Bu halda torpaqlara "kupça" verilməyəcək - RƏSMİ

Bu halda torpaqlara "kupça" verilməyəcək - RƏSMİ2024-cü ilin yanvar-mart ayları ərzində daşınmaz əmlak üzərində 88.013 mülkiyyət hüququnun qeydiyyatı aparılıb.

Bu barədə Sonxeber.az-a İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən məlumat daxil olub.

Bildirilir ki, bu göstəricinin 13.540-ı (15,3%) ilkin, 74.473-ü isə (84,7%) isə təkrar qeydiyyatın payına düşür.

Mülkiyyət hüquqlarının əmlaklar üzrə statistikası

2024-cü ilin birinci rübündə fərdi yaşayış və bağ evi üzərində 12.786, mənzil üzərində 19.234, torpaq sahəsi - 53.279, qeyri-yaşayış binası - 744, qeyri-yaşayış sahəsi - 1.814, əmlak kompleksi - 147, çoxmərtəbəli yaşayış binası üzərində isə 9 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 21.664-ü Bakının, qalan hissəsi isə bölgələrin payına düşür.

Texniki pasport və ipoteka müqavilələrinin sayı

Bu ilin ilk 3 ayı ərzində 64.842 texniki pasport tərtib edilib, 16.537 ipoteka müqaviləsi qeydiyyata alınıb.

Çıxarış ("kupça") almaqla bağlı tez-tez verilən suallara cavablar:

Dövlət reyestrindən çıxarışda torpağın kənd təsərrüfatı təyinatlı olduğu yazılıb. Həmin torpaq sahəsində fərdi yaşayış evi tikmək mümkündür?

Kənd təsərrüfatı təyinatlı torpaq sahələrini təyinatından kənar istifadə etmək qadağandır. Kənd təsərrüfatı təyinatlı torpaqlarda fərdi yaşayış evlərinin tikintisi qeyri-qanuni hesab olunur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə uyğun olaraq kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaqlardır. Həmin torpaqlarda kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar. Yalnız "Yaşayış məntəqələri" təyinatlı torpaqlar üzərində inşa edilən fərdi yaşayış evləri dövlət reyestrində qeydiyyata alınır.

2019-cu ildə tikintisi başa çatdırılmış qeyri-yaşayış sahəsinə dair dövlət reyestrindən çıxarış almaq üçün hansı sənədlər tələb olunur?

Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd tələb olunur. Qeyri-yaşayış sahəsinə dair tələb olunan sənədlərə isə tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə sənədləri aiddir.

Xidmətdən istifadə üçün müvafiq sənədlərlə birgə Əmlak Xidmətləri Məkanına və ya Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin müvafiq ərazi idarəsinə müraciət etmək olar.

Elektron çıxarışın hazır olması ilə bağlı mobil nömrəyə SMS bildiriş gəldiyi halda sistemdə hazır çıxarışa necə baxmaq olar?

SMS bildirişdə çıxarışın reyestr və qeydiyyat nömrələri, o cümlədən elektron çıxarışın təsviri ilə bağlı link göndərilir. Həmin linkə daxil olaraq Elektron çıxarışın təsvirini əldə etmək olar. Çıxarışın təsvirinə baxmaq üçün Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalına (www.e-emlak.gov.az) daxil olub təqdim olunan elektron xidmətlər siyahısından "Elektron çıxarışın yoxlanması" elektron xidməti seçilməlidir. Açılan pəncərədə "Qeydiyyat nömrəsi" və "Reyestr nömrəsi" xanalarına müvafiq məlumatları qeyd etdikdən sonra "Axtar" düyməsi sıxılır. Nəticədə ekranda elektron çıxarış əks olunur.

MMC tərəfindən tikilmiş binadan mənzil almışam. Həmin mənzilə çıxarış almaq üçün hansı sənədlərim olmalıdır?

İlk növbədə həmin mənzilin yerləşdiyi bina üzərində MMC-in mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb-alınmadığı aydınlaşdırılmalıdır. Əgər binaya dair MMC-nin adına çıxarış vardırsa, MMC ilə mənzil sahibi arasında notariat qaydasında bağlanmış alqı-satqı müqaviləsi olmalıdır. Bundan sonra həmin müqavilə əsasında mənzil sahibi öz adına çıxarış ala bilər.

Mənzil-tikinti kooperativindən (MTK-dan) mənzil almışam. Çıxarış almaq üçün hansı sənədlərim olmalıdır?

