İran-İsrail qarşıdurması: Yeni dünya müharibəsi realdırmı? - ARAŞDIRMA

İran-İsrail qarşıdurması: Yeni dünya müharibəsi realdırmı? - ARAŞDIRMAHƏMAS-la İsrail arasında gərginlik səngiməmiş bəşəriyyət növbəti müharibənin baş vermə təhlükəsini yaşadı. Söhbət tarixə "qəribə" və "müəmmalı müharibə" kimi düşən İranla İsrail arasında yaşananlardan gedir. Əslində bu iki dövlət arasında qarşılıqlı hərbi həmlələrin baş verəcəyi gözlənilən idi. Aprelin 1-də İranın Dəməşqdəki konsulluğu bombalandıqdan sonra Tehran bunun anonsunu vermişdi. Aprelin 13-də İranın İsrailə bir neçə saatlıq hücumu Orta Şərqdə növbəti ciddi gərginlik potensialına malik hadisə kimi dəyərləndirilir. İranın İsrailə öz ərazisindən birbaşa və kütləvi miqyasda ilk hücumu ciddi müzakirə edilir. Hazırda nisbi sakitlik hökm sürsə də, İsrail növbəti hücumlarla hədələyir. Bəs proseslərin gedişi necə olacaq? Yeni dünya müharibəsi realdırmı? Suallar çox, cavablar isə qeyri-müəyyəndir. Məsələ ondadır ki, müharibə bütövlükdə nə İsrailə, nə də İrana sərf edir. İranın hücumunu çoxları daxili auditoriyaya hesablanmış addım hesab edirlər.

"Kaspi" qəzetinin mövzu ilə bağlıq məqaləsini təqdim edirik:

Qərb mediasından fərqli münasibət

Qərb mediası baş verənlərə fərqli münasibət sərgiləyir. "İsrail ABŞ, Qərb və regional hərbi tərəfdaşların köməyi olmadan İranın əməliyyatını dayandıra bilməzdi", - bu iddia ilə "The Wall Street Journal" (WSJ) çıxış edib.

Nəşrin məlumatına görə, İsrail dövləti, əsasən, ABŞ və digər müttəfiqlərin verdiyi hava hücumundan müdafiə sistemləri, başqa silahlar sayəsində dronların, raketlərin əksəriyyətini zərərsizləşdirə bilib. WSJ-nin vurğulamasına görə, ABŞ, Britaniya və İordaniya döyüş təyyarələri dronların vurulmasında "böyük rol oynayıblar".

Bildirilib ki, İsrailin sərt cavabı regionda dağıdıcı nəticələrə gətirib çıxaracaq, əks hal isə onu və müttəfiqlərini "daha zəif" edəcək. Bundan əlavə, Təl-Əviv Yaxın Şərqdəki tərəfdaşlarının, o cümlədən onu kəşfiyyat məlumatları ilə təmin etmiş, habelə hava məkanını açmış İordaniya, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin maraqlarını nəzərə almalıdır. WSJ daha əvvəl bildirib ki, İsrail tezliklə İranın onun hərbi obyektlərinə hücumuna cavab olaraq hərəkətə keçə bilər. Vaşinqton israr edir ki, İsrail dövləti gərginliyin daha da artmasına səbəb ola biləcək heç bir şey etməməlidir.

Beynəlxalq ictimaiyyətin reaksiyası

Diqqət çəkən bir faktı da qeyd edək. Dünyanın əksər ölkələri baş verənlərdə tərəf tutmadı. İstisnalar Avropa və ABŞ idi. Onlar İsraili dəstəkləyib, İranın hərəkətlərini pislədilər. Almaniya kansleri Olaf Şolts İranın hücumunu "məsuliyyətsiz addım" adlandırıb, Fransa Xarici İşlər Nazirliyi isə öz vətəndaşlarını İranı tərk etməyə çağırıb. Eyni zamanda, Qərb eskalasiyanın daha da artmasından qorxur.
Region ölkələrinə gəlincə, İsrailin Yəmən, Fələstin, Livan və İrandakı düşmənləri "qələbə"ni qeyd ediblər. İordaniya isə əksinə, İsraili dəstəkləyib. Əmman hesab edir ki, eskalasiya "İsrailin Qəzza zolağına təcavüzünün" sonlandırılması ilə dayandırılacaq. Səudiyyə Ərəbistanı narahatlığını bildirib və tərəfləri təmkinli olmağa çağırıb.

