Roza rəylərə əsəbiləşdi: "Mərifətiniz, qanacağınız olsun!" - VİDEO
Müğənni Roza Zərgərli neqativ şərh yazanlara mesaj göndərib.
"Xəzər axşamı" verilişinin qonağı olan sənətçi son günlər sosial şəbəkələrdə yazılan şərhləri oxuduğunu bildirib:
"Hər zaman aktiv sosial media istifadəçisi olmuşam, amma son 5-6 gündə aktiv oxuyucuya çevrilmişəm. Dostlarımın, özümün etdiyim paylaşımların altına yazılan şərhləri oxuyuram, saytlarda yazılanları da oxuyuram. Əzizlərim, buradan sizə müraciət edirəm, bəyənməyən girib takib etməsin. İnanın ki, yazdığınızın 3-5 qatını ürəyimizdə biz sizə qarğış kimi qaytarırıq".
R. Zərgərli sənəti əvəzinə, başqa müzakirələr edən izləyicilərinə sərt şəkildə cavab verib:
"O gün bir şirkətlə əməkdaşlığım çərçivəsində videomu paylaşmışam, reklam xarakterlidir və mətni danışıram. Videonun altına yazıblar ki, "Bu nə gündədir?", "Ayaqları əyridir", "Özü boyda nəvələri var" və s. Ay balam, mənim övladım hələ evli deyil. Uşaq evindən götürdüyüm övladlarımın uşaqları var, onları mən dünyaya gətirməmişəm. Bu yaxşılığı da burnumuzdan gətirdiniz! Hərbçilərin yanında, uşaq evlərində, qocalar evində oxumağımızı burnumuzdan gətirdiniz. Vicdanınız olsun, ay mən deyən gözəl insanlar...
Bir dəfə də arxadan bəri danışmayın, sənətimizdən danışın! Kim haradırsa, elə oradan danışıb müzakirə edir. Mərifətiniz, qanacağınız olsun! Mənim uşaq evindən götürdüyüm uşaqların kiminsə şərhinə girib pis söz yazdığını görmüşünüz? Bu, mənim verdiyim tərbiyədir, o da sizin gördüyünüz..."
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Onlar artıq bu kanalda olacaq
"Space" telekanalı bu mövsüm bir çox yeniliklər etməyi planlaşdırır. Axşam.az-a istinadən xəbər verir ki, bir çox yeni simalarla anlaşan kanal əvvəlki əməkdaşları ilə sağollaşıb. ATV-nin simaları olan İlkin Həsəni, Nicat Rəhimov və İlkin Misgərli bundan sonra "Space"də çalışacaq
7 sentyabr 2021Məşhur müğənni koronavirusdan vəfat etdi
Şri-Lankanın məşhur vokalisti və bəstəkarı, "The Gypsies" qrupunun ifaçısı Sunil Perera 68 yaşında vəfat edib. Axşam.az-a istinadən xəbər verir ki, müğənni bu gün müalicə aldığı xəstəxanada koronovirusdan dünyasını dəyişib. Ötən ay COVID-19 testi pozitiv çıxan Sunil xəstəxanaya yerləşdirilib
6 sentyabr 2021Britni Spirs bu şəxslə nişanlandı - FOTO
Amerikalı məşhur ifaçı Britni Spirs 27 yaşlı fitnes məşqçisi Sem Asqari ilə nişanlandığını açıqlayıb. Pop janrın ən məşhur simalarından biri olan 39 yaşlı müğənni öz "Instagram" səhifəsində barmağında üzüklə video paylaşıb. Britni Spirs paylaşımında qeyd edib ki, baş verənlərə hələ də inan
13 sentyabr 2021Afaq Gəncəli ATV-dən getdi
Aparıcı Afaq Gəncəli ATV telekanalından ayrılıb. Axşam.az-a istinadən xəbər verir ki, o, bu gün ərizəsini yazaraq işdən çıxıb. Kanalla dostcasına ayrılan A.Gəncəli daha fərqli layihə ilə tamaşaçı qarşısına çıxacaq. Hazırda onun hansı kanalda çalışacağı bəlli deyil. Qeyd edək ki, sabah Afaq Gəncəlini
6 sentyabr 2021Məşhur müğənni xərçəngdən vəfat etdi
Tanınmış müğənni və aktrisa, "Girls Aloud" qrupunun solisti Sarah Hardinq 39 yaşında vəfat edib. xəbər verir ki, bu barədə ifaçının anası Meri Hardman sosial şəbəkədə yazıb. Sarah bir neçə ildir xərçəngdən müalicə alırdı. Qeyd edək ki, müğənniyə xərçəng diaqnozu ötən ilin yazında qoyulub
6 sentyabr 2021Türkiyəli məşhur aktrisa vəfat etdi
Türkiyəli məşhur aktrisa İncilay Şahin vəfat edib. Bu barədə "Oyunçular Birliyi"nin "Twitter" hesabında məlumat verilib. 60 yaşlı sənətçi "Çiçek taksi", "Hayat Bilgisi", "Yasak elma" kimi reytinqli seriallarda rol alıb
7 sentyabr 2021Xalq artistinin oğlu universitetə qəbul oldu - FOTO
Xalq artisti Mənsum İbrahimovun oğlu İbrahim universitetə daxil olub. Axşam.az-a istinadən xəbər verir ki, bu haqda xanəndə özü məlumat yayıb. Sənətçi övladının ingilis dilində təhsil alacağını bildirib:. "Oğlum İbrahim Qərbi Kaspi Universitetinin tarix fakültəsinə qəbul oldu. İbrahimin timsalınd
10 sentyabr 2021