Bu il Kəlbəcərdə daha 4 SES istismara veriləcək - Video
Yaşıl enerjiyə keçidin sürətləndirilməsi, atmosferə atılan karbon qazının miqdarının azaldılması, təbii qaza qənat edilməsi, ekoloji cəhətdən təmiz enerji istehsal edilməsi üçün bir çox ərazilərdə olduğu kimi işğaldan azad edilən Kəlbəcər rayonunda da "AzərEnerji" tərəfindən kompleks işlər həyata keçirilir.
"Qafqazinfo" xəbər verir ki, hazırda Kəlbəcər rayonunun ərazisində 4 yerdə su elektrik stansiyalarının tikintisi aparılır. 4,3 meqavat gücündə "Zar", 8,8 meqavat gücündə "Nadirxanlı", 8,6 meqavat gücündə "Aşağı Vəng" və 22,5 meqavat gücündə "Yuxarı Vəng" su elektrik stansiyalarının 2024-cü ildə istismara verilməsi planlaşdırılır.
Onu da qeyd edək ki, 2020-2023-cü illər ərzində Kəlbəcər rayonunda "AzərEnerji" tərəfindən ümumi gücü 32 meqavat olan "Kəlbəcər-1", "Meydan", "Qamışlı", "Çıraq-1", "Çıraq-2" və "Soyuqbulaq" kiçik su elektrik stansiyaları yenidən qurularaq Ölkə Prezidenti İlham Əliyevin iştirakı ilə istismara verilib. Məskunlaşma siyasətinə uyğun olaraq 20-dən artıq kəlbəcərli bu stansiyalarda daimi işlə təmin olunub. Bu günə kimi istismara verilən 6 kiçik su elektrik stansiyasında 70 milyon kilovat saata yaxın ekoloji cəhətdən təmiz yaşıl enerji istehsal edilib.
Qeyd edək ki, cari ilin bolsulu olması və quraşdırılan turbinlərin səmərəlilik göstəricilərinin yüksək olması səbəbindn stansiyalar hazırda nominal gücdə işləyir.
Sonda xüsusi bir məqamı da diqətə çatdıraq ki, kiçik su elektrik stansiyalarına karbon sertifikatlarının alınması üçün rəsmi qaydada Qətərdə yerləşən "Qlobal Karbon Şurası" təşkilatına Kəlbəcərdə fəaliyyət göstərən kiçik su elektrik stansiyalarına görə müraciət olunub və stansiyaların qeydiyyatı proseduru üzrə növbəti mərhələyə keçidə müsbət rəy verilib. Bu təşəbbüs ardıcıllıqla digər su elektrik stansiyalarını da əhatə edəcək və Azərbaycan tarixində ilk dəfə bərpa olunan enerji mənbəli elektrik stansiyalarının karbon sertifikatları ilə təmin edilməsi məhz işğaldan azad edilən ərazilərdəki enerji obyektləri ilə bağlı olacaq.



Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 795 Tarix: 29 aprel 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
2027-ci ildə pensiyalar nə qədər arta bilər?
2026-cı ilin başa çatmasına bir neçə ay qalsa da, artıq ictimaiyyət arasında müzakirə edilən məsələlərdən biri də 2027-ci il üzrə pensiyaların artımıdır. Artıq pensiyaların nə qədər artacağı ilə bağlı müxtəlif proqnozlar səsləndirilir. Maraqlıdır, bəs gələn il əmək pensiyaları nə qədər arta bilər?. "Qafqazinfo"
27 sentyabrGələn ildən maaşlardan tutulmalar ARTACAQ - AÇIQLAMA
Gələn il yanvarın 1-dən etibarən muzdlu işdən əldə edilən gəlirlər üzrə gəlir vergisinin dərəcələri dəyişdiriləcək. Yeni qaydalara əsasən, çalışanların əməkhaqqından tutulacaq gəlir vergisi pilləli sistem üzrə hesablanacaq. Belə ki, aylıq gəlirin 2500 manatadək olan hissəsinə 5 faiz dərəcə tətbiq ediləcək
27 sentyabrMurad Adıgözəlzadə baba oldu
Xalq artisti Murad Adıgözəlzadə baba olub. Axşam.az xəbər verir ki, musiqiçinin qızı Məryəmin övladı dünyaya gəlib. Maksim adlı İsrail vətəndaşı ilə ailəli olan Məryəmin qızı doğulub. Qeyd edək ki, Məryəm M.Adıgözəlzadənin ilk evliliyindən olan qızıdır. Onun ikinci evliliyi müğənni Aysel Teymurzadə il
28 sentyabrBakının bu qəsəbəsi YENİLƏNİR: Göl ətrafında bulvar salınır - VİDEO
Əmircan yenilənir, abadlaşdırılır. Qəsəbədə aparılan abadlıq işləri davam etdirilir. BİG.AZ "Xəzər" TV-yə istinadla xəbər verir ki, artıq göl kənarında salınan mini parklardan birində işlər yekunlaşıb. Görülən işlər sakinlərin də ürəyincədir. Onların sözlərinə görə, bu layihənin üstün cəhətlərində
27 sentyabrQaradağın yeni icra başçısı kimdir?
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Natiq Oruc oğlu Əliyev Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. "Qafqazinfo" xəbər verir ki, Əliyev Natiq Oruc oğlu beynəlxalq münasibətlər, dövlət idarəçiliyi və şəhər idarəçiliyi sahələrində geniş peşəka
28 sentyabrDeputatdan ŞAD XƏBƏR: Bu şəxslərin MAAŞI ARTIRILIR
Hərbi qulluqçuların əməkhaqlarının artırılması onların sosial təminatı və ailə büdcəsinin formalaşması baxımından mühüm məsələdir. Maaşlarda nəzərdə tutulan 22,8 faizlik artım hərbçilərin nominal gəlirlərinin yüksəlməsinə səbəb olmaqla yanaşı, inflyasiya və gündəlik xərclərin artımı fonunda real gəlirlər
28 sentyabrNazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq
Azərbaycanda orta aylıq əməkhaqqının yaxın illərdə artacağı gözlənilir. Maliyyə Nazirliyinin proqnozuna görə, 2030-cu ildə orta maaş 1 551,5 manata çatacaq. Vətəndaşlar üçün əsas sual orta maaşdan daha çox, minimum əməkhaqqının necə dəyişəcəyi ilə bağlıdır. Orta maaş 1 551 manata çatacaqsa, minimum əməkhaqq
27 sentyabr