Sabiq prezidentin malikanəsindəki sirli xəritə: orada nə təsvir olunub? - FOTO

Sabiq prezidentin malikanəsindəki sirli xəritə: orada nə təsvir olunub? - FOTOABŞ-ın qurucularından olan sabiq prezident Tomas Ceffersonun muzey malikanəsində sərgilənən Osmanlı xəritəsi böyük maraq doğurur. Əsrarəngiz xəritənin sirri ABŞ Hərbi Dəniz Qüvvələri ilə Osmanlı İmperiyası arasındakı müharibəyədək gedib çıxır.

Publika.az xəbər verir ki, Ceffersonun özünün tikdiyi və Virciniya ştatında yerləşən "Monticello" malikanəsindəki xəritə sabiq prezidentin iş otağında sərgilənir.

Ceffersonun yazı masasının yanındakı taxta stenddəki obyekt Osmanlı İmperiyasının o dövrdəki xəritəsidir. Ceffersonun dünya tarixinə və coğrafiyaya marağının olmasına baxmayaraq, muzey olan malikanəsində niyə Osmanlı xəritəsini saxladığı diqqət çəkir.

Dövrünün "İntibah adamı"

Fəlsəfə, tarix, filologiya, konstitusiya, incəsənət, mədəniyyət kimi müxtəlif sahələrdə yenilikçi ideyaları olan Ceffersondan söhbət gedəndə tarixçilər qəti bir nəticəyə gələ bilmirlər. O, çalışdığı sahələrə marağının səbəbini yalnız yaxın dostu, ölkənin 2-ci prezidenti Con Adamsa yazdığı məktublarda qeyd edib. Ceffersonun Osmanlı İmperiyası ilə əlaqəsi Türkiyədə də müzakirə yaradıb.

2016-ci ildə paylaşılan şəkil

2016-cı ildə Amerika Donanması 241-ci ildönümü münasibətilə "X" sosial şəbəkə hesabında bir şəkil paylaşıb. Şəkilə olduqca çox reaksiya gəlib. Müvafiq paylaşımda Türkiyə bayrağı ilə döyüşən dənizçilərin şəhid olduğu təsvir edilmişdi. Sözügedən foto 1801-1805-ci illər arasında ABŞ ilə Osmanlı İmperiyasının Barbar əyalətləri arasında baş vermiş 1-ci Barbar müharibəsini göstərsə də, bu savaş həm donanmanın qurulması, həm də ABŞ-da ilk müharibə sayılır.

Osmanlı ilə başlayan müharibənin səbəbi

Bu müharibəyə qərar verən şəxs Tomas Ceffersondur. Pulitzer mükafatlı müəllif Con Miçemin hazırladığı Tomas Ceffersonun tərcümeyi-halında yer alan məlumata görə, o, prezident seçildikdən qısa müddət sonra Barbar problemini birdəfəlik həll etmək və ticarət gəmilərinin sərbəst hərəkətini təmin etmək üçün Barbar əyalətlərinə müharibə elan edib. Müharibənin səbəbi Osmanlı Trablus Dövlətinin paşası Karamanlı Yusuf Paşanın həmin gün ABŞ hökumətindən Aralıq dənizində ticarət gəmilərinin təhlükəsizliyi üçün 225 min dollar (bugünkü dəyəri təxminən 4,5 milyon dollar) istəməsi idi. Cefferson hökuməti bu tələbi rədd edib.

Cefferson haqqında təəccüblü faktlar

Dörd il davam edən və ABŞ-ın qələbəsi ilə başa çatan müharibə həm də Amerikanın ilk xaricə müdaxiləsi hesab olunur. Miçemin kitabında Cefferson haqqında təəccüblü məlumatlar da var. Ceffersonun Aralıq dənizi və Anadoluya marağı bununla məhdudlaşmır. ABŞ-ın "13 müstəmləkə" adlandırdığı və müstəqilliyi üçün İngiltərəyə müharibə elan etdiyi dövrdə Cefferson, ölkənin 4-cü prezidenti Ceyms Medison və birinci katib Aleksandr Hamilton ilə birlikdə Federativ Şəhər Birliyinin idarəetmə sistemini ətraflı şəkildə araşdırıb.

ABŞ üçün ən uyğun inzibati idarə

Mərkəzi Patara olan Likya Dövlətində öz qanunları olan 15 şəhər idarəsi var idi. Əhali sayına görə səsvermə hüququna malik olan şəhər-dövlətlərin nümayəndələri Patara federal şəhərindəki Likya Birliyi Məclisi binasında qərarlar qəbul edərkən, bütün inzibati idarə respublika dəyərlərinə malik idi. Birliyi araşdıran Cefferson və Hamilton öz yazılarında ABŞ üçün ən uyğun inzibati idarənin Likya olduğunu bildiriblər.

