Bu tələbələrə güzəştlər ediləcək

Bu tələbələrə güzəştlər ediləcək"Qarabağ Universiteti vacib layihədir. Həm hər bir azərbaycanlı, həm də azərbaycanlı təhsil işçisi üçün qürur mənbəyi olan layihədir. Burada texniki və menecment baxımından təxminən 10 ay ərzində bir ali təhsil müəssisəsini qurmaqdan danışırıq".

Sonxeber.az APA-ya istinadən bildirir ki, bunu REAL TV-yə müsahibəsində elm və təhsil naziri Emin Əmrullayev bildirib. O deyib ki, 10 ay ərzində ali təhsil müəssisəsi qurmaq çoxambissiyalı məqsəddir:

"İnanıram ki, bunun öhtəsindən gələ biləcəyik. Hazırda hər şey plana uyğun gedir, plandan geri qalmırıq. İşlərimiz bir neçə istiqamətdə gedir. Böyük bir istiqamət infrastrukturu hazırlıq səviyyəsinə gətirib çıxarmaqdır. Bilirsiniz ki, Qarabağ Universitetində həm yataqxana, həm tədris binaları müəyyən edilib. Tələbələrin asudə vaxtını keçirməsi üçün də əsaslı şəkildə işlər görürük. 800-1000 tələbənin Qarabağ Universitetində ali təhsilə başlaması özü-özlüyündə əla nəticədir. Bu il Universitetə qəbul mümkün olmalıdır, sentyabrın 15-də təxminən 1000 tələbənin orada olmasını hədəfləyirik. Amma burada kəmiyyətlə bərabər keyfiyyət də önəmlidir. İstəyimiz budur ki, həqiqətən də gənclərimiz Qarabağ Universitetinin mənəvi qürur mənbəyi elementini də anlasınlar. Eyni zamanda, Qarabağ Universitetinə keyfiyyətli təhsil almaq üçün ən yüksək nəticə göstərən tələbələr gəlsin".

Nazir qeyd edib ki, artıq qəbul planı artıq var, 6 fakültə üzrə işlər planlaşdırılır:

"Bu il pedaqogika, iqtisadiyyat, turizm, mühəndislik, humanitar sahələr olmaqla, musiqi və incəsənətlə birgə 6 fakültə olacaq. Çünki Qarabağ musiqi və incəsənət beşiyidir. Gələcəkdə turizm və incəsənət, musiqi sahəsində olan fakültələr Şuşada fəaliyyət göstərəcək. Amma bu il Xankəndi şəhərində yerləşəcək. Tələbələrimizə çox geniş güzəşt paketi veririk, bu da onları sevindirəcək. Hər bir tələbə üçün universitetdəki təhsil ödənişsiz olacaq. Tələbələrə dövlət sifarişi ilə oxuduqlarına görə təqaüd ödəniləcək. Hər bir tələbə pulsuz şəkildə ən yüksək keyfiyyətli yataqxanalarla təmin olunacaq. Düşünürəm ki, xüsusilə bölgələrdən oxumağa gələnlər üçün bu, ailələrinə əlavə yük idi. İxtisaslar üzrə bəlli bir baldan yuxarı bal toplayan - yəqin ki, hüquqşünaslıq və mühəndislik ixtisaslarında bu 500 baldan yuxarı olacaq - tələbələrə əlavə təqaüdün ödənilməsi nəzərdə tutulub. Eyni zamanda, ilk il olduğu üçün hər bir qəbul olan tələbəyə universitet tərəfindən kompüter hədiyyə olunmasını planlaşdırırıq. Çünki proqramlarımızı elə formalaşdırmışıq ki, hər bir tələbənin mütləq kompüteri olmalıdır. Bunu dövlət qarşılayacaq. Məncə, bu güzəşt paketi də tələbələrin seçimində rol oynayacaq. Amma yenə də istəyərdim ki, abituriyentlərimiz Qarabağın gələcəyi, Azərbaycanın inkişafının lokomativi olacaq bu universiteti seçsinlər. Təbii ki, birinci il hamı üçün çətin olacaq, bizim üçün də, müəllimlər üçün də, tələbələr üçün də müəyyən qədər çağırışlarla dolu bir il olacaq. Mərhələlərə bölmüşük, birinci mərhələ sentyabrın 15-nə qədərdir. Bu vaxta qədər infrastruktur, müəllim, tələbə, qəbulun aparılması, orada ictimaiyyətin qurulması mərhələsidir. Sentyabrın 15-dən tələbələrlə və müəllimlərlə ikinci mərhələmiz başlayır. Yerli, aparıcı universitetlərimiz də bizə çox yaxından kömək edir. Sentyabrın 15-dən iyunun 15-nə qədər hər bir mərhələni hər bir tələbə ilə keçib öyrənmə prosesimiz olacaq. Nəhayət növbəti illərdə artıq hər il 1500-2000 tələbə qəbul etməklə yaxın 3-4 il ərzində 5000 tələbəyə çatmağı düşünürük. Buranın kifayət qədər tədqiqatyönümlü universitet olmasını planlaşdırırıq. Növbəti mərhələlərdə daha çox təbiət, kompüter elmləri, riyaziyyat və ümumiyyətlə hesablama kimyası, biologiyası yönündə qurulmuş proqramları planlaşdırırıq. Çox ciddi şəkildə xaricdə çalışan alimlərimizlə də işləyirik və onlar mütəmadi şəkildə həm Xankəndi şəhərində, həm onlayn şəkildə bizimlə işləyirlər. Bütün qüvvələri səfərbər edib Qarabağ Universitetini qısa bir zaman ərzində Azərbaycan təhsilinin yeni bir səhifəsinə çevirməyə çalışırıq. Başqa bir alternativ seçimimiz də yoxdur".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 878   Tarix: 07 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Sabiq nazir qardaşı oğlunu vəzifədən azad etdi