Ankaraya gəldikdə, onun yaşananlara xüsusi baxışı var. Türkiyənin açıqlamasında İran və İsrailin qarşılıqlı hücumlarının regional müharibəyə çevrilmə ehtimalının nə qədər yüksək olduğu göstərilib. Maraqlıdır ki, İran İsrailə zərbə endirmək niyyəti barədə Türkiyəni əvvəlcədən məlumatlandırıb. Əməliyyatın sonunda Tehran Ankaranı yeni hücumlara başlamayacağına əmin edib. Suriyada hərbi hava qüvvələri ilə mövcud olan Rusiya da tərəf tutmayıb. Bununla belə, Xarici İşlər Nazirliyi İsrail səfiri Simone Halperini Rusiyanın "İranın ölkəyə kütləvi raket hücumunu pisləyəcəyi" gözləntilərinə görə tənqid edib. Rusiya XİN sözçüsü Mariya Zaxarova xatırladıb ki, İsrail "Kiyev rejiminin Rusiya bölgələrinə hücumunu" bir dəfə də olsun qınamayıb.

"Kim haqlıdır?"

Yeri gəlmişkən, iki ölkə arasında gərginlikdə tərəflərdən kimin daha çox məsuliyyət daşıması da müzakirə mövzusudur. Məsələ ondadır ki, İsrailin Dəməşqdəki İran konsulluğu ərazisinə hücumundan sonra Tehranın hansısa formada cavab verəcəyi bəlli idi. Çünki bu hücum beynəlxalq hüquq normalarına, o cümlədən, Vyana Konvensiyasına zidd addım kimi dəyərləndirilir. Diplomatik nümayəndəliyin ərazisi dövlətin suveren ərazisi sayılır və toxunulmazlıq statusuna malikdir. İsrail isə öz addımını onunla əsaslandırır ki, İran konsulluğun ərazisindən qeyri-diplomatik məqsədlər üçün istifadə edilib.

Tərəflərin siyasi hücumları davam edir

Son məlumatlara görə, İsrail hökuməti İranın hücumuna qarşı atacağı addımlarla bağlı yekun qərar qəbul etməyib. Ölkənin xarici işlər naziri İsrael Kats bildirib ki, nə qədər gec deyil, İran dayandırılmalıdır. O, İranın hücumuna hərbi cavabla yanaşı, diplomatik cavab zərbəsi də hazırlandığını bildirib. Nazir 32 ölkəyə məktub göndərdiyini, onlarla xarici işlər naziri və dünya liderləri ilə danışdığını, raket hücumuna görə İrana qarşı sanksiyaların tətbiq edilməsinin vacibliyini vurğulayıb. O, danışıqlarda İranı zəiflətmək üçün İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) terror təşkilatı elan edilməsini istəyib. Bu çıxışlardan da göründüyü kimi, tərəflər arasında hərbi gərginlik zəifləsə də, siyasi və diplomatik müstəvidə qarşıdurma yeni mərhələyə adlayıb. Tərəflər hələlik hədə formasında da olsa, qarşılıqlı hücumları davam etdirəcəklərini gizlətmirlər. Bu açıqlamalar isə bir növ "səhnə"də divardan asılan tüfəngi xatırladır. Dünən İsrailin İrana endirdiyi cavab zərbələrinin miqyası və qeydə alınan göstəricilər də dediklərimizi bir daha isbatlayır.

Proseslərin gedişi onu deməyə əsas verir ki, əbədi düşmənlər yaxın perspektivdə irimiqyaslı müharibəyə başlamağa cürət etməyəcəklər. Əgər başlasalar, bu, növbəti dünya müharibəsi deməkdir.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 940   Tarix: 21 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Dünyanın tanınmış repçisini zorakılıqda ittiham edən qadından ƏCAİB ETİRAF: "Onunla heç vaxt görüşməmişəm"

2024-cü ildə tanınmış repçi Jay-Z-ni (əsl adı Şon Karter) cinsi zorakılıqda ittiham edən qadın irəli sürdüyü iddiaların uydurma olduğunu rəsmən təsdiqləyib. xəbər verir ki, bu barədə BBC məlumat yayıb. "Şon Jay-Z Karter mənə heç vaxt təcavüz etməyib. Mən cənab Karterlə heç vaxt üz-üzə gəlməmişə

27 sentyabr
.

