"Heç nə yoxdursa, çıxıb özümü göstərmək istəmirəm"-FOTO

"Heç nə yoxdursa, çıxıb özümü göstərmək istəmirəm"-FOTOHələ kiçik yaşlarımızdan onun efirdəki obrazı, siması və səsi yaddaşımıza əbədi həkk olunub. O "Züleyxa", "Təhminə", "Kleopatra", "Şölə" və s. bu kimi obrazları ilə səhnəyə çıxan xalq artisti, Akademik Milli Dram Teatrının aparıcı aktrisası Zemfira Nərimanovadır! İllərdir efirlərdən və mətbuatdan uzaq düşən aktrisa bu gün doğum gününü qeyd edir. Nadir hallarda müsahibəyə razı olan sənətkar əlamətdar günündə özəl olaraq Moderator.az-a açıqlama verib.

"Hər il ilk təbriki əzizlərimdən, doğmalarımdan, ürəklərində hər zaman olduğum insanlardan alıram. Özü də gecə saat 1-ə 1 dəqiqə işləmiş. Ailə üzvlərimin ünvanıma söylədiyi xoş sözlər məni fərəhləndirir. Dostlarım, hətta mənim gənclik illərimdən rəfiqəlik etdiyim şəxslər, xarici ölkədə yaşayan tanışlarım bu gün mənə zəng edib. Müharibədən və pandemiyadan sonra doğum günlərimi elə də təntənəli qeyd etmirəm. Bir o qədər də həvəsli deyiləm. Bu gün mən Allahlayam. Bu günü özümə həsr edirəm" deyə sənətkar bildirib.

Xalq artisti filmlərdə çəkilməməyimin səbəblərindən də danışıb.

"Əgər mən unudulmuramsa demək ki, həyatda nəyəsə nail olmuşam. Heç vaxt özümü sənətdə sevməmişəm, sənətimi özümdə sevmişəm. Hətta tələbələrimə də bunu deyirdim ki, sənəti sevin. Sənəti sevsəniz onun bəhrəsini görəcəksiniz. Ümumiyyətlə həyatda nə edirsənsə sevə-sevə etməlisən. Allaha qurban olum. İndiyə kimi tanınıram. Hara gedirəmsə tanıyırlar, sevdiklərini söyləyirlər, şəkil çəkdirirlər. Əvvəl avtoqraf yazırdın, idni artıq telefonlar var. Şəkil çəkdirirlər. Hardasa yaxşı çıxırsan, hardasda pis (gülür). Artıq gənclik illəri deyil. Yenə də təkrar edirəm ki, işimi sevirəm. Amma əfsuslar olsun ki, maraqlı ssenari yoxdur. Məni maraqlandıran nəsə olsa böyük məmnuniyyətlə çəkilərəm də, efirlərə də çıxaram. Yetər ki, mənə maraqlı olsun. O material məni inandırsın, özünə cəlb etsin. Əgər belə olsa mən də sevə-sevə bu işi görərəm. Heç nə yoxdursa çıxıb özümü göstərmək istəmirəm. İndiyə qədər oynadığım obrazlarımın hamısı yadda qalıb. Hətta bəzən bu gün mənə görüntülər yollayırlar. Düşünürəm ki, bu obrazın adı nə idi? Yadımdan çıxıb. Maşallah olsun, o qədər çox rollar oynamışam ki, məni sevənlərin yaddaşında qalıb, amma mən unutmuşam. Bütün rollarım mənim üçün əziz olub, doğma olub" deyə aktrisa bildirib.

Sənətkar bildirib ki, Akademik Milli Dram Teatrının səhnəsində xalq artisti Hökümə Qurbanovadan sonra Kleopatra obrazını məhz özü oynayıb.

"Hökümə xanım çox böyük sənətkar idi. Amma qızı, rəhmətlik Vəfa Fətullayevaya görə məni bir az qısqanırdı. "Kleopatra" tamaşasından sonra mənə yaxınlaşıb demişdi ki, "səhnəni sənə tapşıra bilərəm". Mən onun böyüklüyünü bu zaman anladım. Təbii ki, bu sözlər mənim üçün çox böyük alqış idi" deyə xalq artisti bildirib.

