Qarabağda ermənilər üçün ayrıca məktəblər AÇILACAQ? - AÇIQLAMA

Qarabağda ermənilər üçün ayrıca məktəblər AÇILACAQ? - AÇIQLAMAMəlum olduğu kimi, Azərbaycanda işğaldan azad olunmuş ərazilərdə azsayda olsa da ermənilər yaşayır. Ö cümlədən həmin ərazilərə keçmiş məcburi köçkünlərin qayıdışı həyata keçirilir. Bir məsələ var ki, burada hər iki tərəfin təhsil məsələsi var. İlkin vaxtlarda məlum neçə illiyin düşmənçiliyidə var. Çünki bu gün bir çox valideyn uşağının erməni şagirdi ilə birlikdə təhsil almasını istəmir. Bu cür yanaşma göstərənlər hələ də var. Bu baxımdan narazılıqları və münaqişələri aradan qaldırılması məqsədilə Qarabağda erməni şagirdləri üçün ayrıca məktəb tikilə bilər?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, təhsil eksperti Elmin Nuri bildirib ki, Məsələyə təhsil prizmasından yanaşdıqda, bizim tarixi torpaqlarımız olan, hələ işğal olunmamışdan əvvəl Xankəndi, Xocavənd və Əsgəran kimi erməni toplumunun yaşadığı ərazilərdə səhv etmirəmsə erməni dilində məktəblər olmayıb:
Qarabağda ermənilər üçün ayrıca məktəblər AÇILACAQ? - AÇIQLAMA"Nə yaxşı ki, biz bir neçə il ərzində bütün torpaqlarımızı işğaldan azad etdik. Artıq tarixi torpaqlarımız bizimdir. Gedişat onu göstərir ki, yaxın bir neçə ildə əhalinin daha sürətli köçürülməsindən sonra orada məktəblər açılacaqdır. Hələlik yalnız Zəngilanın Ağıllı kəndində məktəb fəaliyyət göstərir. Bizim işğaldan azad olunmuş rayonlarımızın, şəhərlərimizin siyahısında olan məktəblər əfsuslar olsun ki, məcburiyyət səbəbindən ölkənin müxtəlif yerlərinə yayıldı. Təkcə insanlar pərən-pərən olmadı. Şuşa kimi rayonun məktəbləri Bakının müxtəlif yerlərinə dağıldı. Ümumiyyətlə Cəbrayıl, Kəlbəcər məktəbləri başda paytaxt Bakı şəhəri olmaqla Sumqayıtın, Abşeronun digər regionların müxtəlif ərəzi bölgüsünə ayrıldı. Bu gündə həmin tendensiya qalıb. Əhalinin köç səviyyəsi ərazilərdə artmalıdır ki, orada məktəb üçün uyğun kontingent yaransın. Buna da bir neçə il qalıb.

Ekspertin sözlərinə görə, erməni toplumunun yaşadığı şəhərlərimizdə, əsasən Xankəndi və Xocavənd ərazisində təhsil birmənalı şəkildə Azərbaycan dilində aparılmalıdır:

"Ölkəmizin müxtəlif yerlərinə azsaylı etnik tərkiblər var. Cənub bölgəmizdə talışlar, şimalda tatlar və ləzgilər, yaşayır. Hər toplumun öz dilində məktəblər açılması mümkün deyil. Azərbaycan tolerant və multikultural ölkədir. Bu səbəbdən Azərbaycan vətəndaşlığını qəbul etmiş və ölkəmizdə yaşayan azsaylı xalqların öz dilində dərslikləri var. Lənkaran məktəblərinin bəzilərində talış dili dərsliyi var. Qusar məktəblərində ləzgi dili dərslikləri var. Bundan o tərəfini düşünə bilmərik. Xankəndidə yaşayan erməni milli mənsubiyyətindən asılı olmayaraq Azərbaycan vətəndaşıdır. O Azərbaycan Respublikasının pasportunu şəhadətnaməsini daşıyacaq. Onun borcudur ki, Azərbaycan dilində təhsil alsın. Ermənilər üçün ayrıca məktəblərin qurulması bizi aşan məsələlərdir. Buna dövlət, yuxarı distansiyalar qərar verir. Amma həmin ərazilərdə ermənilər ucun onların dilində ayrıca məktəb açılacağına inanmıram. Buna ehtiyacda yoxdur. Ola bilsin məktəblər həm rus həm də Azərbaycan dilində fəaliyyət göstərsin. Erməni toplumunun uşaqları isə rus dilində təhsil alsın. Bunu proqnoz kimi deyə bilərik. Bu hökumətin verəcəyi qərardır və adekvat işlərin görüləcəyinə şübhəmiz yoxdur".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 922   Tarix: 01 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi - VİDEO

Bu gün Azərbaycan ərazisində Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. bildirir ki, Bakı vaxtı ilə saat 12:00-da ölkə ərazisində nəqliyyatın və piyadaların hərəkəti dayandırılıb

27 sentyabr
.

