Mübahisəli ərazilərin delimitasiyası təxirə SALINIR? - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, Ermənistan parlamentinin müdafiə və milli təhlükəsizlik komissiyasının rəhbəri Andranik Köçəryan sərhədlərin delimitasiyasından danışıb. Bildirib ki, proseslər mübahisəli ərazilərə çatanda delimitasiya məsələsi ilə bağlı daışıqlar başlayacaq. Köçəryan eyni zamanda mübahisəli ərazilərin delimitasiya prosesindən müvəqqəti olaraq yan keçilməsinin mümkün olduğunu deyib. Bəs həmin ərazilərin delimitasiya prosesi təxirə salına bilər?
Mövzu ilə bağlı Sonxeber.az-a danışan politoloq Turab RZayev deyib ki, Köçəryan bu açıqlaması ilə əslində ciddi və tam olaraq dəqiq bir informasiya verməməyə çalışır:
"Ermənistanda hazırda sərhədlərin delimitasiyası Qazaxın 4 kəndinin qaytarılması məsələsi müxalifət tərəfindən geniş istifadə olunur. Həm Ermənistan müxalifəti, həm də erməni mətbuatı bunu Paşinyana qarşı təzyiq kimi istifadə edir. Onu xəyanətdə ittiham edirlər və xalqı hakimiyyətə qarşı mübarizə aparmağa çağırırlar. Bu baxımdan onlar tam şəkildə məlumat verməməyə çalışırlar. Burada mübahisəli məsələlər üzərindən Köçəryanın sakit şəkildə keçməyi əslində bununla bağlıdır. Açıq şəkildə deyir ki, tərəflər özünəməxsus əraziyə nəzarət edəcəklər. Demək istəyir ki, Ermənistan əraziləri Azərbaycana verilməyəcək".
Politolqun sözlərinə görə, digər tərəfdən mübahisəli ərazilərin delimitasiyanın müvəqqəti olaraq təxirə salınmasından danışır:
"Yəni faktiki olaraq, hansı ərazilərdə mübahisə varsa onu gələcəkdə delimitasiya edə bilərik. Bu tip açıqlamalar ilə Ermənistanı sakitləşdirməyə çalışırlar. Yəni biz hal-hazırda mübahisəli ərazilərdə güzəşt etməyəcəyik. Düşünürəm ki, bu daha çox Azərbaycana deyil, Ermənistanın daxilinə hesablanmış bir çıxışdır. Ona görə də bunun Azərbaycan və Ermənistan münasibətlərinə təsir edəcəyini düşünmürəm. Hansı xəritələr ilə sərhədlərin müəyyənləşdirilməsi məsələsini onlar gələcəyə buraxıb. Yəni uzun sözün qısası bu məsələni gələcəkdə mütəxəsislər özü delimitasiya prosesində həll edəcəklər. İndi Ermənistan ictimai bununla bağlı dəqiq informasiya vermir".
Sevda Səfərova
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1318 Tarix: 24 aprel 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
2027-ci ildə pensiyalar nə qədər arta bilər?
2026-cı ilin başa çatmasına bir neçə ay qalsa da, artıq ictimaiyyət arasında müzakirə edilən məsələlərdən biri də 2027-ci il üzrə pensiyaların artımıdır. Artıq pensiyaların nə qədər artacağı ilə bağlı müxtəlif proqnozlar səsləndirilir. Maraqlıdır, bəs gələn il əmək pensiyaları nə qədər arta bilər?. "Qafqazinfo"
27 sentyabrLamiyyə Ələkbərova bu kanalda efirə çıxacaq
Aparıcı Lamiyyə Ələkbərova yeni layihə ilə tamaşaçıların qarşısına çıxacaq. Qaynarinfo xəbər verir ki, aparıcı bu barədə "Instagram" hesabında paylaşım edib. O bildirib ki, bu televiziya mövsümündə TMB kanalında efirə çıxacaq. L.Ələkbərova "Ulduzla danış" verilişinin aparıcısı olacaq
28 sentyabrQaradağın yeni icra başçısı kimdir?
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Natiq Oruc oğlu Əliyev Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. "Qafqazinfo" xəbər verir ki, Əliyev Natiq Oruc oğlu beynəlxalq münasibətlər, dövlət idarəçiliyi və şəhər idarəçiliyi sahələrində geniş peşəka
28 sentyabrSabiq nazir qardaşı oğlunu vəzifədən azad etdi
Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərova məxsus "İmprotex Group"a daxil şirkətlərdən biri - "İmprotex İndustries" MMC-nin rəhbəri dəyişib. Qaynarinfo Yurd.Media-ya istinadən xəbər verir ki, Ruslan Ələkbərov şirkətin qanuni təmsilçisi vəzifəsindən azad olunub
28 sentyabr44 günlük müharibə gənc nəsil üçün hansı mesajı daşıyır? - SORĞU
27 Sentyabr - Anım Günü ilə bağlı olaraq paytaxt sakinləri arasında sorğu keçirdik. Sorğu zamanı vətəndaşlardan 6 il əvvəl başlayan Vətən müharibəsinin gənc nəsil üçün hansı mesajı daşıdığını soruşduq. Vətəndaşlar cavablarında həmin günlərlə bağlı yaddaşlarda qalan ən təsirli məqamları bölüşdülər. [hh4-unikal
28 sentyabrSabah Bakıya yağış, yüksək dağlıq ərazilərə qar yağacaq
Bakıda və Abşeron yarımadasında sentyabrın 29-da bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-şərq küləy
28 sentyabrAZAL-ın Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reysləri təxirə salındı
Azərbaycan Hava Yollarının (AZAL) 28 sentyabr 2026-cı il tarixinə planlaşdırılan Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reysləri əlverişsiz hava şəraiti səbəbindən təxirə salınıb. AZAL-dan -a verilən məlumata görə, hava şəraiti sabitləşdikdən sonra uçuşların icrasına davam ediləcək. Sərnişinlər mümkü
28 sentyabrAzərbaycanda mal əti BAHALAŞDI - YENİ QİYMƏT
Azərbaycanda mal ətinin qiyməti yenidən bahalaşıb. "Qaynarinfo"ya istinadən xəbər verir ki, hazırda satış məntəqələrində sümüklü ət alıcılara 19 manatdan təklif edilir. Sümüksüz mal əti isə 21-22 manata satılır. Bu isə son bir ayda 1-2 manat artım deməkdir. Satıcılar qiymət artımına səbəb kim
26 sentyabr