Xankəndidə silah gizlədən vəzifəli şəxs tutuldu
Xankəndi şəhərində odlu döyüş silahı, süngü-bıçaq və sursatlar gizlədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq tutulub.
DİN-in Mətbuat Xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, şəhər polis şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə 1960-cı il təvəllüdlü Cavid Əliyev bir müddət bundan öncə müxtəlif ünvanlardan tapdığı AK-74 tipli avtomat, 1 ədəd içərisində 7,62 mm çaplı 30 ədəd güllə olan avtomat darağı, 1 ədəd həmin avtomata aid olan süngü-bıçaq, 250 ədəd "Toz-8" tüfənginə aid sursat və digər sursat-gilizlərinin gizlədildiyi ünvanlardan aşkar olunaraq götürülüb. Müəyyən olunub ki, həmiş şəxs silah-sursatları və onun hissələrini aidiyyəti üzrə təhvil vermədən özündə saxlayıb.
Faktla bağlı Xankəndi Şəhər Polis Şöbəsində Cinayət Məcəlləsinin qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə maddəsi ilə cinayət işi qaldırılıb. C.Əliyev şübhəli şəxs qismində tutulub. Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Xankəndidə tapdığı silah-sursatı polisə təqdim etmədiyinə görə tutulan Cavid Əliyev Xankəndi şəhərində yerləşən poçt şöbəsinin müdiridir.

Sonxeber.az
Telegramda izləyin
Kriminal Baxılıb: 1513 Tarix: 23 aprel 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ağdamda kişi həyat yoldaşını balta ilə yaraladı
Ağdam rayonunda ailə-məişət zəminində ağır cinayət hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Mahrızlı kəndində qeydə alınıb. Belə ki, kənd sakini Ceyhun Ağali oğlu Salahov həyat yoldaşı Gülzəndə Abbas qızı Salohovaya balta ilə çoxsaylı xəsarətlər yetirib. Yaralı təcil
31 yanvarMüəllimi atasının silahı ilə vurubmuş - Polis həmin şagirdi saxladı
Xəbər verdiyimiz kimi, bu gün paytaxtın Binəqədi rayonunda yerləşən "İdrak" liseyində 10-cu sinif şagirdi müəllimini güllələyib. DİN-in Mətbuat xidmətindən "Qafqazinfo"ya bildirilib ki, hadisə bu gün saat 09 radələrində baş verib. Qeyd edilib ki, Binəqədi rayonunda yerləşən özəl "İdrak"
6 fevral"Kernel" mağazasında oğurluq
Bakının Nizami rayonunda fəaliyyət göstərən "Kernel" mağazasında oğurluq hadisəsi baş verib. Qaynarinfo-nun əldə etydiyi məlumata görə, mağazanın saxlanc yerindən 535 manat oğurlanıb. Hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat verildikdən sonra oğurluq cinayətini törətməkdə şübhəli bilinə
3 fevralVardanyana hökm oxundu - 20 il - Yenilənib
Bu gün Bakı Hərbi Məhkəməsində Ruben Vardanyan barəsində cinayət işi üzrə açıq məhkəmə iclası keçiriləcək. "Qafqazinfo" xəbər verir ki, Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə v
17 fevralOfisiantların ölümü ilə bağlı hadisədə - Hökm oxundu
Binəqədidə 4 gəncin elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı həbs edilən "Lake Hotel"in icarədarı Ağasif Verdiyevin məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Binəqədi Rayon Məhkəməsində keçirilən son iclasda hökm oxunub. Hökmə əsasə
27 fevralRamiz Mehdiyevlə bağlı məhkəmə QƏRAR VERDİ
Prezident Admistrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri uzadılıb. xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) müstəntiqinin vəsatəti əsasında R.Mehdiyevin barəsində ev dustaqlığı qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı təqdimat
10 fevralQardaşı uşaqlarını baltalayan əmi həbsdə öldü
Cəlilabadda qardaşının iki yeniyetmə övladını baltalayan əmi vəfat edib. "Qafqazinfo"nun məlumatına görə, Ə.Nağıyev dünən gecə saatlarında dünyasını dəyişib. Onun ölüm səbəbi hələlik açıqlanmayıb. Qeyd edək ki, hadisə üç gün əvvəl rayonun Üçtəpə kəndində baş verib. Əminin baltalı hücumu nəticəsind
4 fevralRuhin Tağıyevin vəkili öldü - Məhkəməsi təxirə salındı
Müdafiə Nazirliyi üzrə Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Mərkəzi Tibbi Arxivi və həmin Nazirliyin Tibbi Sənədlər Arxivinin sabiq rəisi mayor Ruhin Tağıyevin məhkəməsi başlayıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Hərbi Məhkəməsində keçirilən ilk iclasda təqsirləndirilən şəxsin anke
27 yanvar55 yaşlı sürücü sükan arxasında öldü
Gəncədə sürücü sükan arxasında vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə martın 16-sı saat 09 radələrində baş verib. Şəhər ərazisində 1971-ci il təvəllüdlü Nuruzadə Mustafayev idarə etdiyi "VAZ 2106" markalı 10-ES-234 nömrə nişanlı avtomobildə infarktdan ölüb. Faktla bağlı araşdırm
17 mart