Yalnız qız övladları olan valideynlər 55 yaşında pensiyaya çıxa bilərmi? - AÇIQLAMA

Yalnız qız övladları olan valideynlər 55 yaşında pensiyaya çıxa bilərmi? - AÇIQLAMABildiyimiz kimi, kişilərə münasibətdə qadın vəfat etdiyi və uşağın kişinin himayəsində olduğu və növbəti ailə qurduğu halda da kişilərin tələb olunan şərtlər daxilində 5 il erkən pensiya hüququ tanınacaq. Bu "Əmək pensiyaları haqqında" qanuna dəyişiklik layihəsində əksini tapıb. Lakin belə bir problem var ki, yalnız qız övladı olan valideynlər müəyyən yaşa çatdıqdan sonra ya işləyə bilmir, ya da pensiya yaşına çatmadan vəfat edir. Əlbəttə ki, ailədə qız övladı müəyyən bir vaxta qədər işləyir və valideynlərinə qayğı göstərir. Lakin qız övladı ailə qurduqdan sonra bu vəziyyət dəyişə bilir. Belə olan halda, yalnız qız övladları olan valideynlər 55 yaşında pensiyaya çıxa bilər?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan sosioloq Üzeyir Şəfiyev deyib ki, bu yaxınlarda həyat yoldaşını itirən kişilərin erkən pensiyaya çıxması ilə bağlı məsələlərə baxıldı. Həyat yoldaşını itirmiş və övladları azyaşlı olan kişilər ikinci dəfə ailə qursalar belə onların 5 il erkən pensiyaya çıxmaq hüququ tanınır:

"Ana vəfat etdikdən sonra, atanın uşaqlar ilə sosiallaşmasında, qayğısından qalmaqda rolu var. Bu baxımdan dövlət sosial dəstək proqramları və müxtəlif sosial layihələr ilə belə insanlara güzəşt edir. Burada isə mövzu oğul övladları olmayan və qız övladı olan ataların erkən yaşda pensiyaya çıxmasıdır. Azərbaycanda tənha ahıllar üçün sosial dəstək layihələri var. Tənha ahıllara ilə bağlı həm Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, həm də Sosial Xidmətlər Agentliyinin həyata keçirdiyi layihələr var. Digər institusional səviyyədə tənha ahıllara dəstək layihələri həyata keçirilir. Onların övladları yoxdursa, diqqət qayğı ehtiyacları olarsa, bu zaman həmin qəbildən olan şəxslər üçün sosial xidmət müəssisələridə var".

Sosioloqun sözlərinə görə, Azərbaycanda uzun müddət ənənəvi cəmiyyət olduğuna görə, yaşlı valideynlərə övladları qayğı göstərir. Bu olmadıqda bu vəzifəni dövlət özü edir. Azərbaycanda artıq belə bir institut var ki, ahıl insanın övladı yoxdursa yaxud uzaqda yaşayırsa, onlar dövlət qayğısı ilə təmin olunur. Hətta həmin şəxslərə sosial xidmətçi tutulur və onlara qayğı göstərirlər:

"Azərbaycanda bu tip sosial xidmətçi institutu var. Yəni ahıllar dövlət səviyyəsində bu qayğı ilə təmin olunur. Ancaq onların erkən pensiyaya çıxması ilə bağlı kifayət qədər yanaşmalar var. Həm qadınlara, həm də kişilərin daxil olduğu fərqli kateqoriyaya daxil olan əhali qrupu var. Onlarin erkən pensiyaya çıxması ilə bağlı yanaşma mövcuddur və həyata keçirilir. Amma hazırda sözügedən məsələ hələki müzakirə mövzusu deyil. Ümumiyyətlə belə bir analogiyanı aparmaq olduqca çətindir. Ölkələrdə bu qəbildən olan insanların erkən pensiyaya çıxma məsələsi araşdırılmalıdır. Düşünürəm ki, bu hələki müzakirə mövzusu deyil. Güman etmirəm ki, yaxınlarda bu məsələ müzakirə mövzusu olsun. Çünki bizim cəmiyyətimiz ənənəvidir. Ahıl valideynlərə övlad baxır. Övlad olmayanda isə yaxınlar bu vəzifəni yerinə yetirir. Əgər heç kim baxa bilmirsə, bu zaman onlara qayğı dövlət sosial xidmət müəssisələri üzərindən həyata keçirilir. O cümlədən sosial layihəsi ilə onlara dəstək göstərilir".

