"Nə qədər səviyyəsiz, mənəviyyatsız, anasını-atasını tanımayan, kökündən xəbəri olmayan adamlar varsa hamısını reklam edirlər" - FOTO
Tanınmış xanəndə Pərviz Qasımovun toya idman geyimində gəlməsi sosial şəbəkələrdə müzakirələrə yol açıb. İzləyicilərin əksəriyyəti onu qınayıb, bir çoxu isə "xanım müğənnilərin toya çılpaq geyinməsini alqışlayan kütlə, xanəndənin geyiminə niyə mız qoyur ki?" kimi ifadələr yazıblar.
Moderator.az-a açıqlama verən əməkdar artist Sevinc Sarıyeva bildirib ki, tanınmışlar səhnə və toy geyimində tamaşaçı qarşısına çıxmalıdır.
"Xanəndənin toya idman geyimində gəlməsi əlbəttə ki, düzgün hərəkət deyil. Pərvizdən nə əcəb? O yaxşı oxuyan, muğam ifaçısıdır. Axı belə səhvə yol verməzdi. Bu foto montaj deyil ki?! İnanmıram o toya belə geyinsin. Səhnənin səhnə geyimi var. Müğənni tamaşaçıdan fərqlənməlidir, amma idman geyimi ilə yox. İmic başqa şeydir, soyunub meydana girmək başqa şey. Bizim milli mentalitetimiz var. Hərhalda bunlara riayət etməliyik. Axı Avropa ölkəsi deyilik. Estrada oxuyanların da, muğam ifaçılarının da özlərinə uyğun geyimləri var. Heç kimi qınamıram. Pərviz belə düşüncəsiz iş görməzdi. Görünür Pərviz idmandan gələndə yolüstü toya gedib", - deyə xanəndə bildirib.
Əməkdar artist Nuriyyə Hüseynova isə mövzuya belə münasibət bildirib:
"İndi desəm ki, aprelin 29-da yaradıcılıq gecəm var, gəlin onu işıqlandırın, nə gələcəklər, nə də çəkəcəklər. Gecədə ölkənin milli-mənəvi dəyərlərini qoruyub saxlayan, ictimai, mədəni, siyasi aləmdə xidməti olan insanlar olacaqlar. O ki, qaldı bu mövzuya.. İnsan bəlkə bağından, iş yerindən çatdıra bilməyib, yolüstü keçib bir ağız oxuyub çıxıb gedib. Bilmirik axı o hansı səbəbdən bu vəziyyətdə oxumağa gedib. Təbii ki, səhnənin səhnə geyimi var. Dəniz kənarında, çimərlikdə insanlara konsert verəndə belə geyinmək normaldır. Qapalı restoranlarda, toyda tamam başqa geyim olmalıdır. Hər yerin, hər səhnənin, hər ortamın geyimi ayrıdır. Bunu da normal, ağlı-huşu başında olanlar bilir. Pərviz ağıllı, mədəni, elit bir oğlandır. Mən düşünmürəm ki, o bunu qəsdən edib. Mövzunu səhifələrdə şişirtmək, müzakirəyə çevirmək lazım deyil. Bu ölkənin dərdi-azarı təkcə kiminsə geyimidir? Yaxud kiminsə qarderobu, kiminsə həyatındakı şəxsdir? Nə qədər səviyyəsiz, mənəviyyatsız, anasını-atasını tanımayan, kökündən xəbəri olmayan adamlar varsa hamısını reklamla qaldırıb elə bir vəziyyətə gətirib çıxarıblar ki. Sanki bu ölkənin, bu vətənin, bu torpağın üz qabığı bunlardır. Bunlar olmasa bu ölkə batar. Bunlarsız həyat davam etməz. Bu ölkənin böyük zəfəri, siyasəti, qeyrətli oğulları var. Bir dəfə də onları müzakirə etsinlər də. Vallah mən xəcalət çəkirəm. Bəzən özümə deyirəm ki, ya rəbbim, mən hansı ortamda yaşayıram? Belə həyat olar? Yəqin mən çox irəli getmişəm. Bu günki ortamla heç nəyim uyğun gəlmir. Bəzən darıxıram, sıxılıram. Bu günki gündəmin sonu yoxdur. Bu cür yüngül, bəsit, bayağı şeylərlə biz həyatımızı yürüdüb, vaxtımızı bunlara həsr ediriksə demək ki, doğurdan qiyamətin ucu görünür. O vaxtın adamları həmişə düz deyiblər. Qiyamət elə budur".


Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Üzümün faydaları nələrdir və kimlər onu çox yeməməlidir?
Telefonunuzun ekranında "n" hərfi görünür? - Çoxlarının bilmədiyi funksiya
"Laser Beauty CLINIC"də "estetik kosmetoloq" kimi fəaliyyət göstərən Ramilə Əlizadə ilə bağlı iddialar
Paltaryuyana 1 qaşıq əlavə edin: Yuyucu vasitə xərcini yarıbayarı azaldır
Jurnalist Əvəz Zeynallının dəfn yeri bilindi
Prezident bəzi şəxslərə xüsusi və ali hərbi rütbələr verdi - SİYAHI
Sabiq nazir qardaşı oğlunu vəzifədən azad etdi
Bakının bu qəsəbəsi YENİLƏNİR: Göl ətrafında bulvar salınır - VİDEO
Avtomobilinizin təkərinə plastik butulka ilişibsə əsla düşməyin
Bu ərazidə su olmayacaq - Xəbərdarlıq
10 milyonluq əməliyyatın nəticəsi - Ebru Gündeşin son halı gündəm oldu
Səhrada tapılan daş 5,3 milyon dollara satıldı
SON DƏQİQƏ: Kiyev yaxınlığında azərbaycanlıların olduğu bazara DRON HÜCUMU: Ölən və yaralananlar var
Azərbaycanda zavodda YANĞIN: Bir neçə rayondan yanğınsöndürənlər çağırıldı
Sabunun məişətdə 10 faydalı istifadə üsulu