Yaponiya və ABŞ-dan Çinlə bağlı yeni mesaj

Yaponiyanın Baş naziri Sanae Takaiçi ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. TASS-a istinadən xəbər verir ki, tərəflər Trampın Çin Sədri Si Cinpinlə danışıqlarını müzakirə ediblər və Çinə qarşı siyasət də daxil olmaqla, gələcək əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər. Takaiçini

27 sentyabr
.

Aİ-dən Ukraynaya milyardlıq HƏRBİ DƏSTƏK

Avropa İttifaqı (Aİ) ölkələri Ukraynaya Avropa Sülh Fondundan 6.6 milyard avro ayrılmasını razılaşdırıblar. xəbər verir ki, bunu Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas açıqlayıb. Onun sözlərinə görə, vəsaitin 900 milyon avrosu Ukraynaya hərbi yardım missiyasına

27 sentyabr
.

Hörmüz boğazından sutkada təxminən 13 milyon barel neft keçir

Hazırda Hörmüz boğazından sutkada təxminən 13 milyon barel neft daşınır. "Report"un məlumatına görə, bunu ABŞ-nin energetika naziri Kris Rayt "Fox News" telekanalına müsahibəsində bildirib. Onun sözlərinə görə, ABŞ hərbçiləri bu strateji əhəmiyyətli dəniz marşrutu vasitəsilə neft

27 sentyabr
.

"Gallup": Ermənistan vətəndaşlarının təxminən 55%-i Rusiya bazasının Gümrüdə qalmasını dəstəkləyib

Ermənistan vətəndaşlarının yarısından çoxu (54,4%) respublika ərazisində Gümrüdəki 102-ci Rusiya hərbi bazasının qalmasının lehinə çıxış edib. "Report" xarici mediaya istinadən xəbər verir ki, bunu "Gallup International" xidməti tərəfindən təqdim olunan araşdırmanın nəticələri göstərir

27 sentyabr
.

Bill Qeytsdən ŞOK SÖZLƏR: "Süni intellekt bir milyard insanın ölümünə səbəb ola bilər"

"Microsoft" şirkətinin təsisçisi Bill Qeyts hesab edir ki, süni intellekt (Sİ) bir milyard insanın ölümü ilə nəticələnəcək hadisələrə səbəb ola bilər. xəbər verir ki, Qeyts bunu NBC telekanalına müsahibəsində bildirib. "Sİ bir milyard insanın ölümünə səbəb olacaq hadisələrə gətirib çıxar

27 sentyabr
.

Restoranın dayanacağında doğulan körpəyə "fasto food" ləqəbi verildi

ABŞ-da dayanacaqda doğulan körpəyə qeyri-adi ləqəb verilib. xarici KİV-ə istinadla bildirir ki, Keti Mörfidə doğuş sancıları başlayıb və o, həyat yoldaşı Stiven Kirbi ilə birlikdə xəstəxanaya yollanıb. Lakin həkimlər doğuşun hələ başlamadığını bildirərək qadını evə göndəriblər. Axşama doğru sancıla

27 sentyabr
.

ABŞ və Çin "superintellekt" risklərinə qarşı birgə addım atır

Amerika Birləşmiş Ştatları və Çin süni intellektlə (Sİ) əlaqədar baş verə biləcək müxtəlif insidentlərin müzakirəsi məqsədilə xüsusi əlaqə kanalının yaradılması barədə razılığa gəliblər. xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Sədri Si Cinpinin sentyabrın 23-dən 25-dək ABŞ-yə etdiyi dövlə

27 sentyabr
.

Pezeşkian Çinin peyk görüntülərindən istifadə olunması iddialarına münasibət bildirib

İran Prezidenti Məsud Pezeşkian İordaniyadakı ABŞ bazasına zərbələrdə Çinin peyk görüntülərindən istifadə olunmasına dair iddialara münasibət bildirib. "Report" xəbər verir ki, Pezeşkian bu barədə "Fox News" telekanalına müsahibəsində danışıb. O, jurnalistin müvafiq sualına cava

27 sentyabr