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1159   Tarix: 03 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Vətən müharibəsinin başlamasından altı il ötür

Bu gün Vətən müharibəsinin başlamasından altı il ötür. xəbər verir ki, altı il əvvəl Azərbaycan Ordusu Ermənistanın işğalçı siyasətinə və cəbhəboyu hərbi təxribatlarına cavab olaraq sürətli əks-hücum əməliyyatına start verib. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmri ilə ordumu

27 sentyabr
.

"Bakcell" İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

"Bakcell" və "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Azərbaycanın tarixi-mədəni irsinin rəqəmsal təqdimatına yönəlmiş layihənin icrasına başlayıb. xəbər verir ki, təşəbbüs çərçivəsində Şirvanşahlar Sarayı və Qız Qalasında artırılmış reallıq (AR) və süni intellekt texnologiyaların

28 sentyabr
.

Bu ilin avqust ayında aylıq sosial müavinət və təqaüd alanlar...

2026-cı ilin avqust ayında aylıq sosial müavinət və təqaüd alanların sayı 883 084 nəfər olub. Onların 477 042 nəfərini aylıq sosial müavinət, 406 042 nəfərini isə təqaüd alanlar təşkil edib

27 sentyabr
.

Bakının bu ərazisində yaşayanlar KÖÇÜRÜLƏCƏKLƏR - 35 milyon manat ayrıldı

Bakı şəhərində yeni parkın salınması ilə bağlı hazırlıqlar başlayıb. Ölkə.az-a istinadən xəbər verir ki, layihə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC tərəfindən təsdiqlənib. Belə ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsindən Xətai rayonu

27 sentyabr
.

Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR

Ailə cəmiyyətin əsas özəyidir və hər bir vətəndaşın ailə qurmaq hüququ konstitusiya ilə təsbit olunub. "Yeni Sabah"a istinadən xəbər verir ki, lakin bu hüquq mütləq xarakter daşımır - dövlət həm tərəflərin, həm də gələcək nəsillərin maraqlarını, fiziki və psixi sağlamlığını qorumaq məqsədil

27 sentyabr
.

İlham Əliyevin investisiya forumunda çıxışı: Azərbaycanın qlobal iqtisadiyyatda artan rolu

Azərbaycanın iqtisadi inkişaf strategiyası, investisiya mühitinin daha da yaxşılaşdırılması, qeyri-neft sektorunun genişləndirilməsi və ölkənin beynəlxalq iqtisadi əlaqələrinin gücləndirilməsi son illərdə dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Prezident İlham Əliyevin II Azərbayca

28 sentyabr
.

AZAL-ın Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reysləri təxirə salındı

Azərbaycan Hava Yollarının (AZAL) 28 sentyabr 2026-cı il tarixinə planlaşdırılan Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reysləri əlverişsiz hava şəraiti səbəbindən təxirə salınıb. AZAL-dan -a verilən məlumata görə, hava şəraiti sabitləşdikdən sonra uçuşların icrasına davam ediləcək. Sərnişinlər mümkü

28 sentyabr
.

Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq

Azərbaycanda orta aylıq əməkhaqqının yaxın illərdə artacağı gözlənilir. Maliyyə Nazirliyinin proqnozuna görə, 2030-cu ildə orta maaş 1 551,5 manata çatacaq. Vətəndaşlar üçün əsas sual orta maaşdan daha çox, minimum əməkhaqqının necə dəyişəcəyi ilə bağlıdır. Orta maaş 1 551 manata çatacaqsa, minimum əməkhaqq

27 sentyabr
.

Başqası üçün rəsmiləşdirilən kredit borcunun məsuliyyətini kim daşıyır? - AÇIQLAMA

Son dövrlər bir şəxsin adına rəsmiləşdirilən kredit vəsaitindən başqa bir şəxsin istifadə etməsi ilə bağlı müxtəlif hallar gündəmə gəlir. Belə vəziyyətlərdə kredit müqaviləsinin kiminlə bağlanması, pul vəsaitindən faktiki olaraq kimin istifadə etməsi və tərəflər arasında hər hansı hüquqi razılaşmanı

28 sentyabr