"Rauf Quliyev külli miqdarda pulumuzu ələ keçirib" – İDDİA

"Rauf Quliyev külli miqdarda pulumuzu ələ keçirib" – İDDİA"TTQ QRUP" MMC-nin direktoru, "Füzuli" futbol klubunun prezidenti Rauf Quliyevin bir neçə şəxsə qarşı dələduzluq etməsi iddia olunur.

"Qafqazinfo"ya müraciət edən Qasım Kazımov və digər üç şikayətçi Rauf Quliyevin ev tikmək adı ilə onlara ziyan vurduğunu bildirib.

Onların iddiasına əsasən, Rauf Quliyevə məxsus şirkət fərdi evlərin layihələndirilməsi və tikilməsi ilə bağlı sifarişləri qəbul edib: "Rauf Quliyevin adamları "TTQ QRUP" MMC adından elan saytlarında "Fərdi evlərin nağd və kreditlə tikilib satılması" başlıqlı reklam yerləşdirirlər. Ötən il noyabrın 30-da mən bu elan vasitəsilə həmin şirkətlə əlaqə yaratdım. Məni şirkətin tikinti üzrə mühəndisi Elnur adlı şəxsə yönləndirdilər və onunla Sumqayıtda görüşdük. Bir neçə yerdə torpaq sahələri göstərdi. Nəhayət, "Kottec" deyilən yerdə daş hasara alınmış ümumi sahəsi 15 sot olan torpağın içində 2 sot torpağı bəyəndim. Elnur dedi ki, bəs bu torpaq sahəsi onların şirkətinə məxsusdur. Bütün sənədlər daxil tam paket halında çıxarışlı evi tikib mənə dörd ay ərzində təhvil verəcəklər".

Qasım Kazımov əlavə edib ki, bundan sonra şirkət əməkdaşı ilə görüşərək müqavilə imzalayıb:

"Ertəsi gün Elnurla şirkətin Yasamalda yerləşən ofislərində görüşdük. Burada "TTQ QRUP" MMC-nin direktoru Quliyev Raufla tanış oldum. Danışığa əsasən, mənim üçün tikiləcək evin ümumi dəyəri 72 000 manat oldu. 20 000 manatı ilkin ödəniş kimi, yerdə qalan məbləği isə 90 ay müddətində ödəmək şərti ilə razılaşdıq və müqavilə imzaladıq. Rəsmi ödəniş qəbzinə əsasən, 20 min manatı Raufa verdim. Rauf bildirdi ki, müqavilə bağlandığı tarixdən dörd ay müddətinə evi tikib tam təhvil verəcək".

Şikayətçi əlavə edib ki, razılaşma müddətindən xeyli keçsə də, heç bir tikinti aparılmayıb və verdiyi pulları geri ala bilmir:

"Hər dəfə Rauf mənə min cür bəhanə uydurur. Gah deyir İcra Hakimiyyətinə 3700 manat rüsum ödəyib, gah da başqa sözlər… Mən onların Yasamaldakı ofislərinə getdim və orada məlum oldu ki, mənim kimi bir çox adama ev tikintisini vəd edərək pul alıblar, lakin heç bir iş görməyiblər, pulları da qaytarmırlar. Həmin adamlardan mənimlə birgə dörd nəfər – Vüsal Mustafayev (18 000 manat), Zülfiyyə Zeynalova (25 000 manat), Emin (21 000 manat) və digər şəxs müxtəlif dövlət qurumlarına məsələ ilə bağlı şikayətlər ünvanlamışıq. Ümumilikdə isə 25 nəfərə yaxın şəxsdən pul alaraq aldadıblar. Biz bununla bağlı polis və prokurorluq orqanlarına müraciət etmişik, lakin hələ də cinayət işi açılmayıb və Rauf Quliyev barəsində tədbir görülmür".

