Yüzlərlə kilometr köhnə avtobuslarda: Rayonlara gediş-gəliş niyə sınağa çevrilir?

Yüzlərlə kilometr köhnə avtobuslarda: Rayonlara gediş-gəliş niyə sınağa çevrilir?Yayın qızmarında və ya qışın şaxtasında paytaxtdan rayonlara gediş-gəliş sərnişinlər üçün bəzən sınağa çevrilir. Şəhərlərarası sərnişindaşıma sistemində avtobus parkının yenilənməsi və xidmət keyfiyyətinin artırılması istiqamətində müəyyən addımlar atılsa da, marşrutlar üzrə mövcud vəziyyət eyni səviyyədə deyil. Bəzi istiqamətlərdə müasir standartlara uyğun avtobusların sayı artırıldığı halda, intensiv sərnişin axını olan digər bölgələrdə köhnə avtobus və mikroavtobuslarla bağlı şikayətlər davam edir. Məsələn, hazırda Lənkərana işıqlı və kondisionerli rahat avtobusda səyahət etmək mümkün deyil. Bu marşruta təyin olunan nəqliyyat vasitəsi köhnə "Mercedes" mikroavtobuslarıdır.

Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

İsmayıllı və Astara istiqamətində səfər edən bəzi sərnişinlər də komfortlu avtobusların çatışmazlığından şikayətlənirlər. Xüsusilə uzunməsafəli marşrutlarda köhnə nəqliyyat vasitələrindən istifadə sərnişinlərin rahatlığı və xidmət keyfiyyəti ilə bağlı suallar yaradır.

Yüzlərlə kilometr köhnə avtobuslarda: Rayonlara gediş-gəliş niyə sınağa çevrilir?

Məlumat üçün bildirək ki, ictimai nəqliyyatda sərnişindaşıma keyfiyyətinin yüksəldilməsi məqsədilə xəttə müasir və komfortlu avtobusların buraxılması Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən müəyyən edilən normativ və texniki şərtlər əsasında tənzimlənir. Rayonlararası marşrut xətləri daşıyıcılara müsabiqə yolu ilə verilir. Nəqliyyat vasitələrinin yaşı, ekoloji norması və ümumi texniki sazlığı nəzərə alınır.

AYNA nə deyir?

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) "Kaspi" qəzetinə verilən məlumata görə, qurum tərəfindən sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində 2023-2026-cı illər ərzində keçirilən müsabiqələr nəticəsində bütün istiqamətlər üzrə marşrut xətlərinə daha müasir və komfortlu nəqliyyat vasitələri cəlb olunub.

2023-cü ildə 92, 2024-cü ildə 106, 2025-ci ildə 241, 2026-cı ilin bu gününədək isə 147-dən çox marşrut reysi üzrə müsabiqə keçirilib.

Bu dövr ərzində şimal və cənub istiqamətləri də daxil olmaqla, 174 müasir avtobus şəhərlərarası daşımalara cəlb edilib. Bakı şəhərindən ölkənin digər şəhər və rayonlarına şəhərlərarası daşıma üzrə avtobus parkının 47 faizi yenilənib.

AYNA-nın məlumatına görə, təkcə paytaxtdan Quba istiqamətində bu il beş, Qusar istiqamətində üç, Xaçmaz istiqamətində isə bir ədəd 2026-cı il istehsalı olan nəqliyyat vasitəsi cəlb olunub. Beləliklə, Bakı-Quba istiqaməti üzrə avtobusların orta yaşı səkkiz il, Bakı-Qusar istiqaməti üzrə altı il, Bakı-Xaçmaz istiqaməti üzrə 10 il, Bakı-Xudat istiqaməti üzrə isə yeddi il təşkil edir.

Hazırda paytaxtdan şimal istiqaməti üzrə fəaliyyət göstərən avtobusların 65 faizi buraxılış ili 2019-cu il və sonrakı illər olan nəqliyyat vasitələridir.

