Müğənni Hiss kimdir və nə qədər pul qazanır? – Maraqlı cavablar

Müğənni Hiss kimdir və nə qədər pul qazanır? – Maraqlı cavablarMahnıları gündəmdən düşməyən və getdikcə daha çox tamaşaçı kütləsi toplayan müğənni Hissin şəxsi həyatı da daim izləyicilərin maraq dairəsindədir.

Lent.az "Bioqrafiya" rubrikasında hər yeni ifası trend olan müğənni Hiss barədə məlumat verir.

- Hiss harada doğulub və əsl adı nədir?

- 13 iyul 1995-ci ildə Bakıda doğulub. Üç yaşından etibarən qardaş-bacısı ilə uşaq evində - SOS Uşaq Kəndində böyüyüb. Əsl adı Röya Məmmədovadır.

- Nə üçün Hiss təxəllüsünü götürüb?

- Çünki ondan öncə səhnədə arıq Xalq artisti Röya Ayxan var idi və o yeni adla tanınmaq istədi.
Röya xanım həm səsi həm də tərzi ilə tamaşaçıların qəlbində özünəməxsus yerini artıq əldə etmişdi. İlk Röya ola bilməyəcəyi üçün ilk "Hiss" olmağa qərar verib. Hiss sözü qısa, yaddaqalan, eyni zamanda oxuduğu mahnılar ilə eyni tərzdə, hisslərə xitab edən olduğu üçün seçilib.

- Hissin ali təhsili varmı?

- 2013–2017-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasında neft-qaz mühəndisliyi ixtisası üzrə təhsil alıb.

- Hiss musiqidən başqa nə ilə məşğul olur? Əlavə işi varmı?

-Hazırda turizm sektorunda çalışır və özü-özünü maliyyələşdirir.

- Hiss nə vaxtdan musiqi ilə məşğuldur?

Musiqi ilə maraqlanmağa 14 yaşında başlayıb. 15 yaşında "Sən bir nəğməsən" adlı musiqi yarışmasında iştirak edib. Professional sənətdə ilk mahnısı 2018-ci ildə ifa etdiyi "Mirvarilər" olub. Onun sayca beşinci treki olan "İstəmirəm" aylar ərzində Shazam Türkiyə çartında top 50-də yer alıb. Mahnıya çəkilmiş klipi YouTube-da 20 milyondan çox izlənilib.

- Hiss necə oldu ki, müğənni oldu?

- Təbiətcə yaradıcılığı, incəsənəti sevir. Hesab edir ki, incəsənət, musiqi insanları daxili mənləri ilə üzləşdirən, onları düşünməyə vadar edən və olduğu andan həzz almağa kömək edən yeganə vasitədir. Uşaqlıq yaşlarından incəsənətə qarşı böyük sevgisi olub.

- Hiss uşaqlıqda hansı sənətdə olmağı arzu edib?

- O, ya aktrisa ya da musiqiçi olmağı arzulayıb. Kiçik yaşlarından musiqi dərnəklərində eləcə də, uşaq musiqi yarışmalarında iştirak edib.

- Hissin neçə albomu, klipi və sinqlı var?

- "Mars" (2022) və "Special Acoustic" (2023) adlı iki albom, 25 sinql və 22 klip təqdim edib.

- Hiss hansı stildə (üslubda) oxuyur?

- Əsasən hip-hop janrına üstünlük verir. Müəyyən bir üslubu təmsil etmir. Hisslərə xitab etdiyi müddətcə müxtəlif janrlarda mahnılar oxuya biləcəyini deyib.

- Hiss nədən oxuyur? Mahnılarının əsas mesajı nədir?

- Özü deyir ki, ifa etdiyi mahnılar məna baxımından müəyyən bir məzmun izləməsinə xidmət edir. Öz mahnılarının məzmunu gündəlik həyatdan götürülüb deyə, hər kəsə xitab edir, hamının həyatına toxunur. Məsələn, "Qorxuram" adlı mahnısının mövzusu Azərbaycan qadınının qorxularından bəhs edir. Çünki bu cəmiyyətimiz üçün aktual mövzudur. Hiss hesab edir ki, Azərbaycan qadınları tək qalmaqdan qorxur.

- Hiss özü tək qalmaqdan qorxur?

- Yox. Deyir ki, təkliyindən zövq alan biridir.

- Hiss subaydır?

- Hələlik, subaydır.

- Hiss özünü Azərbaycan şou-biznesinin bir hissəsi hesab edir?

- Hiss hesab edir ki, şou-biznes bir termin olaraq ötən 10 – 15 illik period ərzində mövcud olan bir məfhum idi. İnternetin həyatımıza inteqrasiya olmasından sonra digər sahələr kimi şou biznes konsepsiyası da demək olar ki, kökündən dəyişib. İndiki tamaşaçı gündəlik olaraq daha çox məlumat alır, izləyəcəyi və ya dinləyəcəyi məzmunu özü seçə bilir. Hiss günümüzdə şou-biznes anlayışının iflas etdiyini düşünür və onun mövcudluğuna inanmır.

- Hiss toylara gedirmi? Hissin toy qonorarı nə qədərdir?

- Hiss bütövlükdə toy məclisini idarə etmir. Yarım saatlıq dəvət aldığı toylar üçün 3 min manat qonorar tələb edir.

- Hiss aylıq nə qədər pul qazanır?

- Hiss bu barədə danışmağı sevmir. Lakin çox bahalı avtomobilinin və təmtəraqlı bağ evinin olduğu məlumdur.

- Hissin əsas izləyiciləri kimlərdir?

