Bu, ermənilərdən daha çox ermənipərəstləri pərt edib - Hulusi Kılıç

Bu, ermənilərdən daha çox ermənipərəstləri pərt edib - Hulusi KılıçHəmişə deyirlər ki, tarix yalnız mümkünsüzü mümkün edənləri ən təbii tərif sözləri ilə xatırlayar, məhz onların "möcüzə"lərindən ağız dolusu bəhs edər. İmkansızdır, yox olmaz deyənlər isə ümumiyyətlə, heç yada da düşməz, ya da ən yaxşı halda epizodik olaraq onlardan tarix kitablarında bəhs olunar.

Sonxeber.az bildirir ki, bu barədə Trend-ə açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq fövqəladə və səlahiyyətli səfiri ve "İMZA" İB-nin Türkiyə təmsilçisi Hulusi Kılıç deyib.

"Məsələn, bu mənada Makedoniyalı İskəndərin məhşur "Qordi düyünü"nü necə "açması", yaxud Sultan Mehmedin İstanbulu hansı dəmir iradə və cəsarətlə fəth etməsi kimi faktlar tarixçilərin haqqında bəlağətli sözlər yazdıqları ibrət götürüləsi misallardır. İndi özünüz düşünün, çox yox, cəmi 4 il əvvələ qədər hansımızın ağlına gələrdi ki, Qarabağ münaqişəsi həll olunacaq və gələcək nəsillərimizə bizdən acı və ağır miras kimi qalmayacaq və ya həll olunsa da, indiki şərtlər daxilində aradan qaldırılacaq?! Amma nə baş verdi? Münaqişə, Allaha min şükürlər olsun ki, həll olundu, özü də tamamilə bizim istədiyimiz nəticələri əldə etdik.

Artıq Rusiya sülhməramlı kontingenti də Azərbaycan torpaqlarını tərk edir. Özü də zamanından xeyli əvvəl, sakit şəkildə, "Bizim missiyamız bitdi!" rəsmi açıqlaması verilərək, onlar öz ölkələrinə qayıdırlar. Mən bir insan, Azərbaycan sevdalısı və bir vətənpərvər türk oğlu olaraq bu məsələnin bizim üçün olduqca önəmli olan emosional tərəfləri, sevinci haqqında çox danışa bilərəm, hətta sevincdən göz yaşları da tökə bilərəm və bu təbiidir. Lakin hazırkı tarixi anlarda baş vermiş bu mühüm olaya və bununla bağlı Azərbaycan və Rusiya ali rəhbərliyinin verdiyi qərara bir diplomat, ictimai-siyasi xadim kimi münasibət bildirmək istəyirəm.

İlk növbədə həqiqətən də, hər iki ölkənin liderlərini qəbul etdikləri bu mühüm və cəsarətli qərar münasibətilə təbrik edirəm. Prezidentlər İlham Əliyev və Vladimir Putin olduqca düzgün, rasional və necə deyərlər, sahədə yaranmış reallıqlara uyğun şəkildə, o reallıqlar nəzərə alınaraq, belə bir tarixi qərar qəbul ediblər. Fikrimcə, hər iki dövlət başçısı bu qərarları ilə obyektiv reallıqları düzgün qiymətləndirməklə yanaşı, həm də bəzi Qərb dairələrinin hər iki ölkəni, hətta deyərdim ki, Türkiyəni də oyuna gətirmək üçün cızdıqları planları alt-üst ediblər.

Məlumdur ki, o qüvvələr belə bir qarşıdurma yaratmaq üçün əllərindən gələni edirdilər. Planlar çox məkrli idi. ABŞ-dən bu məsələyə verilmiş şərhə diqqətlə baxın: "Rusiya Qarabağdan sülhməramlı kontingentini çıxrmaqla necə etibarsız müttəfiq olduğunu göstərdi!" Sitatın sonu. Sadəcə bu bəyanat özlüyündə həmin dairələrin bu hadisədən nə qədər məyus olduqlarını göstərir.

Fakt budur ki, onlar bu üç dövləti bir-birinə qarşı qoya bilmədiklərinin dərin təəssüf, hətta hüzn və xəyal qırıqlığına uğramaq kimi acı hisslərini yaşayırlar. Siz təəccüb etdinizmi? Deyə bilərsiniz ki, bunlar Ukrayna və Gürcüstanda və ya Moldovada Rusiya ilə açıq münaqişədədirlər. Moskvanı məcbur etmək istəyirlər ki, ordusunu oradan geri çəksin?! Elə deyirlər axı. Amma bizə gələndə belə bəyanat verib, dərin kədərə boğulurlar. Diqqət edin, indi ABŞ nümayəndəsi de-fakto Rusiyanı qınaq obyektinə çevirir ki, sən etibarsız müttəfiqsən və niyə Qarabağdan kontingenti çıxarırsan!?

