Azərbaycanda boşananlar cərimələnsin, əmlakları MÜSADİRƏ OLUNSUN - TƏKLİF

Azərbaycanda boşananlar cərimələnsin, əmlakları MÜSADİRƏ OLUNSUN - TƏKLİFƏdliyyə Nazirliyi 2024-cü ilin yanvar-fevral aylarında evlənib-boşananlarla bağlı statistika açıqlayıb. Statistikaya görə, 6739 nikah və 3456 boşanma halları qeydə alınıb. Ümumiyyətlə məhkəmə işlərinə baxsaq, müraciətlərin 10-dan 8-i boşanma ilə bağlıdır. Daha əvvəl bildirmişdik ki, vəziyyət faciəvi hal alır və belə davam edərsə milli genofondumuz tamamilə məhv olacaq. Artıq proses onu göstərir ki, məsələ ilə bağlı ciddi cəza tədbirləri həyata keçirilməlidir. Bunlardan biri də boş və əssasız şəkildə boşananların külli-miqdarda cərimələnməsidir. Bu baxımdan Azərbaycanda boşanmaların qarşısını almaq cərimənin tətbiqi edilə bilər?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq Elçin Bayramlı deyib ki, boşanmaların sayı 50 faizi keçməklə vəziyyət faciəvi hala gəlib çatıb:

"Boşananların sayı ağlagəlməz sürətlə artır. Dövlət bunun qarşısını almaq üçün müxtəlif tədbirlər həyata keçirməlidir. Bununla bağlı müəyyən təkliflər vermişik və bu məsələləri şərh etmişik. Amma bu gün belə bir vəziyyət yaranıb ki, mənasız tədbirlər və addımlar atılır. Beləliklə vəziyyət daha da pisləşir. İndi isə cərimələrin tətbiqi çəkindirici hal ola bilər. Biz başqa sahələrdə gördük ki, cərimələr ən yaxşı çəkindirici vasitələrdən biridir. Boşanma ümumiyətlə şəxsin tək öz həyatı ilə bağlı deyil. Bu bütün cəmiyyətə təsir edir. Ortalıq psixoloji travmalı, valideyn sevgisindən məhrum uşaqlar ilə dolur. Dövlətin burada sosial yükü və qayğısı artır. Milli genofondumuz dağılır. Ona görə də bunun qarşısı alınmalı və cəza mexanizmi olmalıdır. Burada standart yanaşma olmaz. Bəzən boşanan, yəni iddia qaldıran tərəf çox ciddi və əsaslandırılmış arqument qoyur. Belə ki, o fiziki və ciddi psixoloji təzyiqə məruz qalır. Hər hansı bir dözülməz vəziyyətdirsə, burada boşanma mütləqdir. Amma yoxsa "mənim kefim belə istəyir", "azad yaşamaq istəyirəm" kimi bəhanələr ilə ailəni dağıdanlar ciddi şəkildə cəzalandırılmalıdır".

Sosioloqun sözlərinə görə, boş bəhanələr ilə boşanmaq istəyən şəxslərin əmlakları müsadirə olunsun:

"Hətta mən təklif edərdim ki, uşaqlara verilən aliment ilə bağlı müəyyən dəyişikliklər olsun. Məsələn uşağın adına hesab açılaraq məbləğ banka qoyulsun. Uşaq gələcəkdə 18 yaşına çatanda sərbəst şəkildə həmin vəsaitdən istifadə edə bilsin. Ailənin həmin vaxtadək dolanması mənbələri müəyyənləşdirilsin. Əgər imkan yoxdursa, sırf uşağın ehtiyaclarına lazım olacaq qədər məbləğ verilsin. Ona da nəzarət olsun ki, bu vəsait uşağa xərclənir yoxsa yox. Çünki bəzi qadınlar alimenti alır və öz kefində yaşayır. Hətta uşağa belə baxmır. Belə biabırçılıqların qarşısını almağa dövlət məcburdur. Dövlətin rolu və məqsədi bundan ibarətdir. Bu tədbirlər görülməzsə bizim milli genofondumuz məhv olar. Ailə institutumuz onsuz da dağıldı. Mənəvi dəyərlərimizi isə bir-bir itiririk. Gələcəkdə travmalı uşaqların arasından potensial cinayətkarlar, psixi problemli insanlar çıxacaq. Bütün ölkələrdə elmi olaraq bu hallar təcrübədən keçib. Bir neçə gün əvvəl elmi məlumat yayıldı ki, boşanan ailələrin uşaqlarında çox ciddi psixoloji travmaları olur. Bu məsələlər isə strateji təhlükələrdir. Qarşısını almaq üçün çoxlu tədbir imkanları var. Onlardan biri isə bu təklifdir. Mən tamamilə dəstəkləyirəm. Mən özüm də buna yaxın təkliflər irəli sürmüşəm".