İttihamlarla əlaqədar Rauf Quliyevlə əlaqə saxlanılıb. O, bildirib ki, məsələ ilə bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır:

"Mən həmin şəxs üçün torpaq sahəsinin alınması məqsədilə dörd min manat ödəmişəm, qəbzlər də var. Gedib şikayət edib, mənim ictimai mövqeyimdən istifadə edərək belə bir addım atır. Onunla danışanda da demişdim ki, pulunu hissə-hissə ödəyəcəyik".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 925   Tarix: 07 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Sabiq nazir qardaşı oğlunu vəzifədən azad etdi

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərova məxsus "İmprotex Group"a daxil şirkətlərdən biri - "İmprotex İndustries" MMC-nin rəhbəri dəyişib. Qaynarinfo Yurd.Media-ya istinadən xəbər verir ki, Ruslan Ələkbərov şirkətin qanuni təmsilçisi vəzifəsindən azad olunub

28 sentyabr
.

"Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik" mövzusunda panel sessiya keçirilib

25-26 sentyabr tarixlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında keçirilən 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik" mövzusunda panel sessiya təşkil olunub. Panel sessiyada Azərbaycan Respublikasını

26 sentyabr
.

Paytaxtın bu qəsəbələrində ev və torpaqlar bahalaşa bilər: Səbəb AÇIQLANDI

Bakıətrafı qəsəbələrdə dəmir yolu infrastrukturunun genişləndirilməsi nəqliyyat imkanları ilə yanaşı, daşınmaz əmlak bazarına da təsir göstərə bilər. 2025-2030-cu illəri əhatə edən Dövlət Proqramında nəzərdə tutulan layihələrin reallaşması həmin ərazilərdə torpaq və mənzillərə tələbatı artıra bilər

28 sentyabr
.

Azərbaycanda Anım Günü qeyd olunur

Bu gün Vətən müharibəsinin başlamasından altı il ötür. Bu münasibətlə Azərbaycanda Anım Günü qeyd olunur. Altı il əvvəl Azərbaycan Ordusu Ermənistanın işğalçı siyasətinə və cəbhəboyu hərbi təxribatlarına cavab olaraq sürətli əks-hücum əməliyyatına start verib. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandan

27 sentyabr
.

Heydər Əliyev xanımı ilə "Formula 1"də - FOTOLAR

Prezident İlham Əliyevin oğlu Heydər Əliyev xanımı Alyona Əliyava ilə Bakı şəhər halqasında "Formula 1" Azərbaycan Qran-Prisinin əsas yarışını izləyib. onların fotolarını təqdim edir:

26 sentyabr
.

Əvəz Zeynallı vəfat etdi

Əvəz Zeynallı vəfat edib. Qaynarinfo xəbər verir ki, bu barədə vəkil Rəşad Vaqifoğlu məlumat yayıb. Qeyd edək ki, Əvəz Zeynallı uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkirdi

28 sentyabr
.

Azərbaycanda mal əti BAHALAŞDI - YENİ QİYMƏT

Azərbaycanda mal ətinin qiyməti yenidən bahalaşıb. "Qaynarinfo"ya istinadən xəbər verir ki, hazırda satış məntəqələrində sümüklü ət alıcılara 19 manatdan təklif edilir. Sümüksüz mal əti isə 21-22 manata satılır. Bu isə son bir ayda 1-2 manat artım deməkdir. Satıcılar qiymət artımına səbəb kim

26 sentyabr
.

Qanun icazə verir, cəmiyyət qınayır - Azərbaycanda MÜBAHİSƏLİ MÖVZU

Gənc yaşda evlilik Azərbaycan cəmiyyətində həyatın təbii mərhələsi kimi qəbul edilsə də, 50-60 yaşdan sonra qurulan ailə hələ də qeyri-adi hadisə kimi qarşılanır. "Bu yaşda evlilik olar, "İnsan bu yaşdan sonra həyatını dəyişərmi?" kimi qınaqlar eşidilir. Ancaq Dövlət Statistika Komitəsini

26 sentyabr
.

Pensiya yaşı ilə bağlı yeni QAYDA

Hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi həmin rütbə üzrə pensiya yaşı kimi müəyyən ediləcək. Bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuların statusu haqqında", "Polis haqqında"

27 sentyabr