İki şagirdin faciəsi kimin üzərindədir?

İki şagirdin faciəsi kimin üzərindədir?Bu günlərdə İmişli rayonunda yaşanan faciə hər kəsi üzdü. Söhbət aprelin 15-də 5 saylı orta məktəbin həyətində 10-14 yaşlı iki məktəblinin ölümü ilə nəticələnən bədbəxt hadisədən gedir.

Qeyd edək ki, Fərhan Məmmədzadə ilə birgə onun qohumu - 2010-cu il təvəllüdlü Amid Seyran oğlu İsbərov da elektrik cərəyanı vurması nəticəsində həyatlarını itiriblər. Onlar səkkizinci sinif şagirdləri olublar. Hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Bəs məktəb həyətlərində şagirdlər bu kimi elektrik şitlərindən necə mühafizə olunur? Onlar dəmir məhəccərlə izolə edilibmi? Faciəyə səbəb nə ola bilərdi? Günahkar kimdir?

Təhlükəsizlik qaydaları üzrə ekspert Elmar Nurəliyev mövzu ilə bağlı "Yeni Müsavat"a danışıb. Ekspert qeyd edib ki, təyinatından asılı olmayaraq, bütün obyektlərdə, xüsusən də məktəb həyətlərində elektrik qurğularının istismarı təhlükəsizlik qaydalarına uyğun olaraq həyata keçirilməlidir: "Nəzərə almaq lazımdır ki, buradakı şagirdlərin çoxu azyaşlıdır və onlar hər zaman təhlükələri görə, məntiqli qərar verə bilmirlər. Ümumiyyətlə, məktəblərdə uşaqların həyat və sağlamlığına təhlükə yaradacaq heç nə olmamalıdır. Təhlükəli vəziyyət yarandıqda aşkarlanaraq dərhal qabaqlayıcı tədbirlər görülməlidir. Əgər məktəbin hansısa hissəsində sökülmə, uçma ehtimalı, elektrik xətlərində qısaqapanmalar varsa və ya qazanxanalar tam təhlükəsiz vəziyyətdə deyilsə, bunlar gözardı edilməməlidir. Eyni zamanda belə situasiyalar baş verdikdə məktəb rəhbərliyi təxirəsalınmaz tədbirlər görməlidir.

Bu kimi problemlər əsasən rayon məktəblərində yaşanır. Orada bu təhlükəsizlik məsələlərinə kimin nəzarət etdiyi məlum deyil. Yaxşı olardı ki, hər gün dərs bitdikdən sonra məktəb ümumi, hərtərəfli yoxlanışdan keçirilsin. Əgər heç bir problem və ya risk faktoru yoxdursa, şagirdlər növbəti gün məktəbə buraxılsın.

Elektrik təsərrüfatı həm yanğın təhlükəsini yaradan, həm də cərəyan vurması kim, yəni insanların həyat və sağlamlığına kifayət qədər təhlükə yaradan amildir. Ona görə də mütləq şəkildə həm istismarı zamanı, həm də hər hansı təmir işləri aparılarkən elektrik təsərrüfatı təhlükəsizlik qaydalarına uyğun olaraq davranmaq lazımdır.

Əgər elektrik təsərrüfatında hər hansı nasazlıq baş vermişdisə onun dərhal vaxtında aradan qaldırılması üçün tədbirlər planı həyata keçirilməli, həmin yerə kənar şəxslərin girişi məhdudlaşdırılmalıdır və yalnız yaranmış nasazlıq aradan qaldırıldıqdan sonra giriş təmin edilməlidir. Çünki elektrik təsərrüfatında baş verən hər hansı bir nasazlıq, neqativ hallar sonda bədbəxt hadisələrə gətirib çıxara bilir".

Ekspert vurğulayıb ki, müəssisələrdə elektrik şəbəkələrin, qurğuların, təsərrüfatının mütləq saz vəziyyətdə olması təmin edilməli, elektrik qurğularında şəbəkələrdə baş verə biləcək potensial risklər nəzərə alınmaqla, onların texniki vəziyyəti mütəmadi qiymətləndirilməli, mümkün ola biləcək qəzaların, fövqəladə hadisələrin qarşısının alınması üçün tədbirlər planı hazırlanıb işlənilməli, həyata keçirilməlidir: "Bütün təyinatlı obyektlər, hansı ki bunlar baxçalar, məktəblər, uşaqlar üçün əyləncə mərkəzləri, ümumi istifadə olunan parklar və yaxud insanların sıx yerləşdiyi məkanlar, gediş-gəlişin çox olduğu yerlər ola bilər, burada elektrik təsərrüfatının saz vəziyyətdə olması lazımdır ki, hər hansı bədbəxt hadisənin baş verə biləcək riski olmasın".