- Statistik göstəricilərə görə izləyiciləri 18-35 yaş aralığının nümayəndələridir.

- Hissin hədəfləri və planları nələrdir?

- Daha böyük kütləyə səsini çatdırmaq istəyir. Gələcəkdə xaricdə konsert verməyi hədəfləyir. Daha bir arzusu "Avroviziya" mahnı müsabiqəsində ölkəni təmsil etməkdir. Bu müsabiqəyə münasibəti müsbətdir. Avropa dinləyicisinə təqdim olunan işin bir parçası olmaq hər şeydən öncə böyük təcrübədir. Elə bir səhnədə sərgilənəcək performansdan, böyük kütlə qarşısında çıxışdan öyrəniləcək çox şey var. Hiss bu müsabiqəni Avropa izləyicisinə açılan qapı hesab edir.


Sonxeber.az
Telegramda izləyin
  Baxılıb: 2104   Tarix: 30 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

7 yaşından atalıq edən şəxsə qoşulub QAÇDI: anası ilə canlı efirdə belə üzləşdi - VİDEO

Türkiyədə baş verən inanılmaz hadisə ictimaiyyətdə böyük rezonans yaradıb. Türkiyə mətbuatına istinadən xəbər verir ki, 7 yaşından bəri atalıq edən şəxslə qaçan gənc qız televiziya proqramında anası ilə üzləşib. Canlı efirdə yaşanan anlar izləyiciləri heyrətə gətirib. Proqramda ananın göz yaşları içind

30 oktyabr 2025
.

"5 il öncə paltar reklam edən indi cərrahdır"

Amerikaya köçən tele-aparıcı Qənirə Ataşova sosial media hesabında açıqlaması ilə diqqət çəkib. -a istinadən bildirir ki, Qənirə Ataşova plastik cərrah kimi fəaliyyət göstərən Səma Qasımova haqqında İnstaqramda hekayə bölümündə bu sözləri yazıb:. Doktor Səma Qasımova 2020-ci ildə paltar reklamı ilə məşğu

4 yanvar 2025
.

Nəriman Axundzadə bu tarixdə ABŞ-yə yollanacaq

"Kolambus Kryu" klubuna keçən Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadənin iki həftədən sonra ABŞ-yə yollanacağı gözlənilir. xəbər verir ki, bu barədə "Report"a 21 yaşlı hücumçu ilə əməkdaşlıq edən futbol agenti Tural Əsgərov açıqlama verib. O, forvardın viza işləri tamamlana

12 fevral
.

İcbari tibbi sığorta çərçivəsində dərman vasitələrinin seçim prinsipləri açıqlanıb

İcbari tibbi sığorta çərçivəsində dərman vasitələrinin seçim prinsipləri açıqlanıb. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Dərman və tibbi vasitələr şöbəsinin müdiri Elmin Quliyev bu gün TƏBİB və Agentlik tərəfindən keçirilən "İctimaiyyətlə əlaqələr və media nümayəndələri üçün təlim"d

8 dekabr 2025
.

Döyüşün ortasında qalan qız döyülərək huşunu itirdi - VİDEO

Türkiyənin İstanbul şəhərinin Esenyurt rayonunda inanılmaz görüntülər qeydə alınıb. xəbər verir ki, bir marketin qarşısında iki qrup arasında naməlum səbəbdən dava düşüb. Tərəflər bir-birilərinə dəyənək və yumruqlarla hücum ediblər. Daha sonra digər şəxslərin də davaya qarışması ilə küçə döyüş meydanın

11 iyul 2025
.

Zaurun bu VİDEOsu izlənmə rekordu vurur

Teleaparıcı Zaur Baxşəliyev sosial şəbəkələrdə gündəm olub. xəbər verir ki, onun göyçəlilər üçün ifa etdiyi mahnı böyük marağa səbəb olub. Aparıcının oxuduğu aşıq mahnısı sosial şəbəkələrdə izlənmə rekordu vurub. Sözügedən görüntünü təqdim edirik:. [/youtube]

9 aprel 2025
.

Yeni il gecəsi öldürülən Emilin paylaşdığı son VİDEO

Xəbər verdiyimiz kimi, Yeni il gecəsi Bakıda ağır cinayət hadisəsi baş verib. xəbər verir ki, Səbail rayonunun Bayıl qəsəbəsində yerləşən "Purple Karaoke & Live Bar" gecə klubunun qarşısında qətl törədilib. Dekabrın 31-dən yanvarın 1-nə keçən gecə, saat 02:00 radələrində klubun daxilind

6 yanvar
.

Övladı olmayan meyxanaçının azyaşlı uşağa baxışları gündəm oldu - VİDEO

Tanınmış meyxanaçı Rüfət Nasosnu sosial mediada yayılan yeni görüntüləri ilə gündəmə gəlib. xəbər verir ki, kadrda sənətçinin bir azyaşlı uşağa baxış tərzi izləyicilərin diqqətini çəkib və müzakirələrə səbəb olub. Sosial şəbəkə istifadəçiləri meyxanaçının həmin anlarda duyğulanmış halını fərqli cür şər

29 oktyabr 2025
.

Psixoloqlara görə, yalançını ifşa etməyin yeganə real yolu

Araşdırmalar göstərir ki, insanların yalanı aşkar etmə uğuru cəmi 54%-dir; bu isə təxminən bəxtəbəxt qərar vermək kimidir. Ekspertlər bildirirlər ki, göz təması aldatma üçün zəif göstəricidir, əsl ipucu isə hekayədəki detal çatışmazlığında gizlənir. xəbər verir ki, bir çox mədəniyyətdə gözü qaçırmağı

25 mart