İlham Əliyev Putinlə görüşəcək: Qazaxın kəndləri və Kərkinin taleyi HƏLL OLUNUR? - ŞƏRH
Xəbər verdiyimiz kimi, Ermənistan öz silahlı qüvvələrini Azərbaycanın Bağanıs-Ayrum, Xeyrımlı, Aşağı Əskipara və Qızılqacılı kəndlərindən çıxarır. Eyni zamanda bu gün dövlət başçısı İlham Əliyev Rusiya lideri Vladimir Putinlə görüşəcək. Bəs bu görüşdə Qazaxın 3 kəndi və Kərkiin qaytarılması ilə bağlı müzakirələr aparıla bilər?
Mövzu ilə bağlı Sonxeber.az-a danışan politoloq Turan Rzayev deyib ki, Qazaxın 3 kəndi və Kərki Azərbaycan və Ermənistan arasında münaqişəli məsələdir. Yəni müzakirəsi iki ölkə arasında rəsmi və qeyri-rəsmi danışıqlardan asılıdır:
"Bundan əvvəl Qazaxın qeyri-anklav olan kəndlərinin bizə qaytarılması sərhəd komissiyalarının görüşü ilə baş verdi. Bənzər formada görüşlər ilə bu məsələ həllini tapa bilər. Yerdə qalan kəndlərin qaytarılmasını hansı metodla olacağı hələ də müəyyən edilməyib. Amma bütün hallarda 4 kəndin qaytarılması iki ölkə arasında gedən danışıqlar prosesinə müsbət təsir göstərəcək. Prosesin bundan sonrakı mərhələsi üçün diplomatik "domino" effekti yaradacaq".
Politoloqun sözlərinə görə, dövlət başçısının Rusiya səfəri zamanı regional məsələlərin, xüsusilə Qazaxın və Kərkinin qaytarılması məsələsinin müzakirəsi mümkündür. Aydın məsələdir ki, Rusiya regional gücdür:
"Regionda gedən proseslərdə Azərbaycan tərəfi hər zaman rəsmi Moskvanın maraqlarını nəzərə alıb. Bizi qələbəyə gətirən və nəticədə diplomatik mənada güllə belə atılmadan kəndlərin qaytarılmasını əsaslandıran başlıca səbəb rəsmi Bakının və Rusiya arasında balans siyasətini yetirməsidir. Azərbaycan balans siyasətini Rusiya ilə davam etdirir. Biz bu məsələlər ilə bağlı Rusiyanı məlumatlandıracağıq. Regional ölkə olaraq göstərmiş olacağıq ki, Rusiyanıda nəzərə alırıq. Başlıca müzakirə mövzuları qeyd olunan məsələlər ola bilər. Bundan əlavə müzakirəyə ehtiyac olacaq məsələlər var. Hərbi və siyasi diplomatik sahədə müzakirələr mövcuddur".
Xatırladaq ki, Azərbaycan dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistanın dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının səkkizinci görüşü keçirilib. Görüşdə Qazaxın işğal altında olan yeddi kəndindən dördünün Azərbaycana qaytarılması haqqında razılıq əldə edilib.
Sevda Səfərova
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1080 Tarix: 22 aprel 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPensiya və müavinətlərlə bağlı YENİ XƏBƏR
Bu ilin yanvar-avqust ayları ərzində 124 026 pensiya, müavinət və təqaüd təyinatı elektron infrastruktur üzərindən proaktiv qaydada həyata keçirilib. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir. Məlumata görə
27 sentyabrJurnalist Əvəz Zeynallının dəfn yeri bilindi
Jurnalist Əvəz Zeynallının dəfn yeri məlum olub. xəbər verir ki, bu barədə vəkil Rəşad Vaqifoğlu məlumat yayıb. "Əvəz Zeynallının cənazəsi sabah saat 11.00-da öz evindən - Binəqədi rayonu, Batabat küçəsindən götürüləcək və Kürdəxanı qəbiristanlığında dəfn ediləcək", - deyə vəkil qeyd edib
28 sentyabrƏvəz Zeynallı vəfat etdi
Əvəz Zeynallı vəfat edib. Qaynarinfo xəbər verir ki, bu barədə vəkil Rəşad Vaqifoğlu məlumat yayıb. Qeyd edək ki, Əvəz Zeynallı uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkirdi
28 sentyabrBu 5 küçədə ancaq piyadalar hərəkət edə biləcək - Oktyabrın 5-dən
İki ildən artıq müddətdir həftəsonları avtomobillərin hərəkətinin məhdudlaşdırıldığı paytaxtın mərkəzi küçələrində tətbiq olunan qaydalar Nəqliyyatı Əlaqələndirmə Şurasının müvafiq qərarı ilə həftənin bütün günlərini əhatə edəcək. xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA
28 sentyabrSabah Bakıya yağış, yüksək dağlıq ərazilərə qar yağacaq
Bakıda və Abşeron yarımadasında sentyabrın 29-da bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-şərq küləy
28 sentyabrMetroda PULSUZ giriş: Niyə məhz bu iki stansiya? - AÇIQLANDI
Bu gündən etibarən Bakı Metropoliteni QSC-nin "Xocəsən" və "Avtovağzal" stansiyalarına giriş müvəqqəti pulsuz olacaq. Bu qərarın niyə məhz bu stansiyalara giriş üzrə tətbiq olunması müəyyən suallar doğurur. Bu barədə nəqliyyat eksperti Rauf Ağamirzəyev "Bakupost"a bildiri
27 sentyabrAzərbaycanda həftəsonu İSTİRAHƏT GÜNLƏRİ DƏYİŞƏCƏK
Azərbaycanda əksər iş yerlərində şənbə və bazar günləri istirahət günləri hesab edilsə də, xidmət sektorunda məhz həftəsonu tələbatın pik həddə çatması bu sahədə iş rejiminə fərqli yanaşmanı gündəmə gətirir. Mövzu ilə bağlı -a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Elşad Musaye
27 sentyabr