Elmar Nurəliyev xüsusilə elektrik transformatorlarının ciddi təhlükə mənbəyi olduğunu qeyd edib: "Elektrik transformatorları daim nəzarətdə olmalıdır. Nəinki azyaşlı uşaqların, eləcə də böyüklərin ona yaxınlaşması qadağandır. Yüksək gərginliyə malik elektrik transformatorların olduğu yerə hətta adi elektriklər də girə bilməz, yalnız bu sahə üzrə xüsusi ixtisasartırmadan keçmiş elektriklər girə bilər.

Yəni elektrik transformatorları çox təhlükəlidir. Bu baxımdan onların ətrafı mütləq şəkildə bağlanmalı, çəpərlənməlidir. Çəpərlənmənin giriş qapısı isə daim bağlı olmalı, kənar şəxslərin içəri daxil olmaması ilə bağlı xəbərdarlıq edən, məlumatlandırıcı yazılar olmalıdır. Ətrafda yaşayan və yaxud çalışan insanların da bu barədə ilkin bilikləri olmalı, uşaqlar nəzarətsiz buraxılmamalıdır".


Sonxeber.az
Telegramda izləyin
  Baxılıb: 564   Tarix: 23 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Moldova səfiri Rusiya XİN-ə çağırılıb

Moldova səfiri Lilian Dariy bu gün Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. "Report" xəbər verir ki, bu barədə Rusiya mediası XİN-ə istinadən məlumat yayıb. Bildirilib ki, Rusiya diplomatik kuryerlərinin saxlanılmasına görə ona qəti etiraz bildirilib. "Rusiya XİN-ə çağırılan Moldov

26 iyun
.

Samuxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb

Samux Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydalarını pozduğuna görə "Ford" markalı nəqliyyat vasitəsinin sürücüsü E.Həsənov saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, yoxlama zamanı müvafi

29 iyun
.

Avropa Azərbaycanla əməkdaşlığı genişləndirir

Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin iyulun 1-də Azərbaycana səfəri 2022-ci ildən sonra onun ölkəmizə ikinci səfəri kimi dəyərləndirilir. Belə ki, 2022-ci ildə Ursula fon der Lyayen Azərbaycana səfər etmiş və həmin səfər çərçivəsində Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsind

3 iyul
.

KDR-də Eboladan bir gündə 13 nəfər öldü: Yoluxma sayı ARTIR

Konqo Demokratik Respublikasında (KDR) Ebola xəstəliyi səbəbindən həyatını itirənlərin təsdiqlənmiş sayı son sutka ərzində 13 nəfər artaraq 267-ə yüksəlib. xəbər verir ki, bu barədə ölkənin Rabitə və Mətbuat Nazirliyi rəsmi məlumat yayıb. Məlumata görə, virusuna yoluxan şəxslərin ümumi sayı 1 048 nəfə

23 iyun
.

Türkiyədə mədəndə uçqun: Ölən var

Türkiyənin Bolu bölgəsində mədəndə baş verən uçqun nəticəsində bir nəfər ölüb. xəbər verir ki, bu barədə "İhlas" agentliyi məlumat yayıb. Hadisə Mengen rayonu ərazində baş verib. Hələlik hadisənin səbəbi məlum deyil. Ərazidə axtarış-xilasetmə əməliyyatları aparılır

17 iyun
.

Zakir Həsənov yeni generallara rütbələrini təqdim etdi

Müdafiə naziri general-polkovnik Zakir Həsənov iyunun 26-da Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən ali hərbi rütbələr verilən hərbi qulluqçularla görüşüb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, tədbirdə Müdafiə Nazirliyinin hərbi qulluqçularına "general-mayor"

26 iyun
.

"Focus": "Madyarın qərarı Ukrayna üçün zərbə olacaq"

Macarıstanın Baş naziri Peter Madyarın Ukraynanın Avropa İttifaqına (Aİ) sürətləndirilmiş şəkildə qoşulması ilə bağlı bəndi Aİ sammitinin ilk gününün yekun sənədindən çıxarması Kiyevə zərbə olacaq. xəbər verir ki, bu barədə Almaniyanın "Focus" jurnalında məqalə dərc edilib. Yazının müəllif

20 iyun
.

Filippində 6.4 bal gücündə zəlzələ baş verib

Filippində 6.4 bal gücündə zəlzələ baş verib. xəbər verir ki, bu barədə Almaniya Geofizika Tədqiqatları Mərkəzi (GFZ) məlumat yayıb. Bildirilib ki, yeraltı təkanlar arxipelaqın böyüklüyünə görə ikinci adası olan Mindanaoda hiss edilib. Mütəxəssislər seysmik hadisənin episentrinin yer səthindən 29 kilomet

26 iyun
.

Bakıda 19 yaşlı qız eyvandan yıxıldı

Bakıda 19 yaşlı qız binadan yıxılıb. -ın məlumatına görə, hadisə paytaxtın Səbail rayonu ərazisində baş verib. 2007-ci il təvəllüdlü Z.Hüseynova yaşadığı binanın 3-cü mərtəbəsinin eyvanından yıxılıb. Xəstəxanaya yerləşdirilmiş Z.Hüseynovanın vəziyyəti ağırdır

22 iyun