Atanın ehtiyatsızlığı oğlunun ölümü ilə nəticələndi - MƏHKƏMƏ
Bakının Yasamal rayonunda 1990-cı il təvəllüdlü oğlu Kamran İsrafilovu qətlə yetirən 68 yaşlı Ramiz İsrafilovun məhkəməsi başa çatıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə R.İsrafilov 9 il müddətinə azadlıqdan məhrum edilib.
Oğulun ölümünə, atanın həbsə düşməsinə səbəb olan hadisə ötən ilin aprelində baş verib.
Təqsirləndirilən şəxs məhkəmədə ifadəsində oğlunun içki aludəçisi olduğunu, buna görə ondan tez-tez spirtli içki almaq üçün pul istədiyini, vermədikdə ailə üzvlərinə qarşı nalayiq ifadələr işlətdiyini bildirib.
Atasının sözlərinə görə, oğlu iki ay narkoloji dispanserdə müalicə alsa da, üç dəfə qanını dəyişsə də, yenə içkiyə davam edib.
Cinayət hadisəsi isə gecə saatlarında baş verib. Ata İsrafilovun iddiasına görə, o, yatdığı zaman Kamran otağın qapısını döyüb və bu zaman onun sinəsindən yapışıb:
"Dedim ki, Kamran, mən sənin atanam, məni vurma. O da dedi ki, camaatın atası ona ev verir, maşın verir. Sən mənə heç nə vermirsən? Dedim, mən sənə pul versəm, sən gedib içki içəcəksən. Ona görə də, vermirəm. Bu zaman oğlum məni itələdi, atamdan yadigar qalan bıçağı götürmək istədi, mən ondan cəld tərpəndim. Kamran məni itələyəndə bıçağın ona batdığını hiss etdim. Böyük oğluma təcili tibbi yardım briqadası çağırmağı tapşırdım. Çölə çıxıb, təcili yardım maşınını qarşıladım, onlara kömək etdim. Bir gün sonra isə xəstəxanada vəfat etdi".
Qeyd edək ki, Kamran İsrafilov vaxtilə hərbçi olub. O, 2012-ci ildə Füzuli Hərbi Məhkəməsinin hökmü ilə dələduzluq və hərbi hissəni özbaşına tərk etmə cinayətlərinin törədilməsində təqsirli bilinərək azadlıqdan məhrum edilib, iki il sonra isə əfv olunub. (moderator)
Sonxeber.az
Telegramda izləyin
Baxılıb: 707 Tarix: 02 may 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
NASA-nın məxfi sənədlərində Ayda yadplanetli bazasının ehtimalı qeyd olunub
ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) ictimaiyyətə açıqladığı yeni məxfi sənədlərdə Ay səthində yadplanetlilərə aid bazanın olması ehtimalından bəhs edilir. -ın məlumatına əsasən, sözügedən faktla bağlı "Daily Mirror" nəşri xəbər yayıb. Məlumata görə, ABŞ hakimiyyətini
17 iyunİlham Əliyevdən Hüseyn Quliyevlə bağlı SƏRƏNCAM
Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Rzaqulu oğlu Quliyev 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, H.Quliyev Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarınd
22 iyunTürkiyədə mədəndə uçqun: Ölən var
Türkiyənin Bolu bölgəsində mədəndə baş verən uçqun nəticəsində bir nəfər ölüb. xəbər verir ki, bu barədə "İhlas" agentliyi məlumat yayıb. Hadisə Mengen rayonu ərazində baş verib. Hələlik hadisənin səbəbi məlum deyil. Ərazidə axtarış-xilasetmə əməliyyatları aparılır
17 iyunNirezo Official Azərbaycanın tanınmış endirim bloq səhifəsi
Azərbaycanda sosial media üzərindən endirimlər, kampaniyalar və sərfəli alış-veriş imkanlarını izləyicilərə çatdıran Nirezo Official ölkənin ən tanınmış endirim platformalarından biri kimi fəaliyyət göstərir. Müxtəlif sosial şəbəkələrdə geniş auditoriyaya sahib olan platforma hər gün minlərlə istifadəçin
17 iyunAvropa Azərbaycanla əməkdaşlığı genişləndirir
Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin iyulun 1-də Azərbaycana səfəri 2022-ci ildən sonra onun ölkəmizə ikinci səfəri kimi dəyərləndirilir. Belə ki, 2022-ci ildə Ursula fon der Lyayen Azərbaycana səfər etmiş və həmin səfər çərçivəsində Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsind
3 iyul26 yaşlı Yevlax sakininin meyiti kanalda tapıldı
Bərdə rayonunda kanaldan meyit tapılıb. -ın əldə etdiyi məlumata görə, hadisə rayonun Qarağacı kəndinin ərazisindən keçən Yuxarı Qarabağ su kanalında aşkar edilib. Yevlax rayon sakini 200-ci il təvəllüdlü Mahir Nadirovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti kanalda tapılıb. Faktla bağlı araşdırm
23 iyun