"Ovçu Pirim" kövrəldi: "Babamın məzarı oradadır, köçkün düşəndə xalam uşaqlarını yolda öldürdülər"

"Ovçu Pirim" kövrəldi: "Babamın məzarı oradadır, köçkün düşəndə xalam uşaqlarını yolda öldürdülər""Belə bir mahnı var: "Ötən günlərimi qaytaraydılar, gələn günlərimi qurban verərdim". Ötən günlər gedir, amma qayıtmır. İnsan hərdən yaşa dolanda fikirləşir ki, bir də qayıdardım o illərə. Bir də balaca olaydım. Bir də mənim nazımı çəkərdilər. Əlbəttə ki, uşaqlıq illərinə qayıtmaq mümkün deyil, amma Qərbi Azərbaycana mütləq ki, qayıdacağıq. Buna inanıram və artıq o günlər yaxındadır. Mən 1958-ci il avqust ayının 20-də Qərbi Azərbaycanın Cəlaloğlu şəhərində dünyaya göz açmışam. Ermənilər indi həmin şəhərin adını dəyişib Stepenavan qoyublar. Amma adından da bilinir ki, oralar əsl türk torpaqlarıdır".

Bunu Moderator.az-a açıqlamasında məşhur aktyor Allahverdi Yolçuyev deyib. O daha sonra əlavə edib.
"Mən açığını deyim ki, bizim Cəlaloğluda şəhərin bir tərəfi tam müsəlman məhəlləsi idi. Ermənilər də bu məhəlləyə deyirdilər ki, "türkü tağı", yəni türkün məhəlləsi. Onlar məktəbə yaxın ərazidə kompakt yaşayırdılar. Bizdə 8 illik məktəb var idi. Mənə birinci sinifdə atam dərs deyib. Bəzən sinif yoldaşlarımdan bəzilərini görürəm, bəziləri isə dünyalarını dəyişiblər. O dövr çox çətin zaman idi. Bilirsiniz ki, ermənilər aprelin 24-nü qondarma soyqrım günü kimi qeyd edirlər. Həmin gün bizə xəbərdarlıq edirdilər ki, çölə çıxmayaq. Qonşular pis üzlərini 1-ci Qarabağ müharibəsində göstərdilər. Bizim də çoxsaylı qohumlarımız ordan köçəndə dünyalarını dəyişdilər. Xalam uşaqlarını yolda vurdular. Mən inanıram ki, o yerlərə bir də gedəcəm. Mənim hər ağac, hər küçə, hər bina xatirəmdədir. Evimizi gözəl xatırlayıram, kiçik dəmirdən darvaza idi. Onu açırdın, sağda güllər əkilmişdi. Bizim evimiz iki otaqdan ibarət idi. Həyətimizdə alma ağacı var idi, ağ böyük almalar yetişirdi. 1969-cu ildən, Bakıya köçəndən sonra hər dəfə nənəmgilə, babamgilə istirahətə gedirdik. İnsan istəyir qocalsın, istəyir 100 yaşasın, onsuz da arzularının hamısı çin olmur. Mən istəyərdim ki, arzularım çin olsun. Doğulduğum, yaşadığım Cəlaloğluya getmək istəyirəm. Həyətimiz, rayonumuz yuxuma girir. Xəyallara dalıram ki, getmişəm ora, heç kim məni tanımasın deyə eynək taxmışam. Ən böyük arzum ora getmək, oranı yenidən görməkdir. Babamın, bibim oğlunun, əmimin məzarını orada ziyarət etmək istərdim" deyə aktyor bildirib.

Aktyor bu günki fəaliyyətindən də danışıb.
"Bilirsiniz ki, uzun müddət dublyajla məşğul olmuşam. Bəzən avtobusla, yolla piyada gedəndə üzümü görməsələr də, səsimdən məni tanıyırlar. İndi artıq əvvəlki kimi dublyajdan dəvət gəlmir. Film təklifləri də elə çox deyil. Hazırda Azərbaycan İncəsənət Məktəbində uşaqlara dərs deyirəm. Onlara bu sənətin ağırlığından, çətinliyindən, tarixi köklərindən danışıram ki, anlayışları olsun, yaxşı fərd kimi yetişsinlər" deyə sənətkar bildirib.
"Ovçu Pirim" kövrəldi: "Babamın məzarı oradadır, köçkün düşəndə xalam uşaqlarını yolda öldürdülər""Ovçu Pirim" kövrəldi: "Babamın məzarı oradadır, köçkün düşəndə xalam uşaqlarını yolda öldürdülər"


