Türkmənistan Türkmənbaşı limanı vasitəsilə Orta Dəhliz üzrə tranzitin stimullaşdırılmasını təklif edir
Orta Dəhlizin (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) inkişafı və Türkmənbaşı limanı vasitəsilə tranzitin stimullaşdırılması Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatlarının böyüməsində və dünya bazarında mövqelərinin möhkəmlənməsinə töhfə verəcək.
"Report" xəbər verir ki, bunu Budapeştdə Türk Dövlətləri Təşkilatının Nəqliyyatı Əlaqələndirmə Komitəsinin ikinci iclası zamanı Türkmənistan Dəniz və Çay Marşrutları Agentliyinin sədri Batır Annayev deyib.
İclas iştirakçıları Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə nəqliyyat və tranzit əməliyyatlarının sadələşdirilməsi, daşıma prosedurlarının rəqəmsallaşdırılması və multimodal əlaqənin təkmilləşdirilməsi üzrə tədbirlərə diqqət yetiriblər.
B.Annayev vurğulayıb ki, Türkmənistan Türkmənbaşı dəniz limanı vasitəsilə yüklərin daşınmasını artırmaq üçün fəal addımlar atır: "Tranzitin stimullaşdırılması üçün dəniz limanı rüsumları üzrə imtiyazların və daşımalarda güzəştlərin verilməsi daxil olmaqla, müxtəlif tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Türkmənbaşı ilə Bakı arasında müntəzəm bərələr hərəkət edir və quru yük gəmiləri fider daşınmasını təmin edir. Türkmənbaşı limanında "gömrük anbarı" rejimi malları gömrük rüsumu ödəmədən 3 ilə qədər saxlamağa imkan verir".
Agentliyin rəhbəri bildirib ki, bu imkanlar bütün iştirakçı ölkələr üçün açıqdır.
Onun sözlərinə görə, Türkmənbaşı Beynəlxalq Dəniz Limanı bütün Mərkəzi Asiya regionunun əsas logistik mərkəzlərindən birinə çevrilmək imkanına malikdir:
"Bu liman Şərq-Qərb dəhlizinin halqası olmaqla Mərkəzi Asiyanın tranzit sistemində mühüm rol oynayır. İldə 17 milyon ton yükdaşıma qabiliyyətinə malik olan bu liman regionda tələbatın olduğu bütün növ malları qəbul etmək iqtidarındadır. Müntəzəm yük daşımaları Türkmənbaşı ilə Xəzəryanı dövlətlərin limanları üzrə həyata keçirilir".
O vurğulayıb ki, dünyada baş verən geosiyasi hadisələr və Mərkəzi Asiyadan ənənəvi ixrac malları (gübrələr, kimya və neft məhsulları) bazarında qeyri-sabitlik fonunda yükdaşıma marşrutları dəyişir:
"Asiya və Çindən malların daşınması üçün ən populyar marşrutlar Şimal (Rusiya vasitəsilə), Orta (Türkmənistan-Azərbaycan-Gürcüstan-Avropa) və Cənub (Qırmızı dəniz vasitəsilə) marşrutlarıdır. 2024-cü ilin əvvəlində Qırmızı dənizdə və digər bölgələrdə baş verən siyasi hadisələr Avropaya yüklərin daşınması qiymətlərinin kəskin artmasına səbəb olub. Bu baxımdan Xəzər və Qara dənizlər arasında Orta Dəhlizinin əhəmiyyəti artır. Layihədə iştirak edən ölkələrin onun inkişaf etdirilməsi üçün səylərinin birləşdirilməsi isə geniş perspektivlər açır".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiya yaşı ilə bağlı yeni QAYDA
Üzümün faydaları nələrdir və kimlər onu çox yeməməlidir?
Telefonunuzun ekranında "n" hərfi görünür? - Çoxlarının bilmədiyi funksiya
Bu şəxslərin pensiyasına sabit məbləğdə AYLIQ ƏLAVƏ VERİLƏCƏK
2027-ci ildə pensiyalar nə qədər arta bilər?
Bu şəxslərin maaşı və pensiyası ARTILIR
MƏRHUMUN BANK KREDİTİ ailənin boynuna qalır? - AÇIQLAMA
"Laser Beauty CLINIC"də "estetik kosmetoloq" kimi fəaliyyət göstərən Ramilə Əlizadə ilə bağlı iddialar
Toyuq əvvəl yaranıb, yoxsa yumurta? - Elm cavab verdi
Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq
Paltaryuyana 1 qaşıq əlavə edin: Yuyucu vasitə xərcini yarıbayarı azaldır
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Pensiya və müavinətlərlə bağlı YENİ XƏBƏR
Metroda PULSUZ giriş: Niyə məhz bu iki stansiya? - AÇIQLANDI
Prezident bəzi şəxslərə xüsusi və ali hərbi rütbələr verdi - SİYAHI