"Başkəndin strateji əhəmiyyətini Musabəyov və İsgəndərov kimi deputatlar bilə bilməz" - AÇIQLAMA
Bu gün mətbuatda İTV-nin "Azərbaycanın dörd eksklav kəndi mübadilə edilə bilər?" materialında şərh verən tarixçi, alim, deputat Anar İsgəndərov Başkəndin Qazax ərazisində olduğunu bildirdiyinə dair məlumatlar yayılıb. Digər deputat Rasim Musabəyov isə Başkəndin heç bir "strateji əhəmiyyəti" olmadığını deyir və gələcəkdə "mübadilə üçün" öz aləmində "əsas yaratmağa" cəhd edir. Danışıqlar prosesinin getdiyi bir vaxtda hər iki deputat yersiz açıqlamaları ilə nə deməyə çalışır?
Mövzu ilə bağlı Sonxeber.az-a danışan hərbi ekspert Tərlan Eyvazov deyib ki, deputatların fikirləri onların öz şəxsi mülahizələridir. Başkənd bizim şəhərlərə doğru ən azı 15 km sərhədlərimizdən içəriyə doğru olan ərazidə yerləşir:
"Ərazisi xeyli böyükdür və Gədəbəyin içərisində olan anklavdir. Onun strateji əhəmiyyətini Musabəyov kimi deputatlar və ziyalılar bilə bilməz. Ona görə ki, onlar əsgər deyillər. Çox güman ki, heç həmin bölgədə olmayıblar. Bu baxımdan onlar yalnız təxəyyüllərindən çıxış edə bilərlər. Düşünmürəm ki, Azərbaycan tərəfi bu məsələlərdə Başkəndi Ermənistanə güzəştə gedər. Çünki əgər Başkənd ərazisi güzəştə gedilərsə, təqribən 15-16 km məsafə ermənilərə yol verməliyik. Hətta ermənilər orada yaşamasalar belə, yenə də həmin anklav geniş əraziyə malikdir. Başkənd bizim anklav olan kəndlərimizdən - Baganis-Ayrım, Xeyrimli, Bərxudarlı, Şərurun Kərki kəndi ilə nisbətdə daha böyük ərazisi var. Belə hal baş verərsə, gərək onlara koridor düzəldək. Bu zaman ərzində qorumaq üçün sərhədçilər yetişdirməliyik. Hətta bu zaman orada Ermənistan sərhədçiləridə olmalıdır. Buna Azərbaycan yol verə bilməz. Onsuzda Azərbaycan bu məsələni həll edəcək. Bu baxımdan Ermənistan üçündə həmin ərazidə kommunikasiya xətləri və mühəndis istehkam yerləri qurmaq çətindir. Ona görə də Azərbaycan tərəfi beynəlxalq qaydalara uyğun olaraq hər hansı bir ərazidə müəyyən irəli geriləməklə həmin Başkəndin Azərbaycan ərazisinə qatılmasını təmin edə biləcək".
Sevda Səfərova
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiya yaşı ilə bağlı yeni QAYDA
Üzümün faydaları nələrdir və kimlər onu çox yeməməlidir?
Telefonunuzun ekranında "n" hərfi görünür? - Çoxlarının bilmədiyi funksiya
Bu şəxslərin pensiyasına sabit məbləğdə AYLIQ ƏLAVƏ VERİLƏCƏK
2027-ci ildə pensiyalar nə qədər arta bilər?
Bu şəxslərin maaşı və pensiyası ARTILIR
MƏRHUMUN BANK KREDİTİ ailənin boynuna qalır? - AÇIQLAMA
"Laser Beauty CLINIC"də "estetik kosmetoloq" kimi fəaliyyət göstərən Ramilə Əlizadə ilə bağlı iddialar
Toyuq əvvəl yaranıb, yoxsa yumurta? - Elm cavab verdi
Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq
Paltaryuyana 1 qaşıq əlavə edin: Yuyucu vasitə xərcini yarıbayarı azaldır
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Pensiya və müavinətlərlə bağlı YENİ XƏBƏR
Metroda PULSUZ giriş: Niyə məhz bu iki stansiya? - AÇIQLANDI
Prezident bəzi şəxslərə xüsusi və ali hərbi rütbələr verdi - SİYAHI