Paytaxtda velosiped və skuterlər üçün zolaq çəkilərkən avtobus dayanacağı niyə nəzərə alınmayıb? - VİDEO
Dayanacağın qarşısında salınan velosiped zolağı sərnişinlər üçün təhlükə yaradır.
Xezerxeber.az-ın məlumatına görə, bura, paytaxtın Səbail rayonu, Azərbaycan prospektidir.
Sonradan salınan velosiped zolağına görə, həmin ərazidən keçən bütün xətlər üzrə avtobuslar yolun hərəkət hissəsində dayanır.
Bu da avtobusa minmək istəyən sərnişinlərin işini çətinləşdirir.
Avtobusu yolun hərəkət hissəsində saxlamağa məcbur olan sürücülər isə demək olar hər gün qəza şəraiti ilə üzləşirlər. Onlar da yaranmış bu vəziyyətdən narahatdırlar.
Qeyd edək ki, avtobuslar yolun bir zolağını məcburən zəbt etdikləri üçün günün pik saatlarında ərazidə tıxac da yaranır. Bəzən yaxınlıqdakı parkinqə daxil olmaq istəyən avtomobillər də vəziyyəti daha da qəlizləşdirir.
Bu halda isə avtobuslar hətta 3-cü zolaqda dayanmaq məcburiyyətində qalırlar.
Məsələdən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) də xəbərdardır.
Problem həll olana qədər həmin dayanacaqda avtobusa minən və yaxud da enən sərnişinlərin diqqətli olmaları tövsiyə edilib.
Ətraflı süjetdə:
Sonxeber.az
Telegramda izləyin
Baxılıb: 980 Tarix: 25 aprel 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Nirezo Official Azərbaycanın tanınmış endirim bloq səhifəsi
Azərbaycanda sosial media üzərindən endirimlər, kampaniyalar və sərfəli alış-veriş imkanlarını izləyicilərə çatdıran Nirezo Official ölkənin ən tanınmış endirim platformalarından biri kimi fəaliyyət göstərir. Müxtəlif sosial şəbəkələrdə geniş auditoriyaya sahib olan platforma hər gün minlərlə istifadəçin
17 iyunKafedə dava: Ünvansız söyüş söydü, dostunu qətlə yetirdi
Gəncə Ağır Cinayətlər Məhkəməsində tanışını qətlə yetirməkdə təqsirləndirilən Xudat Məmmədovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. -ın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə X.Məmmədov 11 il azadlıqdan məhrum edilib. İttihama görə, Xudat Məmmədo
19 iyunŞuşada TDT-nin dini qurum rəhbərlərinin ilk görüşü keçiriləcək
İyunun 30-da Şuşada Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin birinci görüşü keçiriləcək. xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, tədbirdə TDT Baş katibinin, eləcə də üzv ölkələri
24 iyun26 yaşlı Yevlax sakininin meyiti kanalda tapıldı
Bərdə rayonunda kanaldan meyit tapılıb. -ın əldə etdiyi məlumata görə, hadisə rayonun Qarağacı kəndinin ərazisindən keçən Yuxarı Qarabağ su kanalında aşkar edilib. Yevlax rayon sakini 200-ci il təvəllüdlü Mahir Nadirovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti kanalda tapılıb. Faktla bağlı araşdırm
23 iyunQızı şikayət etdi, anası cəzalandırıldı - Ailə münaqişəsinə səbəb nə olub?
Sumqayıt şəhərində azyaşlı övladının üzünü cıran ana cəzalandırılıb. Qaynarinfo-nun məlumatına görə, 1994-cü ildə Abşeron rayonunun Novxanı kəndində anadan olmuş C.V. barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş protokola məhkəmədə baxılıb. V.V. övladının şikayəti əsasınd
18 iyunGəncədə ağlasığmaz dələduzluq: Maşını lombarda qoydu...
Gəncədə avtomobil alqı-satqısı adı ilə dələduzluq edən şəxsə hökm oxunub. Qaynarinfo xəbər verir ki, məhkəmə materiallarına görə, təqsirləndirilən şəxs özünə məxsus olmayan "Hyundai Sonata" markalı avtomobili satmaq adı ilə tanışını aldadaraq onun 2650 manat pulunu ələ keçirib. O, avtomobili
18 iyun