Bakıda vəzifəli qadını evdə döyərək girov saxlayan şəxsdən xəbər var

Bakıda vəzifəli qadını evdə döyərək girov saxlayan şəxsdən xəbər varBakının Binəqədi rayonunda Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Departamentinin əməkdaşı olan 1972-ci il təvəllüdlü qadını evə salaraq dəfələrlə zorlayan və saatlarla döyərək girov saxlayan 1982-ci il təvəllüdlü Şamo Rəsulovun barəsindəki hökmdən apellyasiya şikayəti verilib.

Pravda.az-ın əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək proses aprelin 22-nə təyin edilib.

Şikayət hakim Mirzəli Abbasovun sədrliyi ilə araşdırılacaq.

Qeyd: Mühasib işləyən və mənzillərdən kommunal ödənişləri yığan Məleykə Qəmbərovanı (şərti ad-soyadlı) zorlayan şəxs barəsində Cinayət Məcəlləsinin 145.3-ci, 149.2.4-cü, 149.2.5-ci, 150.2.4-cü və 150.2.5-ci (zorlama, seksual xarakterli zorakılıq əməlləri, qanunsuz azadlıqdan məhrum etmə) maddələri ilə açılmış işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Məhkəmədə məlum olub ki, noyabrın 29-da günorta saatlarında Məleykə Binəqədi rayonu Cəfər Cabbarlı küçəsində işi ilə bağlı ödənişləri yığanda Şamonun kirayə yaşadığı evin qapısını döyüb. Əvvəllər zorlama, quldurluq, oğurluq kimi cinayətlərə görə həbsdə olan Şamo bu zaman qapını açıb. O, Məleykəyə arvadını qeyrət üstündə öldürüb türməyə düşdüyünü, həbsdən yeni çıxdığını, ödəniş etməyəcəyini deyib, daha sonra isə qadının zolundan tutaraq zorla mənzilə salıb. Onu öldürəcəyi hədəsi ilə mühasib qadını soyunduran Şamo onu dəfələrlə zorlayıb, həmçinin digər otaqda olan qaynına da evə zorla aldığı qadınla cinsi əlaqədə olmağı təklif edib. Bu müddət ərzində o, qadını evdə bağlı qapı arxasında saxlayaraq marketdən spirtli içki və yeməklər alıb. Evə qayıdan Şamo qadını onunla birgə yeyib içməyə məcbur edib. Daha sonra o, Məleykəyə qarşı təcavüzünü davam etdirib. Şamonun Sərxoş halda olub yuxulamasından istifadə edən qadın daha sonra telefonu gizli götürərək iş yoldaşına mesaj yazaraq girov saxlanıldığını, başına iş gəldiyini deyib və olduğu ünvanı göndərib.

Bundan sonra evə gələn şəxslər Şamodan qapını açmasını tələb ediblər, lakin o, qapını açmayıb. Yalnız polis əməkdaşlarının müdaxiləsindən sonra qapı linglə açılıb və gecə saat 23 radələrində qadını azad etmək mümkün olub. Hadisədən dərhal sonra Şamo Rəsulov həbs edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 10 il müddətinə azadlıqdan məhrum edilib.


Sonxeber.az
Telegramda izləyin
  Baxılıb: 966   Tarix: 30 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bakcell 14 prestijli avtomobil və hədiyyələrlə bol lotereyaya başladı

İnnovasiya və sürət lideri Bakcell hədiyyələrlə bol süni intellekt əsaslı lotereyaya başladığını elan edir. 1 oktyabr – 31 dekabr tarixlərində keçiriləcək lotereyada Bakcell abunəçiləri hər gün "iPhone 17", hər həftə "Zeekr 001" və sonda "Porsche Cayenne" avtomobili olmaqla

3 oktyabr 2025
.

Blogger Samir Əliyev: YouTube-da İzlənmə Rekordları Qırır

Azərbaycanın ən məşhur blogerlərindən biri olan Samir Əliyev son illərdə sosial mediada böyük uğurlar qazanıb. O, 7 ildir ki, qısa metrajlı vine videoları çəkir və izləyicilərini güldürməyi bacarır. Lakin iki il əvvəl o, YouTube platformasına keçid etmək qərarına gəldi və bu qərar onun üçün inanılma

24 fevral 2025
.