Cənub bölgəsinə gəldikdə isə, qurumdan bildirilib ki, Bakı-Lənkəran istiqaməti üzrə buraxılış ili 2020-ci ildən sonrakı olan üç, Bakı-Astara istiqamətində isə bir nəqliyyat vasitəsi daşımalara cəlb olunub. Bu istiqamətlər üzrə avtobusların orta yaşı doqquz il təşkil edir. Hazırda paytaxtdan cənub istiqaməti üzrə fəaliyyət göstərən avtobusların 60 faizi buraxılış ili 2018-ci il və sonrakı olan nəqliyyat vasitələridir.

Rəqəmlər avtobus parkının yenilənməsi istiqamətində işlərin görüldüyünü göstərir. Bununla belə, bəzi istiqamətlərdə komfortlu avtobusların sayının niyə hələ də məhdud qalması sual doğurur.

Komfortlu avtobuslar niyə azdır?

Adının çəkilməsini istəməyən sahibkar deyir ki, cənub bölgəsində komfortlu avtobusların azlığı şəhərlərarası nəqliyyat sistemində mövcud iqtisadi problemlərlə əlaqədardır: "Bu gün müasir, komfortlu bir şəhərlərarası avtobusun qiyməti 250-300 min avro civarındadır. Hazırkı bilet tarifləri və amortizasiya xərcləri fonunda sahibkarın bu sərmayəni çıxarması riyazi olaraq mümkünsüzdür. Daşıyıcı hesablayır ki, 50 nəfərlik böyük avtobusu Lənkəran xəttinə salmaqdansa, həmin məbləğə 10 ədəd işlənmiş mikroavtobus alıb riski azaltmaq daha əlverişlidir. Bu səbəbdən müsabiqədə iştirak etməkdə maraqlı olmur".

Böyük avtobusların sərnişin axınına təsir edən amillərdən biri də avtovağzaldan kənarda fəaliyyət göstərən və sərnişinləri birbaşa ünvandan götürüb mənzil başına çatdıran taksi xidmətləridir. Sərnişin üçün daha çevik görünən bu xidmətlər bəzi hallarda avtobuslara alternativ yaradır.

"Avtobus parkında yenilənmə prosesi sürətlənib"

Nəqliyyat eksperti Eldəniz Cəfərov bildirir ki, son illər Bakıdan digər şəhərlərə sərnişindaşıma həyata keçirən avtobus parkında yenilənmə prosesi sürətlənib, marşrutlara daha müasir və komfortlu nəqliyyat vasitələri cəlb olunub: "Şəxsən özüm də bu yay mövsümündə bəzi rayonlarımıza avtobusla səfər etdim və həm qiymət siyasətindən, həm də mövcud rahatlıqdan çox razı qaldım. AYNA-nın elan etdiyi regional marşrut müsabiqələrinə böyük avtobus mülkiyyətçiləri tərəfindən maraq göstərilir".

"Daşıyıcıların özləri buna maraqlı olmalıdır"

Ekspert bildirir ki, bütün istiqamətlər üzrə vəziyyəti ideallaşdırmaq asan deyil və bəzi bölgələrdə müəyyən çatışmazlıqların olması mümkündür: "Bu məsələ daha çox sərnişindaşıma ilə məşğul olan daşıyıcı şirkətlərdən asılıdır. Düzdür, dövlət tərəfindən istismarda olan avtobuslara ciddi nəzarət olunur. Lakin komfort yaratmaq və müştərini cəlb etmək baxımından daşıyıcıların özləri maraqlı olmalıdırlar ki, daha keyfiyyətli xidmət təklif edib sərnişin sayını artırsınlar".

"Sahibkarlara dəstək mexanizmlərinə ehtiyac var"

Sərnişinlərin taksi xidmətlərinə üstünlük verməsinə toxunan E.Cəfərov qeyd edib ki, avtobusların müəyyən olunmuş dayanacaqlarda saxlaması və mənzil başına daha gec çatması səbəbindən taksi bəzi sərnişinlər üçün daha əlverişli görünə bilər. Bununla yanaşı, qiymət fərqi kifayət qədər böyükdür. Təhlükəsizlik amili baxımından da iri avtobuslar sərnişinlər üçün daha üstün seçimdir: "Bu sahə həm daşıyıcı şirkətlər, həm də sahibkarlar üçün rentabelli olmalıdır".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 44   Tarix: 27 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Metroda PULSUZ giriş: Niyə məhz bu iki stansiya? - AÇIQLANDI

Bu gündən etibarən Bakı Metropoliteni QSC-nin "Xocəsən" və "Avtovağzal" stansiyalarına giriş müvəqqəti pulsuz olacaq. Bu qərarın niyə məhz bu stansiyalara giriş üzrə tətbiq olunması müəyyən suallar doğurur. Bu barədə nəqliyyat eksperti Rauf Ağamirzəyev "Bakupost"a bildiri

27 sentyabr
.