"Bakcell" İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

"Bakcell" və "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Azərbaycanın tarixi-mədəni irsinin rəqəmsal təqdimatına yönəlmiş layihənin icrasına başlayıb. xəbər verir ki, təşəbbüs çərçivəsində Şirvanşahlar Sarayı və Qız Qalasında artırılmış reallıq (AR) və süni intellekt texnologiyaların

28 sentyabr
.

Bakının bu qəsəbəsi YENİLƏNİR: Göl ətrafında bulvar salınır - VİDEO

Əmircan yenilənir, abadlaşdırılır. Qəsəbədə aparılan abadlıq işləri davam etdirilir. BİG.AZ "Xəzər" TV-yə istinadla xəbər verir ki, artıq göl kənarında salınan mini parklardan birində işlər yekunlaşıb. Görülən işlər sakinlərin də ürəyincədir. Onların sözlərinə görə, bu layihənin üstün cəhətlərində

27 sentyabr
.

Sabiq nazir qardaşı oğlunu vəzifədən azad etdi

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərova məxsus "İmprotex Group"a daxil şirkətlərdən biri - "İmprotex İndustries" MMC-nin rəhbəri dəyişib. Qaynarinfo Yurd.Media-ya istinadən xəbər verir ki, Ruslan Ələkbərov şirkətin qanuni təmsilçisi vəzifəsindən azad olunub

28 sentyabr
.

Azərbaycanda mal əti BAHALAŞDI - YENİ QİYMƏT

Azərbaycanda mal ətinin qiyməti yenidən bahalaşıb. "Qaynarinfo"ya istinadən xəbər verir ki, hazırda satış məntəqələrində sümüklü ət alıcılara 19 manatdan təklif edilir. Sümüksüz mal əti isə 21-22 manata satılır. Bu isə son bir ayda 1-2 manat artım deməkdir. Satıcılar qiymət artımına səbəb kim

26 sentyabr
.

2027-ci ildə pensiyalar nə qədər arta bilər?

2026-cı ilin başa çatmasına bir neçə ay qalsa da, artıq ictimaiyyət arasında müzakirə edilən məsələlərdən biri də 2027-ci il üzrə pensiyaların artımıdır. Artıq pensiyaların nə qədər artacağı ilə bağlı müxtəlif proqnozlar səsləndirilir. Maraqlıdır, bəs gələn il əmək pensiyaları nə qədər arta bilər?. "Qafqazinfo"

27 sentyabr
.

44 günlük müharibə gənc nəsil üçün hansı mesajı daşıyır? - SORĞU

27 Sentyabr - Anım Günü ilə bağlı olaraq paytaxt sakinləri arasında sorğu keçirdik. Sorğu zamanı vətəndaşlardan 6 il əvvəl başlayan Vətən müharibəsinin gənc nəsil üçün hansı mesajı daşıdığını soruşduq. Vətəndaşlar cavablarında həmin günlərlə bağlı yaddaşlarda qalan ən təsirli məqamları bölüşdülər. [hh4-unikal

28 sentyabr
.

Mərkəzi Bankın qərarı: Kredit faizləri aşağı düşəcək - Əhaliyə ŞAD XƏBƏR

Mərkəzi Bankın faiz dəhlizində etdiyi son dəyişiklik kredit bazarında faizlərin gələcək dinamikası ilə bağlı sualları yenidən gündəmə gətirib. Belə ki, Mərkəzi Bankın İdarə Heyəti sentyabrın 23-də uçot dərəcəsini 6,5 faiz səviyyəsində saxlayıb, faiz dəhlizinin aşağı həddini isə 0,5 faiz bəndi azaldara

28 sentyabr
.

Pensiya və müavinətlərlə bağlı YENİ XƏBƏR

Bu ilin yanvar-avqust ayları ərzində 124 026 pensiya, müavinət və təqaüd təyinatı elektron infrastruktur üzərindən proaktiv qaydada həyata keçirilib. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir. Məlumata görə

27 sentyabr