"Cənab Prezident İlham Əliyevin Kəlbəcərə səfəri tarixi hadisə kimi yadda qaldı" - DEPUTAT

21 avqust 2025-ci ildə Cənab Prezident İlham Əliyevin Kəlbəcərə səfəri tarixi hadisə kimi yadda qaldı. Bu səfər həm Böyük Qayıdış Proqramının ardıcıl şəkildə həyata keçirilməsinin göstəricisi, həm də dövlətimizin işğaldan azad edilmiş torpaqların bərpasına verdiyi önəmin bariz nümunəsi oldu. Ölkə Prezident

24 avqust 2025
.

Göydən pul yağdı - insanlar onu tutmaq üçün yarışa girdi - VİDEO

ABŞ-nin Detroyt şəhərində qeyri-adi bir vida mərasimi keçirilib. 58 yaşında vəfat edən və yerli sakinlər tərəfindən səxavəti ilə tanınan Darrell Tomasın xatirəsinə keçirilən bu tədbir, helikopterdən pul səpilməsi ilə yadda qalıb. Pul yağışı zamanı çəkilən videolarda insanların göydən yağan yüzlərlə dollar

1 iyul 2025
.

Nikahın pozulması zamanı cütlüklərin psixoloqa yönləndirilməsinə dair qanunvericiliyə təkliflər hazırlanır

Ədliyyə Nazirliyi nikahın pozulması zamanı cütlüklərin psixoloqa yönləndirilməsinin qanunvericilikdə təsbitini tapması ilə bağlı təklfilər hazırlayır. xəbər verir ki, bunu ədliyyə nazirinin müavini Abiddin Hüseynov Milli Məclisdə keçirilən "Konstitusiya və Suverenlik İli" çərçivəsində "Ailə

12 mart 2025
.

7 yaşından atalıq edən şəxsə qoşulub QAÇDI: anası ilə canlı efirdə belə üzləşdi - VİDEO

Türkiyədə baş verən inanılmaz hadisə ictimaiyyətdə böyük rezonans yaradıb. Türkiyə mətbuatına istinadən xəbər verir ki, 7 yaşından bəri atalıq edən şəxslə qaçan gənc qız televiziya proqramında anası ilə üzləşib. Canlı efirdə yaşanan anlar izləyiciləri heyrətə gətirib. Proqramda ananın göz yaşları içind

30 oktyabr 2025
.

Oqtay Bağırlı FASON AJANS TikTok agentliyinin rəhbəridir

Sosial media sahəsində fəaliyyət göstərən Oqtay Bağırlı FASON AJANS adı altında fəaliyyət göstərən TikTok agentliyinin rəhbəridir. Agentlik TikTok platformasında kontent yaradıcıları və canlı yayım aparıcıları üçün peşəkar xidmətlər təqdim edir. FASON AJANS-ın əsas fəaliyyət istiqamətləri TikTok hesablarını

17 oktyabr 2025
.

Çilidə dağın zirvəsində "sirli üz" peyda olub

Çilinin cənubundakı ucqar dağın zirvəsində "Google Maps"dən istifadə edərək aşkar edilən sirli üz ufoloqları və sosial media istifadəçilərini heyrətə salıb. "Daily Mail" nəşrinə istinadən xəbər verir ki, dağın fotosunu ilk dəfə Scott S. Waring yayımlayıb. O, belə təsvirlərin qədi

5 avqust 2025
.

Xoşqədəm Hidayətqızı Tovuzun icra başçısını tənqid etdi - VİDEO

"ARB"də yayımlanan "Səni axtarıram" verilişinin aparıcısı Xoşqədəm Hidayətqızı Tovuz rayonunun icra başçısını tənqid edib. xəbər verir ki, "ARB" televiziyasında yayımlanan "Səni axtarıram" verilişinin aparıcısı, Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı bəzi dövlə

9 yanvar