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərova məxsus "İmprotex Group"a daxil şirkətlərdən biri - "İmprotex İndustries" MMC-nin rəhbəri dəyişib. Qaynarinfo Yurd.Media-ya istinadən xəbər verir ki, Ruslan Ələkbərov şirkətin qanuni təmsilçisi vəzifəsindən azad olunub

28 sentyabr
.

"Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik" mövzusunda panel sessiya keçirilib

25-26 sentyabr tarixlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında keçirilən 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik" mövzusunda panel sessiya təşkil olunub. Panel sessiyada Azərbaycan Respublikasını

26 sentyabr
.

Paytaxtın bu qəsəbələrində ev və torpaqlar bahalaşa bilər: Səbəb AÇIQLANDI

Bakıətrafı qəsəbələrdə dəmir yolu infrastrukturunun genişləndirilməsi nəqliyyat imkanları ilə yanaşı, daşınmaz əmlak bazarına da təsir göstərə bilər. 2025-2030-cu illəri əhatə edən Dövlət Proqramında nəzərdə tutulan layihələrin reallaşması həmin ərazilərdə torpaq və mənzillərə tələbatı artıra bilər

28 sentyabr
.

Azərbaycanda Anım Günü qeyd olunur

Bu gün Vətən müharibəsinin başlamasından altı il ötür. Bu münasibətlə Azərbaycanda Anım Günü qeyd olunur. Altı il əvvəl Azərbaycan Ordusu Ermənistanın işğalçı siyasətinə və cəbhəboyu hərbi təxribatlarına cavab olaraq sürətli əks-hücum əməliyyatına start verib. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandan

27 sentyabr
.

Heydər Əliyev xanımı ilə "Formula 1"də - FOTOLAR

Prezident İlham Əliyevin oğlu Heydər Əliyev xanımı Alyona Əliyava ilə Bakı şəhər halqasında "Formula 1" Azərbaycan Qran-Prisinin əsas yarışını izləyib. onların fotolarını təqdim edir:

26 sentyabr
.

Əvəz Zeynallı vəfat etdi

Əvəz Zeynallı vəfat edib. Qaynarinfo xəbər verir ki, bu barədə vəkil Rəşad Vaqifoğlu məlumat yayıb. Qeyd edək ki, Əvəz Zeynallı uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkirdi

28 sentyabr
.

Azərbaycanda mal əti BAHALAŞDI - YENİ QİYMƏT

Azərbaycanda mal ətinin qiyməti yenidən bahalaşıb. "Qaynarinfo"ya istinadən xəbər verir ki, hazırda satış məntəqələrində sümüklü ət alıcılara 19 manatdan təklif edilir. Sümüksüz mal əti isə 21-22 manata satılır. Bu isə son bir ayda 1-2 manat artım deməkdir. Satıcılar qiymət artımına səbəb kim

26 sentyabr
.

Qanun icazə verir, cəmiyyət qınayır - Azərbaycanda MÜBAHİSƏLİ MÖVZU

Gənc yaşda evlilik Azərbaycan cəmiyyətində həyatın təbii mərhələsi kimi qəbul edilsə də, 50-60 yaşdan sonra qurulan ailə hələ də qeyri-adi hadisə kimi qarşılanır. "Bu yaşda evlilik olar, "İnsan bu yaşdan sonra həyatını dəyişərmi?" kimi qınaqlar eşidilir. Ancaq Dövlət Statistika Komitəsini

26 sentyabr
.

Pensiya yaşı ilə bağlı yeni QAYDA

Hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi həmin rütbə üzrə pensiya yaşı kimi müəyyən ediləcək. Bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuların statusu haqqında", "Polis haqqında"

27 sentyabr