Bakının bu qəsəbəsi YENİLƏNİR: Göl ətrafında bulvar salınır - VİDEO

Əmircan yenilənir, abadlaşdırılır. Qəsəbədə aparılan abadlıq işləri davam etdirilir. BİG.AZ "Xəzər" TV-yə istinadla xəbər verir ki, artıq göl kənarında salınan mini parklardan birində işlər yekunlaşıb. Görülən işlər sakinlərin də ürəyincədir. Onların sözlərinə görə, bu layihənin üstün cəhətlərində

27 sentyabr
.

Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR

Ailə cəmiyyətin əsas özəyidir və hər bir vətəndaşın ailə qurmaq hüququ konstitusiya ilə təsbit olunub. "Yeni Sabah"a istinadən xəbər verir ki, lakin bu hüquq mütləq xarakter daşımır - dövlət həm tərəflərin, həm də gələcək nəsillərin maraqlarını, fiziki və psixi sağlamlığını qorumaq məqsədil

27 sentyabr
.

91 yaşlı sabiq deputat vəfat etdi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq deputatı Zərifə Nəcəfova vəfat edib. "Qafqazinfo" xəbər verir ki, 91 yaşlı Z.Nəcəfova xəstəlik səbəbindən həyatını itirib. Qeyd edək ki, Əməkdar müəllim olan Zərifə Nəcəfova uzun illər Naxçıvan Dövlət Universitetində prorektor vəzifəsində d

25 sentyabr
.

Latviyada 27 sentyabr - Anım Gününün altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib

25 sentyabr 2026-cı il tarixində Azərbaycanın Latviyadakı Səfirliyində 27 sentyabr - Anım Gününün altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirin əvvəlində dövlət himni səsləndirilib və ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəs

26 sentyabr
.

Sumqayıtda HƏRBÇİ DƏHŞƏTLİ QƏZADA həlak oldu: Hadisənin təfərrüatı - VİDEO

Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub. Sakinlərin sözlərinə görə, ölən şəxs hərbçi olub. Baku TV-nin məlumatına görə, o, yemək üçün hərbi hissənin qarşısındakı kafeyə gedib və geri qayıdarkən avtomobil onu vurub. Sakinlə

25 sentyabr
.

Bakının bu ərazisində yaşayanlar KÖÇÜRÜLƏCƏKLƏR - 35 milyon manat ayrıldı

Bakı şəhərində yeni parkın salınması ilə bağlı hazırlıqlar başlayıb. Ölkə.az-a istinadən xəbər verir ki, layihə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC tərəfindən təsdiqlənib. Belə ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsindən Xətai rayonu

27 sentyabr
.

ŞAD XƏBƏR - Bu şəxslər daha TEZ PENSİYAYA ÇIXACAQ

Azərbaycan Respublikasının qanunvericiliyi müəyyən kateqoriyadan olan şəxslərə ümumi pensiya yaş həddini gözləmədən, daha tez təqaüdə çıxmaq hüququ verir. Bu güzəştlər əsasən iş şəraiti, xüsusi peşə fəaliyyəti, ailə tərkibi və sağlamlıq vəziyyəti kimi faktorlar nəzərə alınaraq tətbiq edilir. "Yen

26 sentyabr
.

Azərbaycanda vulkan püskürdü - FOTO/VİDEO

Qaradağ rayonu ərazisində vulkan püskürməsi olub. Bu barədə -ın sorğusuna cavab olaraq AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Zəlzələlərin tədqiqatı bürosundan bildirilib. Qeyd olunub ki, vulkan püskürməsi yerli vaxtla saat 07:32-də qeydə alınıb. 08:13. Qaradağ rayonu Lökbatan qəsəbəsind

26 sentyabr