı + YENİLƏNİB

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlandı + YENİLƏNİBBakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb.

Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi İctimai Birliyinin (ABTM) təsisçisi olduğu Bakı Fransız Liseyi Təhsil Kompleksinin (BFL) ləğv olunması haqqında qərar qəbul edib.

Qərarın qəbul edilməsində əsas səbəblər 10 illik fəaliyyəti ərzində BFL-in şagird sayının fəaliyyət planında nəzərdə tutulan saydan əsaslı şəkildə aşağı olması, saxlanma xərcləri ilə bağlı çətinliklər, habelə fəaliyyətin iqtisadi cəhətdən səmərəli olmamasıdır.

Belə ki, 320 şagird üçün nəzərdə tutulan məktəb, bu illər ərzində təsisçi tərəfindən təyin edilən hədəfə çatmayıb, 200 nəfərlik baryeri (60%) keçə bilməyib, bu isə öz növbəsində məktəbin rentabelliyinə ciddi şəkildə təsir göstərib və təsisçi öz büdcəsindən hər il BFL-in fəaliyyətinin davam etdirməsi üçün əlavə xərcləri qarşılamaq məcburiyyətində qalıb.

Qeyd olunanları nəzərə alaraq cari vəziyyətdə BFL-in bundan sonrakı fəaliyyətini davam etdirməsi təsisçi tərəfindən mümkünsüz hesab edilib.

BFL-də tədris ilinin 01.07.2024-cü il tarixində başa çatacağını nəzərə alaraq şagirdlər təhsil proqramının sonuna qədər təhsillərini davam etdirəcək və ləğv olunma haqqında qərar yalnız 01.07.2024-cü il tarixindən qüvvəyə minəcək.

15:38

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) fəaliyyəti dayandırılacaq Bakı Fransız Liseyində təhsil alan şagirdlərin valideynlərinə müraciət edib.

İdarədən Sonxeber.az-a daxil olan məlumata görə, özəl təhsil müəssisəsi olan Bakı Fransız Liseyi təsisçinin qərarı ilə fəaliyyətini dayandırır. Ancaq cari tədris ilinin sonuna qədər liseydə tədris prosesi davam etdiriləcək.

Valideynlərin müraciəti olduğu halda liseydə təhsil alan uşaqların dövlət təhsil müəssisələrinə köçürülməsi (https://sy.edu.az/login) təmin edilə bilər. Əlavə sualı olan valideynlər Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Çağrı Mərkəzinə (146-1) zəng etməklə dövlət ümumi təhsil müəssisələri (https://bakimektebleri.edu.az/) haqqında məlumat ala bilərlər.

Bununla yanaşı, şagirdlər digər özəl məktəblərdə də təhsillərini davam etdirə bilərlər.

14:45

"Bakı Fransız Liseyinin fəaliyyətini dayandıracağı doğrudur".

Bunu Oxu.Az-ın müvafiq sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən bildiriblər.

Qeyd olunub ki, liseyin şagirdləri valideynlərinin istəyi ilə Bakıdakı digər özəl və dövlət məktəblərinə yerləşdiriləcəklər.

Xatırladaq ki, Bakı Fransız Liseyinin açılışı 12 sentyabr 2014-cü ildə olub.

Liseyin tədris planı uşaq bağçasından başlayaraq 12 illik ümumi təhsil müəssisəsində tətbiq edilən klassik fransız tədris planı əsasında qurulub. Tədris proqramı Fransa milli təhsil sisteminin tələblərinə uyğun olaraq fransız dilində aparılır. Şagirdlərə veriləcək attestat Fransa Milli Təhsil Nazirliyinin standartlarına və tələblərinə uyğun olacaq və nazirlik tərəfindən tanınacaq. Məktəbin məzunları öz seçimlərinə uyğun olaraq təhsillərini Fransanın istənilən ali təhsil müəssisəsində davam etdirmək imkanı qazanırlar.

14:09

Bakı Fransız Liseyi fəaliyyətini dayandırır.

Sonxeber.az xəbər verir ki, bununla bağlı liseydə təhsil alan uşaqların valideynlərinə məktub göndərilib.

Təhsil müəssisəsinin rəhbərliyi adından göndərilən məktubda orada təhsilin tədris müddəti bitənə qədər davam edəcəyi qeyd olunub.

