Zelenski: Cəbhədəki vəziyyət Rusiyanın təqdim etdiyi kimi deyil

Zelenski: Cəbhədəki vəziyyət Rusiyanın təqdim etdiyi kimi deyilUkrayna Prezidenti Volodimir Zelenski cəbhədəki vəziyyətin Rusiyanın təqdim etdiyi kimi olmadığına diqqət çəkərək ukraynalıların öz ölkələri uğrunda mübarizədən əl çəkməyəcəklərini vurğulayıb.

"Report" xəbər verir ki, bu barədə dövlət başçısı Braziliya mətbuatına müsahibəsində danışıb.

Ukrayna lideri "cəbhədə hər şey pisdir və təşəbbüs rusiyalıların əlindədir" bəyanatlarını "RF-in narrativləri" adlandırıb. "Bu belə deyil", - Zelenski deyib.

Dövlət başçısı söyləyib ki, "rusiyalıların silahları var" və bu, Ukrayna ordusundakından daha çoxdur: "Hazırda vəziyyət sadə deyil".

Bununla belə, Zelenski qeyd edib ki, hərbi yardım təsdiqlənən kimi "silahlar addım-addım gələcək":

"Biz buna sadəcə ümid etməyəcəyik, həm də bunun uğrunda mübarizə aparacağıq".

Ukraynanın öz müttəfiqlərinin köməyinə niyə bu qədər ehtiyacı olduğunu izah edən Ukrayna Prezidenti deyib ki, ölkənin müstəqilliyinin 30 ili ərzində Rusiya öz "agentlərindən" istifadə edərək "Ukraynanın inkişaf etməməsi" üçün hər şeyi edib, müdafiə sənayesi kompleksi gücünün məhv edilməsi üçün silahlar ayırıb.

O vurğulayıb ki, ukraynalılar ölkələri, müstəqillikləri, Aİ və NATO-ya üzv olmaq planları uğrunda mübarizədən əl çəkməyəcəklər: "Heç kim təslim olmur".

"[Rusiya Prezidenti Vladimir] Putin bizdən çox qorxur. Mən buna əminəm", - o əlavə edib.

Ölkə başçısı bildirib ki, Ukrayna yaxın aylarda ABŞ də daxil olmaqla bir sıra ölkələrlə ikitərəfli təhlükəsizlik razılaşmalar imzalamalıdır:

"Konqresdən keçdikdən sonra ABŞ ilə bu güclü razılaşmaya gedəcəyik".

Onun sözlərinə görə, təhlükəsizlik sazişi təkcə müdafiəni deyil, həm də "humanitar aspektləri, yenidənqurma, maliyyə və iqtisadi dəstəyi" əhatə edir.

Həmçinin müsahibə zamanı Ukrayna Prezidenti bir daha Qərb ölkələrinin İranın hücumunu dəf etməkdə İsrailə kömək etməsinə diqqət çəkib. Zelenskinin sözlərinə görə, Fransa, Almaniya, Polşa, Böyük Britaniya və ya hər hansı digər ölkənin təyyarələri Ukraynaya doğru uçan Rusiya raketlərini məhv etmək üçün havaya qalxarsa, o, "ayaq üstə alqışlayacaq".


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1014   Tarix: 20 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Dünyanın tanınmış repçisini zorakılıqda ittiham edən qadından ƏCAİB ETİRAF: "Onunla heç vaxt görüşməmişəm"

2024-cü ildə tanınmış repçi Jay-Z-ni (əsl adı Şon Karter) cinsi zorakılıqda ittiham edən qadın irəli sürdüyü iddiaların uydurma olduğunu rəsmən təsdiqləyib. xəbər verir ki, bu barədə BBC məlumat yayıb. "Şon Jay-Z Karter mənə heç vaxt təcavüz etməyib. Mən cənab Karterlə heç vaxt üz-üzə gəlməmişə

27 sentyabr
.

