Nazirlik "Hyundai"nin Azərbaycandakı distributoru barədə araşdırma başlatdı
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti "Hyundai" markalı avtomobillərin Azərbaycandakı rəsmi distributoru "Auto Azərbaycan" MMC barəsində araşdırmaya başlayıb.
Yeniavaz.com xəbər verir ki, Dövlət Xidməti "Haqsız rəqabət haqqında" Qanunun 7-ci maddəsinin üçüncü və beşinci abzasının tələblərinin pozulması əlamətləri üzrə araşdırma aparır.
Bildirilir ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti "Auto Azərbaycan" MMC tərəfindən minik avtomobillərinin satışı zamanı bağladığı müqavilənin şərtlərinin haqsız rəqabət qanunvericiliyinin tələblərinə uyğun olub-olmadığını araşdırır. İşə may ayının 7-də baxılacağı qeyd olunub.
Məlumat üçün bildirək ki, "Auto Azərbaycan" MMC 09 iyul 1996-cı ildə dövət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 15 milyon 352 min 742 dollar olar MMC-nin hüquqi ünvanı Nərimanov rayonu, Ziya Bünyadov, ev 118-də yerləşir. MMC-nin qanuni təmsilçisi İsmayılov Emil Hüseyn oğludur.
Onu da qeyd edək ki, "Auto Azərbaycan" MMC Türkiyədə yaşayan İran əsilli Eromi ailəsinin təsis etdiyi "NAB Holdinq" şirkətlər qrupuna daxildir. "NAB Holdinq" şirkətlər qrupuna "Bank of Baku", "Baku Electronics", "Qafqaz Lizinq", "Buta Sığorta", "Baku Service Company", "Auto Azərbaycan" kimi şirkətlər daxil olub. "Qafqaz Lizinq" və "Buta Sığorta" fəaliyyətini dayandırsa da, digər şirkətlər öz fəaliyyətlərini davam etdirirlər.
Qeyd edək ki, Türkiyə mətbuatında "NAB Holdinq"in İdarə Heyətinin sədri Behram Erominin İran əsilli məşhur iş adamı Rza Zərrabın bacısının həyat yoldaşı olduğu yazılıb və bu məlumat bu günə kimi təkzib olunmayıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1060 Tarix: 03 may 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Vətən müharibəsinin başlamasından altı il ötür
Bu gün Vətən müharibəsinin başlamasından altı il ötür. xəbər verir ki, altı il əvvəl Azərbaycan Ordusu Ermənistanın işğalçı siyasətinə və cəbhəboyu hərbi təxribatlarına cavab olaraq sürətli əks-hücum əməliyyatına start verib. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmri ilə ordumu
27 sentyabrBakının bu ərazisində yaşayanlar KÖÇÜRÜLƏCƏKLƏR - 35 milyon manat ayrıldı
Bakı şəhərində yeni parkın salınması ilə bağlı hazırlıqlar başlayıb. Ölkə.az-a istinadən xəbər verir ki, layihə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC tərəfindən təsdiqlənib. Belə ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsindən Xətai rayonu
27 sentyabrAzərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Ailə cəmiyyətin əsas özəyidir və hər bir vətəndaşın ailə qurmaq hüququ konstitusiya ilə təsbit olunub. "Yeni Sabah"a istinadən xəbər verir ki, lakin bu hüquq mütləq xarakter daşımır - dövlət həm tərəflərin, həm də gələcək nəsillərin maraqlarını, fiziki və psixi sağlamlığını qorumaq məqsədil
27 sentyabrAZAL-ın Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reysləri təxirə salındı
Azərbaycan Hava Yollarının (AZAL) 28 sentyabr 2026-cı il tarixinə planlaşdırılan Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reysləri əlverişsiz hava şəraiti səbəbindən təxirə salınıb. AZAL-dan -a verilən məlumata görə, hava şəraiti sabitləşdikdən sonra uçuşların icrasına davam ediləcək. Sərnişinlər mümkü
28 sentyabrNazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq
Azərbaycanda orta aylıq əməkhaqqının yaxın illərdə artacağı gözlənilir. Maliyyə Nazirliyinin proqnozuna görə, 2030-cu ildə orta maaş 1 551,5 manata çatacaq. Vətəndaşlar üçün əsas sual orta maaşdan daha çox, minimum əməkhaqqının necə dəyişəcəyi ilə bağlıdır. Orta maaş 1 551 manata çatacaqsa, minimum əməkhaqq
27 sentyabr