Gözəllik salonunun sahibi əməliyyat üçün Bakıya gəldi: Klinika və həkimlə BÖYÜK QALMAQAL
Rusiyadan olan Yekaterina Kovalenko Azərbaycanda uğursuz blefaroplastika əməliyyatı zamanı üzünün eybəcərləşdirildiyini iddia edib.
Artıq bir ildir ki, o, saçının arxasında yara və yara izlərini gizlədir və dəhşətli ağrılardan şikayətlənir.
Referans.az xəbər verir ki, bu barədə "SHOT" "Telegram" kanalı yazır.
Kovalenko özü Volqoqrad vilayətində gözəllik salonunun sahibidir.
O, resursa bildirib ki, keçən il sallanan göz qapağını və çənəsindəki çapıqları düzəltmək qərarına gəlib. Qadın internetdə azərbaycanlı həkim Səlim Rəhimovu tapıb, rəyləri öyrənib:
"Əvvəlcə Moskvada əməliyyat olunmaq istədim, lakin cərrah hələ Rusiyaya gələ bilməyəcəyini dedi və məni Bakıya dəvət etdi".
SHOT-un məlumatına görə, əməliyyat təxminən səkkiz saat çəkib.
"Anesteziyadan dərhal sonra xəstə şiddətli ağrı hiss edib. Sarğıları çıxaran kimi üzündə qeyri-bərabər tikişlər və şiddətli yanıqlar görüb, lakin həkim bunun normal olduğunu deyərək tezliklə sağalacağına əmin edib.
Ancaq şişlik azalmayıb və ağrı getdikcə şiddətlənib. Həkim mesajlara cavab verməyib. Rusiyada həkimlər Yekaterinaya bildiriblər ki, azərbaycanlı həkimin işini çətin ki, cərrahiyyə adlandırmaq olar",-deyə kanal yazır.
Xanım bildirib ki, əməliyyat olunduğu klinikada nəticələri düzəltməkdən imtina ediblər. Zərərləri də kompensasiya ediilməyib. Əməliyyat 250 min rubla başa gəlib, tərəflər arasında mübahisə bir ildir ki, davam edir.
Bir gün əvvəl Yekaterina tibbi müayinədən keçmək üçün Bakıya uçub, o, yerli prokurorluğa ərizə ilə müraciət edəcək.
Bu proseslərlə yanaşı, o, yeni cərrahi müdaxilələrə hazırlaşır, ən azı üç əməliyyat keçirəcək. Cərrah üzdəki çuxurları doldurmaq üçün qarın boşluğundan yağ toxuması götürməli olacaq. O, nəticələri düzəltmək üçün daha 1,5 milyon rubl ödəməli olacaq.
"Yekaterina üzünü "Miyagi" kimi tanınan musiqiçi Azamat Kudzayevin atası Kazbek Kudzayevin rəhbərlik etdiyi Estetik Cərrahiyyə Mərkəzində düzəldəcək", - resurs yazır.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1466 Tarix: 22 aprel 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Pensiya və müavinətlərlə bağlı YENİ XƏBƏR
Bu ilin yanvar-avqust ayları ərzində 124 026 pensiya, müavinət və təqaüd təyinatı elektron infrastruktur üzərindən proaktiv qaydada həyata keçirilib. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir. Məlumata görə
27 sentyabrJurnalist Əvəz Zeynallının dəfn yeri bilindi
Jurnalist Əvəz Zeynallının dəfn yeri məlum olub. xəbər verir ki, bu barədə vəkil Rəşad Vaqifoğlu məlumat yayıb. "Əvəz Zeynallının cənazəsi sabah saat 11.00-da öz evindən - Binəqədi rayonu, Batabat küçəsindən götürüləcək və Kürdəxanı qəbiristanlığında dəfn ediləcək", - deyə vəkil qeyd edib
28 sentyabrƏvəz Zeynallı vəfat etdi
Əvəz Zeynallı vəfat edib. Qaynarinfo xəbər verir ki, bu barədə vəkil Rəşad Vaqifoğlu məlumat yayıb. Qeyd edək ki, Əvəz Zeynallı uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkirdi
28 sentyabrBu 5 küçədə ancaq piyadalar hərəkət edə biləcək - Oktyabrın 5-dən
İki ildən artıq müddətdir həftəsonları avtomobillərin hərəkətinin məhdudlaşdırıldığı paytaxtın mərkəzi küçələrində tətbiq olunan qaydalar Nəqliyyatı Əlaqələndirmə Şurasının müvafiq qərarı ilə həftənin bütün günlərini əhatə edəcək. xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA
28 sentyabrSabah Bakıya yağış, yüksək dağlıq ərazilərə qar yağacaq
Bakıda və Abşeron yarımadasında sentyabrın 29-da bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-şərq küləy
28 sentyabrMetroda PULSUZ giriş: Niyə məhz bu iki stansiya? - AÇIQLANDI
Bu gündən etibarən Bakı Metropoliteni QSC-nin "Xocəsən" və "Avtovağzal" stansiyalarına giriş müvəqqəti pulsuz olacaq. Bu qərarın niyə məhz bu stansiyalara giriş üzrə tətbiq olunması müəyyən suallar doğurur. Bu barədə nəqliyyat eksperti Rauf Ağamirzəyev "Bakupost"a bildiri
27 sentyabrAzərbaycanda həftəsonu İSTİRAHƏT GÜNLƏRİ DƏYİŞƏCƏK
Azərbaycanda əksər iş yerlərində şənbə və bazar günləri istirahət günləri hesab edilsə də, xidmət sektorunda məhz həftəsonu tələbatın pik həddə çatması bu sahədə iş rejiminə fərqli yanaşmanı gündəmə gətirir. Mövzu ilə bağlı -a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Elşad Musaye
27 sentyabr