Ceffersonun Quranı

Tomas Ceffersonun təxminən 7 min kitabdan ibarət şəxsi kitabxanasında çoxlu qeydlər apardığı Qurani-Kərimin olduğu da məlumdur. Keçmiş prezidentin "Ceffersonun Quranı" kimi tanınan müqəddəs kitabı İslam ölkələrində hüquq sisteminin dindən nə qədər təsirləndiyini anlamaq üçün əldə etdiyi bildirilir.
Sabiq prezidentin malikanəsindəki sirli xəritə: orada nə təsvir olunub? - FOTOSabiq prezidentin malikanəsindəki sirli xəritə: orada nə təsvir olunub? - FOTOSabiq prezidentin malikanəsindəki sirli xəritə: orada nə təsvir olunub? - FOTO


Sonxeber.az
Telegramda izləyin
  Baxılıb: 1239   Tarix: 30 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

XİN: "İsrail hökumətinin qondarma "erməni soyqırımı" ilə bağlı qəbul etdiyi qərar ciddi narahatlıq doğurur"

"İsrail hökumətinin qondarma "erməni soyqırımı" ilə bağlı qəbul etdiyi qərar ciddi narahatlıq doğurur". Bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb:. "1915-ci il hadisələri ilə bağlı tarixi həqiqətlərin təhrif olunması, mürəkkəb tarixi proseslərin hüquqi və elmi əsaslarda

29 iyun
.

Qızı şikayət etdi, anası cəzalandırıldı - Ailə münaqişəsinə səbəb nə olub?

Sumqayıt şəhərində azyaşlı övladının üzünü cıran ana cəzalandırılıb. Qaynarinfo-nun məlumatına görə, 1994-cü ildə Abşeron rayonunun Novxanı kəndində anadan olmuş C.V. barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş protokola məhkəmədə baxılıb. V.V. övladının şikayəti əsasınd

18 iyun
.

Pirşağıda dənizdə qadın batıb

Abşeronda daha bir nəfər dənizdə batıb. -a istinadən xəbər verir ki, hadisə Pirşağı çimərliyində qeydə alınıb. Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Raisa Abbasova dənizdə çimərkən boğularaq ölüb. Faktla bağlı araşdırma aparılır

29 iyun
.

Binəqədidə İÇMƏLİ SU PROBLEMİ: "Üç gündür susuz qalmışıq, cavab verən də yoxdur"

"Binəqədi rayonunda içməli suyun verilişində fasiləyə səbəb ərazini qidalandıran içməli su xəttində baş verən qəza olub. Bu məlumat -a İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən verilib. "Ərazidə təmir işləri görülərək xətt bərpa edilib. Axşam saatlarına qədər bütün ərazilər üzrə suyu

16 iyun
.

Rusiya ordusu Ukraynanın bir qəsəbəsini nəzarətə götürüb

Rusiya Silahlı Qüvvələri Ukraynada bir yaşayış məntəqəsini öz nəzarəti altına alıb. xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyindən məlumat verilib. Məlumata görə, Rusiya hərbçiləri Dnepropetrovsk vilayətində Boqodarovka yaşayış məntəqəsinə nəzarəti ələ keçiriblər

29 iyun
.

Çörək almağa gedən gənc qız itkin düşdü

Sumqayıtda 20 yaşlı qız itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, Hacı Zeynalabdin qəsəbəsində yaşayan 2006-cı il təvəllüdlü Aysel Rüstəmli iyunun 28-i saat 17:00 radələrində yaşadığı evdən çörək almaq məqsədilə çıxaraq naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb. Yaxınları onun itki

30 iyun
.

Ərini öldürəndən sonra silahla arvadını da hədələyibmiş - Yevlaxdakı qətlin təfərrüatı

Ötən ilin iyulunda Yevlaxın Malbinəsi kəndində 1985-ci il təvəllüdlü Ruslan Mustafayevi güllələyərək öldürən şəxsin məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə mərhumun 1957-ci il təvəllüdlü həmkəndlisi Əli Rəsulova hökm oxunub. Bildirili

23 iyun
.

34 yaşlı Vətən müharibəsi iştirakçısı qəfil vəfat etdi

Naxçıvan Muxtar Respbulikasının Kəngərli rayonunda Vətən müharibəsi iştirakçısı ürək çatışmazlığından vəfat edib. -a istinadən xəbər verir ki, 44 günlük Vətən müharibəsi iştirakçısı Elvin Pənahov iş yerində idman edərkən dünyasını dəyişib. Qeyd edək ki, 34 yaşlı mərhum E.Pənahov ailəli olub, üç övlad

26 iyun
.

İlham Əliyev Türk Dünyası Həftəsinin iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş Türk Dünyası Həftəsinin iştirakçılarına müraciət ünvanlayıb. -a istinadən xəbər verir ki, müraciət mətnini Azərbaycan Prezidentinin Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva oxuyub

29 iyun