Sonxeber.az
Telegramda izləyin
  Baxılıb: 1045   Tarix: 30 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

XİN: "İsrail hökumətinin qondarma "erməni soyqırımı" ilə bağlı qəbul etdiyi qərar ciddi narahatlıq doğurur"

"İsrail hökumətinin qondarma "erməni soyqırımı" ilə bağlı qəbul etdiyi qərar ciddi narahatlıq doğurur". Bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb:. "1915-ci il hadisələri ilə bağlı tarixi həqiqətlərin təhrif olunması, mürəkkəb tarixi proseslərin hüquqi və elmi əsaslarda

29 iyun
.

Qızı şikayət etdi, anası cəzalandırıldı - Ailə münaqişəsinə səbəb nə olub?

Sumqayıt şəhərində azyaşlı övladının üzünü cıran ana cəzalandırılıb. Qaynarinfo-nun məlumatına görə, 1994-cü ildə Abşeron rayonunun Novxanı kəndində anadan olmuş C.V. barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş protokola məhkəmədə baxılıb. V.V. övladının şikayəti əsasınd

18 iyun
.

Pirşağıda dənizdə qadın batıb

Abşeronda daha bir nəfər dənizdə batıb. -a istinadən xəbər verir ki, hadisə Pirşağı çimərliyində qeydə alınıb. Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Raisa Abbasova dənizdə çimərkən boğularaq ölüb. Faktla bağlı araşdırma aparılır

29 iyun
.

Binəqədidə İÇMƏLİ SU PROBLEMİ: "Üç gündür susuz qalmışıq, cavab verən də yoxdur"

"Binəqədi rayonunda içməli suyun verilişində fasiləyə səbəb ərazini qidalandıran içməli su xəttində baş verən qəza olub. Bu məlumat -a İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən verilib. "Ərazidə təmir işləri görülərək xətt bərpa edilib. Axşam saatlarına qədər bütün ərazilər üzrə suyu

16 iyun
.

Rusiya ordusu Ukraynanın bir qəsəbəsini nəzarətə götürüb

Rusiya Silahlı Qüvvələri Ukraynada bir yaşayış məntəqəsini öz nəzarəti altına alıb. xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyindən məlumat verilib. Məlumata görə, Rusiya hərbçiləri Dnepropetrovsk vilayətində Boqodarovka yaşayış məntəqəsinə nəzarəti ələ keçiriblər

29 iyun
.

Çörək almağa gedən gənc qız itkin düşdü

Sumqayıtda 20 yaşlı qız itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, Hacı Zeynalabdin qəsəbəsində yaşayan 2006-cı il təvəllüdlü Aysel Rüstəmli iyunun 28-i saat 17:00 radələrində yaşadığı evdən çörək almaq məqsədilə çıxaraq naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb. Yaxınları onun itki

30 iyun
.

Ərini öldürəndən sonra silahla arvadını da hədələyibmiş - Yevlaxdakı qətlin təfərrüatı

Ötən ilin iyulunda Yevlaxın Malbinəsi kəndində 1985-ci il təvəllüdlü Ruslan Mustafayevi güllələyərək öldürən şəxsin məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə mərhumun 1957-ci il təvəllüdlü həmkəndlisi Əli Rəsulova hökm oxunub. Bildirili

23 iyun
.

34 yaşlı Vətən müharibəsi iştirakçısı qəfil vəfat etdi

Naxçıvan Muxtar Respbulikasının Kəngərli rayonunda Vətən müharibəsi iştirakçısı ürək çatışmazlığından vəfat edib. -a istinadən xəbər verir ki, 44 günlük Vətən müharibəsi iştirakçısı Elvin Pənahov iş yerində idman edərkən dünyasını dəyişib. Qeyd edək ki, 34 yaşlı mərhum E.Pənahov ailəli olub, üç övlad

26 iyun
.

İlham Əliyev Türk Dünyası Həftəsinin iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş Türk Dünyası Həftəsinin iştirakçılarına müraciət ünvanlayıb. -a istinadən xəbər verir ki, müraciət mətnini Azərbaycan Prezidentinin Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva oxuyub

29 iyun