Bir diplomat olaraq demək istəyirəm ki, belə bir məzmunlu açıqlama ciddi skandal və hətta təxribatdır. Belə mövqe tam mənası ilə sübut edir ki, regionda sülh və sabitliyin pozulması həmin ölkələrin marağındadır. Yoxsa "biz missiyamızı tamamladıq, Qarabağdan çıxırıq" bəyanatını verən bir ölkə, özü də beynəlxalq qanunlara əsasən başqa bir suveren dövlətin ərazisindəki sülhməramlı vəzifəsini başa vurub buradan çıxırsa, siz bundan niyə təəccüb etməlisiniz və ya narahat olmalısınız!?

Çox təbii və haqlı sual veririk. Səbəblər məlumdur. Əslində, biz bu barədə dəfələrlə danışmışıq. Onların bu mövqeyinin əsl səbəbi türkofobiya, Azərbaycanafobiya və islamofobiya, bir də ermənilərdən maksimum dərəcədə öz maraqları və məqsədləri üçün sui-istifadə etməkdir. Baxın, Fransa Qarabağdan çıxan ermənilərdən ibarət legion yaratmaq niyyətini heç gizlətmir də. Məqsəd nədir? Qarabağ ermənilərini terrorçu kimi yetişdirmək, Qafqaza göndərmək, bu da alınmasa, Ukrayna, yaxud da Afrika ölkələrində və ya kaloniyalarında onlardan muzdlu qatillər kimi istifadə etmək.

Məncə, erməni xalqı da, nəhayət, bu həqiqətləri görməlidir ki, Fransa onlar üçün necə pis sürprizlər hazırlayır, planlar qurur. Bir də tarixi unutmasınlar ki, həmin fransızlar ötən əsrin əvvələrində Osmanlının Maraş bölgəsində onları qızışdıraraq, türk əhalisinin qətlinə cəlb etmiş, sonra da məğlub olduqdan sonra erməniləri meydanda tərk edərək, necə aradan çıxmışdılar. İndi vəziyyət ermənilər üçün əgər belə qeyri-adekvat davranmaqda davam etsələr, daha da ağır olacaq.

Ümumiyyətlə, ermənilər də, digərləri də artıq bir həqiqəti qəbul etsələr, yaxşı olardı. Onun hər bir sözü artıq imza mahiyyəti daşıyır. Nə deyirsə, onu da icra edir. Axı, məsələn, siz ermənilər, niyə o böyük Liderin təkcə ölkəsi üçün deyil, bütün bölgənin parlaq, xoşbəxt və firavan gələcəyi naminə irəli sürdüyü faydalı ideyalardan istifadə etmək istəmirsiniz?! Gecikirsiniz. Sabah çox gec olacaq. Yenə də indi dizinizə bir dəfə vurursunuzsa ki, niyə zamanında onu dinləmədik, əmin olun, əgər o deyənləri etməsəniz, sabah bu peşmanlığı bir dəfə yox, yüz dəfə dilə gətirəcəksiniz və bu dəfə dizinizə deyil, başınıza döyəcəksiniz ki, kaş ki, ona vaxtında qulaq asardıq və İlham Əliyevin parlaq ideyalarından faydalanardıq!

Baxın, müharibə artıq bitib, bölgədə tarixdə heç vaxt olmadığı qədər sülh yaradılması fürsəti yaranıb. Ay erməni xalqı, bu fürsətdən sən də faydalan, özü də onu indi dəyərləndir, sabah qatar gedəcək və sizin üçün çox, həddindən artıq gec olacaq! Səmimi olaraq bu fikirləri həm də ona görə ifadə edirəm ki, biz Türkiyə olaraq Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olmasında maraqlıyıq.

Prezident Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevin bölgədə sülh və sabitlik yaradılması təşəbbüslərini tam müdafiə edir, onu dəstəkləyir və bu məqsədə nail olmaq üçün Türkiyənin hər cür fədakarlığa hazır olduğunu bəyan edir. Bu tarixi şansdır. Rusiya, Türkiyə və Azərbaycan Qafqaz regionunda sülh üçün real əməkdaşlıq edirlər. Xarici qızışdırıcı və təhrikedici faktorlara rəğmən, bu rasional addımlar atılır. Ən son artıq haqqında bəhs etdiyimiz Rusiya sülhməramlı kontingentinin Azərbaycan torpaqlarından çıxması və sonra da bununla bağlı həm Bakı, həm də Moskvadan verilən açıqlamalar nə qədər yerində və düzgün verilib, həmçinin, bu, necə deyərlər, "dövlət ağlı" ilə düşünülmüş qərarlar qəbul edilməsinin bariz nümunəsidir. Bu, həm də müasir beynəlxalq münasibətlər sistemində baş vermiş, münaqişənin hərbi-siyasi yolla həll olunmasının bir nümunəsi, hətta yenilik mahiyyəti daşıyan mühüm bir faktıdır", - deyə o bildirib.

