Şəhid anası: "Soruşdum ki, balamın bütün əzaları yerindədir?" - VİDEO
Baku TV-də jurnalist Afaq Hüseynovanın təqdimatında Vətən müharibəsi şəhidi Abbas Əliyev haqqında reportaj efirə gedib.
Azərbaycan Ordusunun əsgəri olan Abbas Əliyev Cəbrayılın, Füzulinin, Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb, 2020-ci ilin noyabrın 2-də Xocavənd döyüşləri zamanı şəhid olub.
Oğlu ilə bağlı xatirələrini bölüşən şəhid anası Təranə Əliyeva onun müharibəyə yollanmasından danışıb:
"Müharibə başlayanda dedi ki, mən mütləq getməliyəm. Yük daşıyırdı, Xızıya mal aparmışdı. Gəlib dedi ki, gedirəm. Söylədim ki, Abbas, bəlkə nə vaxt çağırsalar, onda gedəsən. Dedi ki, mən getməyim, o getməsin, bu getməsin, bəs kim getsin?!".
T.Əliyeva Abbasın şəhid olmasını öyrənməsindən bəhs edərkən qeyd edib ki, ona əvvəlcə oğlunun yaralandığı deyilib:
"Dedilər ki, onu gətirmək üçün bizlə kimsə getməlidir. Hiss etdim ki, yaralanmayıb. Çünki yaralansaydı, onu hospitala yerləşdirərdilər. Daha sonra getməsi üçün qaynatasına zəng etdik. Onun nəşini gətirəndə qayınatasından ilk olaraq soruşdum ki, balamın bütün əzaları yerində idi?".(oxu.az)
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1078 Tarix: 05 may 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
Sentyabrın 28-i axşam Azərbaycanın qərb rayonlarından başlayaraq, 30-u gündüzədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşə
26 sentyabrMƏRHUMUN BANK KREDİTİ ailənin boynuna qalır? - AÇIQLAMA
Vərəsəlik zamanı mirasın bölüşdürülməsi ilə yanaşı, mərhumun üzərinə götürdüyü maliyyə öhdəlikləri də gündəmə gəlir. Bank kreditləri, fiziki şəxslərə olan borclar və digər öhdəliklərin vərəsələrə hansı hallarda keçməsi isə cəmiyyətdə suallar doğurur. Xüsusilə mirası qəbul edən şəxslərin mərhumun borcların
27 sentyabrPensiya və müavinətlərlə bağlı YENİ XƏBƏR
Bu ilin yanvar-avqust ayları ərzində 124 026 pensiya, müavinət və təqaüd təyinatı elektron infrastruktur üzərindən proaktiv qaydada həyata keçirilib. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir. Məlumata görə
27 sentyabrSabah Bakıda leysan olacaq - Xəbərdarlıq
Sentyabrın 29-da Bakıda və Abşeron yarımadasının bəzi ərazilərində fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin yaydığı xəbərdarlıqda bildirilib. Məlumata görə, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşə
28 sentyabrBakının bu qəsəbəsi YENİLƏNİR: Göl ətrafında bulvar salınır - VİDEO
Əmircan yenilənir, abadlaşdırılır. Qəsəbədə aparılan abadlıq işləri davam etdirilir. BİG.AZ "Xəzər" TV-yə istinadla xəbər verir ki, artıq göl kənarında salınan mini parklardan birində işlər yekunlaşıb. Görülən işlər sakinlərin də ürəyincədir. Onların sözlərinə görə, bu layihənin üstün cəhətlərində
27 sentyabrƏvəz Zeynallı vəfat etdi
Əvəz Zeynallı vəfat edib. Qaynarinfo xəbər verir ki, bu barədə vəkil Rəşad Vaqifoğlu məlumat yayıb. Qeyd edək ki, Əvəz Zeynallı uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkirdi
28 sentyabr