İlk növbədə MTK-ın inşa etdiyi binanın istismara qəbul edilib-edilmədiyi (istismara qəbul aktının olub-olmadığı) aydınlaşdırılmalıdır. Əgər bina istismara qəbul edilibsə, dövlət reyestrindən çıxarış almaq üçün 2 sənəd olmalıdır:

Mənzilin verilməsi barədə MTK üzvlərinin ümumi yığıncağının qərarı;
Maliyyə arayışı (bu arayış mənzilə dair pay haqqının ödənildiyini və borcun olmadığını göstərir)


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1333   Tarix: 03 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Vətən müharibəsinin başlamasından altı il ötür

Bu gün Vətən müharibəsinin başlamasından altı il ötür. xəbər verir ki, altı il əvvəl Azərbaycan Ordusu Ermənistanın işğalçı siyasətinə və cəbhəboyu hərbi təxribatlarına cavab olaraq sürətli əks-hücum əməliyyatına start verib. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmri ilə ordumu

27 sentyabr
.

"Bakcell" İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

"Bakcell" və "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Azərbaycanın tarixi-mədəni irsinin rəqəmsal təqdimatına yönəlmiş layihənin icrasına başlayıb. xəbər verir ki, təşəbbüs çərçivəsində Şirvanşahlar Sarayı və Qız Qalasında artırılmış reallıq (AR) və süni intellekt texnologiyaların

28 sentyabr
.

Bu ilin avqust ayında aylıq sosial müavinət və təqaüd alanlar...

2026-cı ilin avqust ayında aylıq sosial müavinət və təqaüd alanların sayı 883 084 nəfər olub. Onların 477 042 nəfərini aylıq sosial müavinət, 406 042 nəfərini isə təqaüd alanlar təşkil edib

27 sentyabr
.

Bakının bu ərazisində yaşayanlar KÖÇÜRÜLƏCƏKLƏR - 35 milyon manat ayrıldı

Bakı şəhərində yeni parkın salınması ilə bağlı hazırlıqlar başlayıb. Ölkə.az-a istinadən xəbər verir ki, layihə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC tərəfindən təsdiqlənib. Belə ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsindən Xətai rayonu

27 sentyabr
.

Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR

Ailə cəmiyyətin əsas özəyidir və hər bir vətəndaşın ailə qurmaq hüququ konstitusiya ilə təsbit olunub. "Yeni Sabah"a istinadən xəbər verir ki, lakin bu hüquq mütləq xarakter daşımır - dövlət həm tərəflərin, həm də gələcək nəsillərin maraqlarını, fiziki və psixi sağlamlığını qorumaq məqsədil

27 sentyabr
.

İlham Əliyevin investisiya forumunda çıxışı: Azərbaycanın qlobal iqtisadiyyatda artan rolu

Azərbaycanın iqtisadi inkişaf strategiyası, investisiya mühitinin daha da yaxşılaşdırılması, qeyri-neft sektorunun genişləndirilməsi və ölkənin beynəlxalq iqtisadi əlaqələrinin gücləndirilməsi son illərdə dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Prezident İlham Əliyevin II Azərbayca

28 sentyabr
.

AZAL-ın Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reysləri təxirə salındı

Azərbaycan Hava Yollarının (AZAL) 28 sentyabr 2026-cı il tarixinə planlaşdırılan Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reysləri əlverişsiz hava şəraiti səbəbindən təxirə salınıb. AZAL-dan -a verilən məlumata görə, hava şəraiti sabitləşdikdən sonra uçuşların icrasına davam ediləcək. Sərnişinlər mümkü

28 sentyabr
.

Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq

Azərbaycanda orta aylıq əməkhaqqının yaxın illərdə artacağı gözlənilir. Maliyyə Nazirliyinin proqnozuna görə, 2030-cu ildə orta maaş 1 551,5 manata çatacaq. Vətəndaşlar üçün əsas sual orta maaşdan daha çox, minimum əməkhaqqının necə dəyişəcəyi ilə bağlıdır. Orta maaş 1 551 manata çatacaqsa, minimum əməkhaqq

27 sentyabr
.

Başqası üçün rəsmiləşdirilən kredit borcunun məsuliyyətini kim daşıyır? - AÇIQLAMA

Son dövrlər bir şəxsin adına rəsmiləşdirilən kredit vəsaitindən başqa bir şəxsin istifadə etməsi ilə bağlı müxtəlif hallar gündəmə gəlir. Belə vəziyyətlərdə kredit müqaviləsinin kiminlə bağlanması, pul vəsaitindən faktiki olaraq kimin istifadə etməsi və tərəflər arasında hər hansı hüquqi razılaşmanı

28 sentyabr