Onu da qeyd edək ki, sənətkar teatr fəaliyyəti ilə yanaşı uzun illər Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətlə də məşğul olub. Onun dərs dediyi tələbələrin əksəriyyəti bu gün ölkənin müxtəlif teatrlarında çalışır və filmlərə çəkilir. Biz də sevilən sənətkarı doğum günü münasibəti ilə ürəkdən təbrik edirik. Tamaşaçı alqışı sizi heç bir zaman tərk etməsin, əziz Zemfira xanım!
"Heç nə yoxdursa, çıxıb özümü göstərmək istəmirəm"-FOTO"Heç nə yoxdursa, çıxıb özümü göstərmək istəmirəm"-FOTO"Heç nə yoxdursa, çıxıb özümü göstərmək istəmirəm"-FOTO


Sonxeber.az
Telegramda izləyin
  Baxılıb: 1036   Tarix: 22 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Moldova səfiri Rusiya XİN-ə çağırılıb

Moldova səfiri Lilian Dariy bu gün Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. "Report" xəbər verir ki, bu barədə Rusiya mediası XİN-ə istinadən məlumat yayıb. Bildirilib ki, Rusiya diplomatik kuryerlərinin saxlanılmasına görə ona qəti etiraz bildirilib. "Rusiya XİN-ə çağırılan Moldov

26 iyun
.

Samuxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb

Samux Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydalarını pozduğuna görə "Ford" markalı nəqliyyat vasitəsinin sürücüsü E.Həsənov saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, yoxlama zamanı müvafi

29 iyun
.

Avropa Azərbaycanla əməkdaşlığı genişləndirir

Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin iyulun 1-də Azərbaycana səfəri 2022-ci ildən sonra onun ölkəmizə ikinci səfəri kimi dəyərləndirilir. Belə ki, 2022-ci ildə Ursula fon der Lyayen Azərbaycana səfər etmiş və həmin səfər çərçivəsində Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsind

3 iyul
.

KDR-də Eboladan bir gündə 13 nəfər öldü: Yoluxma sayı ARTIR

Konqo Demokratik Respublikasında (KDR) Ebola xəstəliyi səbəbindən həyatını itirənlərin təsdiqlənmiş sayı son sutka ərzində 13 nəfər artaraq 267-ə yüksəlib. xəbər verir ki, bu barədə ölkənin Rabitə və Mətbuat Nazirliyi rəsmi məlumat yayıb. Məlumata görə, virusuna yoluxan şəxslərin ümumi sayı 1 048 nəfə

23 iyun
.

Türkiyədə mədəndə uçqun: Ölən var

Türkiyənin Bolu bölgəsində mədəndə baş verən uçqun nəticəsində bir nəfər ölüb. xəbər verir ki, bu barədə "İhlas" agentliyi məlumat yayıb. Hadisə Mengen rayonu ərazində baş verib. Hələlik hadisənin səbəbi məlum deyil. Ərazidə axtarış-xilasetmə əməliyyatları aparılır

17 iyun
.

Zakir Həsənov yeni generallara rütbələrini təqdim etdi

Müdafiə naziri general-polkovnik Zakir Həsənov iyunun 26-da Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən ali hərbi rütbələr verilən hərbi qulluqçularla görüşüb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, tədbirdə Müdafiə Nazirliyinin hərbi qulluqçularına "general-mayor"

26 iyun
.

"Focus": "Madyarın qərarı Ukrayna üçün zərbə olacaq"

Macarıstanın Baş naziri Peter Madyarın Ukraynanın Avropa İttifaqına (Aİ) sürətləndirilmiş şəkildə qoşulması ilə bağlı bəndi Aİ sammitinin ilk gününün yekun sənədindən çıxarması Kiyevə zərbə olacaq. xəbər verir ki, bu barədə Almaniyanın "Focus" jurnalında məqalə dərc edilib. Yazının müəllif

20 iyun
.

Filippində 6.4 bal gücündə zəlzələ baş verib

Filippində 6.4 bal gücündə zəlzələ baş verib. xəbər verir ki, bu barədə Almaniya Geofizika Tədqiqatları Mərkəzi (GFZ) məlumat yayıb. Bildirilib ki, yeraltı təkanlar arxipelaqın böyüklüyünə görə ikinci adası olan Mindanaoda hiss edilib. Mütəxəssislər seysmik hadisənin episentrinin yer səthindən 29 kilomet

26 iyun
.

Bakıda 19 yaşlı qız eyvandan yıxıldı

Bakıda 19 yaşlı qız binadan yıxılıb. -ın məlumatına görə, hadisə paytaxtın Səbail rayonu ərazisində baş verib. 2007-ci il təvəllüdlü Z.Hüseynova yaşadığı binanın 3-cü mərtəbəsinin eyvanından yıxılıb. Xəstəxanaya yerləşdirilmiş Z.Hüseynovanın vəziyyəti ağırdır

22 iyun