Yaponiya və ABŞ-dan Çinlə bağlı yeni mesaj

Yaponiyanın Baş naziri Sanae Takaiçi ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. TASS-a istinadən xəbər verir ki, tərəflər Trampın Çin Sədri Si Cinpinlə danışıqlarını müzakirə ediblər və Çinə qarşı siyasət də daxil olmaqla, gələcək əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər. Takaiçini

27 sentyabr
.

Aİ-dən Ukraynaya milyardlıq HƏRBİ DƏSTƏK

Avropa İttifaqı (Aİ) ölkələri Ukraynaya Avropa Sülh Fondundan 6.6 milyard avro ayrılmasını razılaşdırıblar. xəbər verir ki, bunu Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas açıqlayıb. Onun sözlərinə görə, vəsaitin 900 milyon avrosu Ukraynaya hərbi yardım missiyasına

27 sentyabr
.

Hörmüz boğazından sutkada təxminən 13 milyon barel neft keçir

Hazırda Hörmüz boğazından sutkada təxminən 13 milyon barel neft daşınır. "Report"un məlumatına görə, bunu ABŞ-nin energetika naziri Kris Rayt "Fox News" telekanalına müsahibəsində bildirib. Onun sözlərinə görə, ABŞ hərbçiləri bu strateji əhəmiyyətli dəniz marşrutu vasitəsilə neft

27 sentyabr
.

"Gallup": Ermənistan vətəndaşlarının təxminən 55%-i Rusiya bazasının Gümrüdə qalmasını dəstəkləyib

Ermənistan vətəndaşlarının yarısından çoxu (54,4%) respublika ərazisində Gümrüdəki 102-ci Rusiya hərbi bazasının qalmasının lehinə çıxış edib. "Report" xarici mediaya istinadən xəbər verir ki, bunu "Gallup International" xidməti tərəfindən təqdim olunan araşdırmanın nəticələri göstərir

27 sentyabr
.

Bill Qeytsdən ŞOK SÖZLƏR: "Süni intellekt bir milyard insanın ölümünə səbəb ola bilər"

"Microsoft" şirkətinin təsisçisi Bill Qeyts hesab edir ki, süni intellekt (Sİ) bir milyard insanın ölümü ilə nəticələnəcək hadisələrə səbəb ola bilər. xəbər verir ki, Qeyts bunu NBC telekanalına müsahibəsində bildirib. "Sİ bir milyard insanın ölümünə səbəb olacaq hadisələrə gətirib çıxar

27 sentyabr
.

Restoranın dayanacağında doğulan körpəyə "fasto food" ləqəbi verildi

ABŞ-da dayanacaqda doğulan körpəyə qeyri-adi ləqəb verilib. xarici KİV-ə istinadla bildirir ki, Keti Mörfidə doğuş sancıları başlayıb və o, həyat yoldaşı Stiven Kirbi ilə birlikdə xəstəxanaya yollanıb. Lakin həkimlər doğuşun hələ başlamadığını bildirərək qadını evə göndəriblər. Axşama doğru sancıla

27 sentyabr
.

ABŞ və Çin "superintellekt" risklərinə qarşı birgə addım atır

Amerika Birləşmiş Ştatları və Çin süni intellektlə (Sİ) əlaqədar baş verə biləcək müxtəlif insidentlərin müzakirəsi məqsədilə xüsusi əlaqə kanalının yaradılması barədə razılığa gəliblər. xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Sədri Si Cinpinin sentyabrın 23-dən 25-dək ABŞ-yə etdiyi dövlə

27 sentyabr
.

Pezeşkian Çinin peyk görüntülərindən istifadə olunması iddialarına münasibət bildirib

İran Prezidenti Məsud Pezeşkian İordaniyadakı ABŞ bazasına zərbələrdə Çinin peyk görüntülərindən istifadə olunmasına dair iddialara münasibət bildirib. "Report" xəbər verir ki, Pezeşkian bu barədə "Fox News" telekanalına müsahibəsində danışıb. O, jurnalistin müvafiq sualına cava

27 sentyabr