Yeni tədris ilindən lisey fəaliyyət göstərməyəcək.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 964   Tarix: 19 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Sığınacaqda yerləşdirilən uşağın qohumları hədə-qorxu gəlir

Azərbaycan Uşaqlar Birliyi – Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzində yerləşdirilən bir uşağın qohumları sığınacaq rəhbərliyinə hədə-qorxu gəlir, intiharla təhdid edirlər. xəbər verir ki, bu barədə Birliyin sədri Kəmalə Ağazadə özünün "Facebook" səhifəsində paylaşım edib. O bildirib ki, təxminə

11 fevral
.

Bu şəxsi görənlər dərhal polisə XƏBƏR VERSİN

Saatlı sakini itkin düşüb. DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan -a verilən məlumata görə, Saatlı rayon sakini, 1959-cu il təvəllüdlü Seyidov Mirhəsən Mirabdulla oğlu yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. M.Seyidovun əlamətləri belədir: boyu 162 sm., orta bədən quruluşlu, saçlar

12 fevral
.

"Paşinyanın "Armenpress"də dərc olunan məqaləsi dünya ictimaiyyətinə növbəti manipulyasiya cəhdidir" - DEPUTAT

"Ermənistanın baş naziri Nikol Paşinyanın "Armenpress"də dərc olunan məqaləsi dünya ictimaiyyətinə növbəti manipulyasiya cəhdidir. Məqalədə yer alan Azərbaycanın Ermənistana qarşı hücuma hazırlaşdığı və Qərbi Azərbaycan İcması ilə bağlı iddiaları ilə Paşinyan reallığı təhrif edir"

11 fevral
.

Uşaqların birinci sinfə qəbulunda yenilik tətbiq edilib

Uşaqların birinci sinfə qəbulu prosesində Abşeron rayonu, Bakı, Sumqayıt və Gəncə şəhərlərində yerləşən və sıxlıq müşahidə edilən bir sıra ümumi təhsil müəssisələrinə qəbul zamanı üstünlük hüququ (prioritet) tətbiq olunub. xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məluma

12 fevral
.

Bu kolbasa və sosisdə donuz əti aşkarlandı

Azərbaycanda sosis məhsulunun müayinəsi nəticəsində etiket məlumatında bəyan edilmədiyi halda, tərkibində donuz əti DNT-si aşkarlanıb. Bu barədə Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib. Bildirilib ki, istehlak bazarına nəzarət məqsədilə AQTA tərəfindən aparılan monitorinq zamanı "Bes

11 fevral
.

Bakının bu ərazilərində qaz olmayacaq

Səbail rayonu, Badamdar qəsəbəsi, T.Məmmədov küçəsi 64 ünvanında yeraltı orta təzyiqli qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğvi məqsədilə 12.02.2025-ci il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. xəbər verir ki, qaz təchizatı dayandırılan müddətdə S.İbrahimxəlilov, Ə.Nəzərov, Məktəbli

12 fevral
.

Bakıya qonaq gələn şəxs Tarqovıda öldü

Bakının Səbail rayonunda kişi küçədə ölüb. Teleqraf-a istinadla xəbər verir ki, Xaqani küçəsində halı pisləşən şəxs yerə yıxılıb. Hadisə yerinə təcili tibbi yardım briqadası gəlib və onun öldüyü müəyyən edilib. İlkin araşdırmalarla ölən şəxsin Ağsu rayon sakini 1959-cu il təvəllüdlü S.Feyzullayev olmas

12 fevral
.

Həkimlərə saxta sertifikatları kim verib? - Həbsxana gözləyən məmurlar

Plastik cərrahlarla bağlı qalmaqal ilk baxışdan səliqə-səhmanla yoluna qoyulur: KİV-də 50-yə yaxın plastik cərrahın sertifikatının saxta olduğu barədə xəbərlər yayılandan sonra hüquq-mühafizə orqanları araşdırmalara başladı, qısa araşdırmalardan sonra Baş Prokurorluq rəsmi açıqlama yaydı və diplomsu

11 fevral
.

Bu tələbələrin təhsil haqqını dövlət ödəyəcək

Azərbaycanda təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilən şəxslərin siyahısı genişləndirilir. xəbər verir ki, bununla bağlı "Təhsil haqqında" və "Peşə təhsili haqqında" qanunlara dəyişikliklər təklif olunub. Milli Məclisin Elm və təhsil komitəsinin bugünkü iclasında müzakirəy

12 fevral