GAZBIR rəhbəri: Türkiyə Avropa ilə LNG ticarəti üçün Azərbaycan və Rusiya qazından istifadə edə bilər
Türkiyə Böyük Millət Məclisində (TBMM) bir sıra qanunvericilik aktlarına qəbul edilmiş dəyişikliklər ölkənin Avropaya, xüsusən də qonşu ölkələrə maye qaz ixracının həcmini artırmağa imkan verəcək.
"Report" "Anadolu"ya istinadən xəbər verir ki, bunu Türkiyə Təbii Qaz Paylayıcılar Birliyinin (GAZBIR) prezidenti Yaşar Arslan deyib.
"Dağ-mədən sənayesi sahəsi ilə bağlı sənədə, eləcə də enerji tənzimləmələrini ehtiva edən bəzi qanunlara dəyişikliklə bağlı parlament tərəfindən qəbul olunan təkliflər Türkiyənin Avropa ölkələri, xüsusən də qonşuları ilə LNG ticarətinin yolunu açır", - Y.Arslan bildirib.
Enerji Bazarını Tənzimləmə Qurumunun (EPDK) məlumatına görə, Türkiyə ötən il 50,5 milyard kubmetr təbii qaz idxal edib ki, bunun da təxminən 30 %-i LNG şəklindədir.
GAZBIR rəhbəri qeyd edib ki, son 10 ildə Türkiyəyə idxal olunan qazda LNG-nin payı 15 %-dən 30 %-ə yüksəlib: "Gələcəkdə bu rəqəmin 40 %-ə yüksələcəyini təxmin edirik. Bundan əlavə, Türkiyə yeni müqavilələr sayəsində ani və ucuz maye qaz alacaq".
Arslan Sakarya təbii qaz yatağının istifadəyə verilməsi ilə Türkiyədə hasilat gücünün ildə 350-400 milyon kubmetrdən 800-850 milyona qədər artdığını da vurğulayıb.
Türkiyənin ötən il 900 milyon kubmetr təbii qaz ixrac etdiyini deyən GAZBIR rəhbəri idxalçılar arasında birinci yerdə Bolqarıstanın olduğunu söyləyib (370 milyon kubmetr).
"Xüsusilə, Rusiya və Azərbaycanda yarana biləcək artıq təbii qazı ən qısa zamanda idxal edəcək ölkələrə çatdırmaq vəziyyətindəyik. Yaxın illərdə Türkiyənin qonşuları, xüsusilə də Şərqi Avropa ölkələri ilə ticarət imkanları, təbii qaz kəşfiyyatı yataqlarında hasilat gücünün artırılması və təbii qazın mayeləşdirilməsi ilə yanaşı, Aralıq dənizi və Qara dənizdə mümkün yeni kəşflər Türkiyənin mövcud idxal müqavilələri ilə yaxşılaşdırıla bilər", – deyə o əlavə edib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 750 Tarix: 05 may 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
Sentyabrın 28-i axşam Azərbaycanın qərb rayonlarından başlayaraq, 30-u gündüzədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşə
26 sentyabrMƏRHUMUN BANK KREDİTİ ailənin boynuna qalır? - AÇIQLAMA
Vərəsəlik zamanı mirasın bölüşdürülməsi ilə yanaşı, mərhumun üzərinə götürdüyü maliyyə öhdəlikləri də gündəmə gəlir. Bank kreditləri, fiziki şəxslərə olan borclar və digər öhdəliklərin vərəsələrə hansı hallarda keçməsi isə cəmiyyətdə suallar doğurur. Xüsusilə mirası qəbul edən şəxslərin mərhumun borcların
27 sentyabrPensiya və müavinətlərlə bağlı YENİ XƏBƏR
Bu ilin yanvar-avqust ayları ərzində 124 026 pensiya, müavinət və təqaüd təyinatı elektron infrastruktur üzərindən proaktiv qaydada həyata keçirilib. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir. Məlumata görə
27 sentyabrSabah Bakıda leysan olacaq - Xəbərdarlıq
Sentyabrın 29-da Bakıda və Abşeron yarımadasının bəzi ərazilərində fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin yaydığı xəbərdarlıqda bildirilib. Məlumata görə, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşə
28 sentyabrBakının bu qəsəbəsi YENİLƏNİR: Göl ətrafında bulvar salınır - VİDEO
Əmircan yenilənir, abadlaşdırılır. Qəsəbədə aparılan abadlıq işləri davam etdirilir. BİG.AZ "Xəzər" TV-yə istinadla xəbər verir ki, artıq göl kənarında salınan mini parklardan birində işlər yekunlaşıb. Görülən işlər sakinlərin də ürəyincədir. Onların sözlərinə görə, bu layihənin üstün cəhətlərində
27 sentyabrƏvəz Zeynallı vəfat etdi
Əvəz Zeynallı vəfat edib. Qaynarinfo xəbər verir ki, bu barədə vəkil Rəşad Vaqifoğlu məlumat yayıb. Qeyd edək ki, Əvəz Zeynallı uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkirdi
28 sentyabr