H.Kılıçın sözlərinə görə, tarixi qərarlar qəbul etmək həm də bir cəsarət işidir, böyük dövlət xadimlərinə xas olan keyfiyyətdir:

"Bu mənada, Türk tarixində hər gün verdiyi qərarlarla silinməz izlər buraxan Prezident İlham Əliyevin xidmətləri danılmazdır. Bizdən sonra gələn nəsillərimiz bu gün bizim yaşadığımız, çox zaman fərqində olmadığımız tarixi olayları təhlil edib öz sözlərini mütləq deyəcəklər. Türk tarixi çox xaqanlar, hökmdarlar, dövlət başçıları görüb. Onların hər birini minnətdarlıq, dərin hörmət duyğuları ilə xatırlayırıq. Həqiqət budur ki, Türk milləti ona xidmət etmiş bütün böyük xaqanlarını, dövlət başqanlarını unutmadığı kimi, Prezident İlham Əliyevin xidmətlərini də əbədiyyətə qədər qəlbində və könlündə yaşadacaq", - deyə o qeyd edib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 670   Tarix: 20 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Deputatdan ŞAD XƏBƏR: Bu şəxslərin MAAŞI ARTIRILIR

Hərbi qulluqçuların əməkhaqlarının artırılması onların sosial təminatı və ailə büdcəsinin formalaşması baxımından mühüm məsələdir. Maaşlarda nəzərdə tutulan 22,8 faizlik artım hərbçilərin nominal gəlirlərinin yüksəlməsinə səbəb olmaqla yanaşı, inflyasiya və gündəlik xərclərin artımı fonunda real gəlirlər

28 sentyabr
.

Azərbaycanda Anım Günü qeyd olunur

Bu gün Vətən müharibəsinin başlamasından altı il ötür. Bu münasibətlə Azərbaycanda Anım Günü qeyd olunur. Altı il əvvəl Azərbaycan Ordusu Ermənistanın işğalçı siyasətinə və cəbhəboyu hərbi təxribatlarına cavab olaraq sürətli əks-hücum əməliyyatına start verib. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandan

27 sentyabr
.

Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq

Azərbaycanda orta aylıq əməkhaqqının yaxın illərdə artacağı gözlənilir. Maliyyə Nazirliyinin proqnozuna görə, 2030-cu ildə orta maaş 1 551,5 manata çatacaq. Vətəndaşlar üçün əsas sual orta maaşdan daha çox, minimum əməkhaqqının necə dəyişəcəyi ilə bağlıdır. Orta maaş 1 551 manata çatacaqsa, minimum əməkhaqq

27 sentyabr
.

Sabah Bakıda leysan olacaq - Xəbərdarlıq

Sentyabrın 29-da Bakıda və Abşeron yarımadasının bəzi ərazilərində fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin yaydığı xəbərdarlıqda bildirilib. Məlumata görə, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşə

28 sentyabr
.

Yüzlərlə kilometr köhnə avtobuslarda: Rayonlara gediş-gəliş niyə sınağa çevrilir?

Yayın qızmarında və ya qışın şaxtasında paytaxtdan rayonlara gediş-gəliş sərnişinlər üçün bəzən sınağa çevrilir. Şəhərlərarası sərnişindaşıma sistemində avtobus parkının yenilənməsi və xidmət keyfiyyətinin artırılması istiqamətində müəyyən addımlar atılsa da, marşrutlar üzrə mövcud vəziyyət eyni səviyyəd

27 sentyabr
.

Qazi aşpaz vəfat etdi - Foto

Vətən müharibəsi qazisi, gənc aşpaz İlkin Baxışov vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanov məlumat verib. O bildirib ki, İ.Baxışov Qazaxıstanda fəaliyyət göstərirmiş və 2 ay əvvəl Vətənə qayıdıb. Qazinin ölü

28 sentyabr
.

İlham Əliyevdən Azərbaycanın iqtisadi gələcəyi ilə bağlı mühüm mesajlar: İnvestisiya, enerji, logistika və rəqəmsal inkişaf yeni mərhələdə

Prezident II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində ölkənin iqtisadi inkişaf strategiyasının əsas istiqamətlərini açıqlayıb: 350 milyard dollardan çox investisiya, 2030-cu ilədək 25 milyon ton tranzit yükü, bərpaolunan enerji, süni intellekt və qeyri-neft ixracının genişləndirilməsi əsa

28 sentyabr
.

Jurnalist Əvəz Zeynallının dəfn yeri bilindi

Jurnalist Əvəz Zeynallının dəfn yeri məlum olub. xəbər verir ki, bu barədə vəkil Rəşad Vaqifoğlu məlumat yayıb. "Əvəz Zeynallının cənazəsi sabah saat 11.00-da öz evindən - Binəqədi rayonu, Batabat küçəsindən götürüləcək və Kürdəxanı qəbiristanlığında dəfn ediləcək", - deyə vəkil qeyd edib

28 sentyabr
.

Sabiq nazir qardaşı oğlunu vəzifədən azad etdi

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərova məxsus "İmprotex Group"a daxil şirkətlərdən biri - "İmprotex İndustries" MMC-nin rəhbəri dəyişib. Qaynarinfo Yurd.Media-ya istinadən xəbər verir ki, Ruslan Ələkbərov şirkətin qanuni təmsilçisi vəzifəsindən azad olunub

28 sentyabr