"Crocus" terror aktı ilə bağlı saxlanılan 12-ci şəxs barəsində qərar verildi
Moskvanın Basmannı məhkəməsi "Crocus City Hall"da terror aktı ilə bağlı iş üzrə 12-ci müttəhim - Tacikistan vətəndaşı Cumaxon Kurbonovu həbs edib.
Bu barədə məhkəmənin qərarından aydın olub.
"Kurbonov barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaqın vəsatəti təmin edilsin", - deyə məhkəmənin qərarında bildirilib.
Kurbonov mayın 22-dək həbsdə olacaq. İstintaqın müraciətinə bağlı qapılar arxasında baxılıb. Açıqlanan materiallara görə, Kurbonov Rusiyada qeyri-qanuni yaşayıb işləyirmiş.
Məhkəmənin qərarı hələ qanuni qüvvəyə minməyib və ondan apellyasiya instansiyasına şikayət verilə bilər.
Xatırladaq ki, martın 22-də axşam saatlarında Krasnoqorskda "Crocus City Hall" konsert zalında terror aktı baş verib. Silahlı şəxslər zala soxularaq tamaşaçılara atəş açıblar. Bundan sonra partlayışlar baş verib və yanğın başlayıb. Rusiya İstintaq Komitəsi "terror aktı" maddəsi ilə bağlı cinayət işi açıb.
Hadisə nəticəsində 551 nəfər yaralanıb, 145 nəfər (altısı uşaq) həlak olub. Hadisəni törədən terrorçular Tacikistan vətəndaşları Şamsidin Fariduni, Saidakrami Murodali Raçabalizoda, Dalercon Mirzoyev və Muhammadsobir Fayzov həbs olunublar. Onlar istintaq təcridxanasına göndəriliblər. Onları ömürlük həbs gözləyir
İstintaq davam edir.(oxu.az)
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 964 Tarix: 27 aprel 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Aİ-dən Ukraynaya milyardlıq HƏRBİ DƏSTƏK
Avropa İttifaqı (Aİ) ölkələri Ukraynaya Avropa Sülh Fondundan 6.6 milyard avro ayrılmasını razılaşdırıblar. xəbər verir ki, bunu Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas açıqlayıb. Onun sözlərinə görə, vəsaitin 900 milyon avrosu Ukraynaya hərbi yardım missiyasına
27 sentyabrÇin qarşıdakı illərdə ABŞ-dan kömür tədarükünü artırmağı planlaşdırır
Pekin Vaşinqtonla kömür sənayesində əməkdaşlığı dərinləşdirmək, o cümlədən qarşıdakı illərdə Amerika kömürünün tədarükünü artırmaq istəyir. xəbər verir ki, bunu Çin Ticarət Nazirliyi bildirib. Çin tərəfinin açıqlamasına görə, ticarət-iqtisadi məsləhətləşmələrin nəticəsi olaraq, Çin və ABŞ qarşılıql
28 sentyabrHörmüz boğazında kommersiya gəmiçiliyinin intensivliyi 75% azalıb
Hörmüz boğazında kommersiya gəmiçiliyinin intensivliyi ABŞ və İran arasında münaqişədən əvvəlki səviyyə ilə müqayisədə təxminən 75 faiz aşağı olaraq qalır. "Report" xəbər verir ki, bu barədə Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) məlumat yayıb. Qurumun məlumatına görə, boğazda
27 sentyabrƏraqçi: Hörmüz boğazının açılması şərtlərin yerinə yetirilməsindən asılıdır
Hörmüz boğazının açılması İran tərəfinin ABŞ-yə təqdim etdiyi şərtlərin yerinə yetirilməsindən asılıdır. "Report" ISNA-ya istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində ABŞ rəsmiləri ilə keçirilən görüşlərin yekunların
27 sentyabrİtaliyanın ikinci ən böyük hava limanına Berluskoninin adı verildi
İtaliyanın Milan şəhərinin əsas hava limanı olan Malpensaya İtaliyanın keçmiş baş naziri Silvio Berluskoninin adı verilib. xəbər verir ki, bu barədə "Rainews24" məlumat yayıb. Bundan sonra hava limanının tam adı "Milan-Malpensa Silvio Berluskoni Hava Limanı" olacaq. Lakin qərar Mila
27 sentyabr