Elçin Bayramlı qeyd edib ki, burada tam standart yanaşma olmaz və fərq qoyulmalıdır. Məcburi səbəblərdən, dözülməz vəziyyət olan məsələlərə bu cəza aid olunmamalıdır:

"Amma digər bütün hallarda belə bir çəkindirici mexanizm olmalıdır ki, insanlar buna "uşaq oyuncağı" kimi baxmasınlar. Zəhmət çəkib evlənməsinlər. Şəxs evlənibsə müəyyən öhdəlikləri və həyat şəraiti var. Heç kim bu insanlara söz verməyib ki, milyoner kimi yaşayacaq. Bu ailənin qorunub saxlanılması üçün həmin adamlar müəyyən komfortundan keçə bilər. Bunu bacarmırlarsa ailə qurmamalıdırlar. Ailə qurulubsa dağıdılmamalıdır. Prinsip belə olmalıdır və dövlət belə yanaşmalıdır. Bir çox ölkələrdə bunun analoji təcrübələri var. Beləliklə biz heç olmasa prosesin ağırlaşmasının qarşısını ala bilərik. Onsuz da mənəvi deqradasiya elə sürətlə gedir ki, bu prosesi artıq tamamilə aradan qaldıra bilməyəcəyik. Heç olmasa bir qədər problemi yüngülləşdirə bilərik. Belə tədbirlər görülsə belə məsələ tam həll olunmur. Görülməsə isə bir neçə ildə daha dəhşətli nəticələr ilə qarşılaşacağıq".

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
  Baxılıb: 2234   Tarix: 22 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Zakir Həsənov yeni generallara rütbələrini təqdim etdi

Müdafiə naziri general-polkovnik Zakir Həsənov iyunun 26-da Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən ali hərbi rütbələr verilən hərbi qulluqçularla görüşüb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, tədbirdə Müdafiə Nazirliyinin hərbi qulluqçularına "general-mayor"

26 iyun
.

Bakıda 19 yaşlı qız eyvandan yıxıldı

Bakıda 19 yaşlı qız binadan yıxılıb. -ın məlumatına görə, hadisə paytaxtın Səbail rayonu ərazisində baş verib. 2007-ci il təvəllüdlü Z.Hüseynova yaşadığı binanın 3-cü mərtəbəsinin eyvanından yıxılıb. Xəstəxanaya yerləşdirilmiş Z.Hüseynovanın vəziyyəti ağırdır

22 iyun
.

Qızı şikayət etdi, anası cəzalandırıldı - Ailə münaqişəsinə səbəb nə olub?

Sumqayıt şəhərində azyaşlı övladının üzünü cıran ana cəzalandırılıb. Qaynarinfo-nun məlumatına görə, 1994-cü ildə Abşeron rayonunun Novxanı kəndində anadan olmuş C.V. barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş protokola məhkəmədə baxılıb. V.V. övladının şikayəti əsasınd

18 iyun
.

Avropa İttifaqına daxil olma qaydaları dəyişir

Avropa Komissiyası Avropa İttifaqına (Aİ) üzv olmaq istəyən namizəd ölkələrə ittifaqa tam daxil olmamışdan əvvəl iqtisadi imtiyazların verilməsi planı üzərində işləyir. xəbər verir ki, bu barədə iki məmura istinadən "Politico" nəşri məlumat yayıb. Nəşr qeyd edir ki, hazırda hökumətlər Aİ-y

26 iyun
.

Türkiyədə mədəndə uçqun: Ölən var

Türkiyənin Bolu bölgəsində mədəndə baş verən uçqun nəticəsində bir nəfər ölüb. xəbər verir ki, bu barədə "İhlas" agentliyi məlumat yayıb. Hadisə Mengen rayonu ərazində baş verib. Hələlik hadisənin səbəbi məlum deyil. Ərazidə axtarış-xilasetmə əməliyyatları aparılır

17 iyun
.

Ağdamda məktəbli velosipeddən yıxıldı: Vəziyyəti ağırdır

Ağdam rayonunda yeniyetmə oğlan velosipeddən yıxılıb. -ın məlumatına görə, hadisə iyunun 28-də günorta saatlarında rayonun Quzanlı qəsəbəsində baş verib. Qəsəbə sakini - 2012-ci il təvəllüdlü Xəyal Anar oğlu Muxtarlı qəsəbə ərazisində velosiped sürərkən müvazinətini itirərək yıxılıb. O, müxtəlif dərəcəl

29 iyun
.

Kafedə dava: Ünvansız söyüş söydü, dostunu qətlə yetirdi

Gəncə Ağır Cinayətlər Məhkəməsində tanışını qətlə yetirməkdə təqsirləndirilən Xudat Məmmədovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. -ın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə X.Məmmədov 11 il azadlıqdan məhrum edilib. İttihama görə, Xudat Məmmədo

19 iyun
.

İlham Əliyevdən Hüseyn Quliyevlə bağlı SƏRƏNCAM

Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Rzaqulu oğlu Quliyev 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, H.Quliyev Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarınd

22 iyun
.

Hava KƏSKİN DƏYİŞİR: Bu tarixdən LEYSAN BAŞLAYIR - XƏBƏRDARLIQ

Sentyabrın 5-i günün ikinci yarısında dağlıq ərazilərdə, 6-sı gündüz isə şimal və qərb rayonlarından başlayaraq 8-i səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətli leysan xarakterli intensi

5 sentyabr