Hərbçilərin sosial şəbəkələrə girişi QADAĞAN OLUNUR? - AÇIQLAMA

Hərbçilərin sosial şəbəkələrə girişi QADAĞAN OLUNUR? - AÇIQLAMAXəbər verdiyimiz kimi, İngiltərə Müdafiə Nazirliyinin tabeliyində olan saytlardan birinə haker hücumu olub. Hakerlərin hücumu necəsində bir çox əsgərlərin və keçmiş zabitlərin məlumatları ələ keçirilb. Eyni zamanda silahlı qüvvələrin hazırkı və keçmiş üzvlərinin adlarını, bank məlumatlarını əks etdirən əmək haqqı sisteminə icazəsiz giriş əldə edilib və məlumatlar açıqlanıb.

Təbii olaraq, burada söhbət hərbi məlumatların ortaya çıxması və sızdırlmasından gedir. Əlbəttə ki, bizdə bu problem daha fərqlidir. Sərhədyanı, hərb postların yerləşdiyi ərazilərə yaxın yaşayan sakinlərə və həebçilərə sosial şəbəkələrdə edilən paylaşımlar, aktiv istifadə olunması ilə bağlı ciddi xəbərdarlıq edilir. Amma buna baxmayaraq, hərbçilərin sosial platformalarda aktivliyinin şahidi oluruq. Bununla əlaqədar olaraq cəzalandırılanların sayı da az deyil. Paylaşımlar nəticəsində hərbi məlumatlar və hərbi məntəqənin koordinatları ortaya çıxa bilər. Bu baxımdan hərbçilərin sosial şəbəkəyə girişinə qadağa qoyula bilər?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası İctimai Birliyinin İdarə Heyətinin sədri Elvin Abbasov deyib ki, sosial şəbəkədəki digital izlərlə hər zaman şəxsi məlumatlar oğurlana bilmir. Koordinatlarında alınması həmişə mümkün deyil:

"Hərbi təyinatlı ərazilərdə, konflikt zonalarda şəkillər çəkilib birbaşa paylaşılırsa, bu zaman platformada koordinatlar alına bilər. Çünki müasir smartfonlarda hər hansı bir şəkil çəkdirəndə o şəklin çəkildiyi coğrafi məkandan məlumatları fayla əlavə edirlər. Bu hər bir halda belə olmur. Məsələn biz Whatsapp üzərindən şəkil göndərən zaman platforma həmin şəkli sıxır, oradakı teqləri yox edir. Hər paylaşılan şəkildən koordinat və məlumat almaq olmur. Sosial şəbəkələrdəki paylaşımlarımız bizim rəqəmsal izlərimizdir. Həmin izlərdən yola çıxaraq bir çox rəqəmsal izi bir araya gətirərək hərbçilər haqqında məlumatları əldə etmək mümkündür. Ümumiyyətlə texnologiya dövründə bir şəxsi internetdə tapmaq və aşkarlamaq, haqqında məlumat əldə etmək elədə çətin bir şey deyil. Bir şəxs əgər sosial şəbəkələrdə olmasa da, onun haqqında olan məlumatlar müəyyən dövlət portallarında, resurslarda mövcuddur. Şəxsin istər dövlət, istərsə də onun müayinə olunduğu klinikalar, fəaliyyətdə olduğu bizneslər olsun, bir çox fərqli portallarda onlar haqqında məlumatlar olur".

Ekspertin sözlərinə görə, bu məlumatlar onu deməyə əsas verir ki, bu gün həmin şəxslər sosial şəbəkə istifadə etməsə də, fərdin özünün günahı olmadan onun haqqında məlumatları ortaya çıxarmaq olar:

"Yeri gəlir dövlət qurumlarından məlumatlarda çıxarıla bilər. Bu məlumatların əldə olunması isə ölkəyə görə dəyişə bilir. Bəzən Amerika kimi ölkələrdə həmin məlumatları əlçatanlıq daha çox açıqdır. Azərbaycan kimi ölkələrdə isə şəxsi məlumatlar fərqli tənzimlənir. Ölkənin baxışı və data siyasətinə görə dəyişkənlik mövcuddur. Sosial şəbəkələrdə hərbçilər o qədər açıq paylaşımlar edə bilər ki, onun haqqındakı hər bir məlumatın aşkarlanması rahatlıqla baş verə bilər. Əlbəttə ki, bu baş verənlərin qarşısını almaq üçün məhdudiyyət qoymaq yaxud bir platforma yaratmaq mümkün deyil. Bu bir virus deyil ki, buna qarşı bir antivirus yaradaq. Burada ancaq şəxs özü maariflənməlidir. Bununla yanaşı həmin qəbul olan fərdlərin özünün məsuliyyəti olmalıdır. Məsuliyyət çərçivəsində öz rəqəmsal izlərini şüurlu olaraq buraxmalıdır".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 946   Tarix: 07 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Sabiq nazir qardaşı oğlunu vəzifədən azad etdi

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərova məxsus "İmprotex Group"a daxil şirkətlərdən biri - "İmprotex İndustries" MMC-nin rəhbəri dəyişib. Qaynarinfo Yurd.Media-ya istinadən xəbər verir ki, Ruslan Ələkbərov şirkətin qanuni təmsilçisi vəzifəsindən azad olunub

28 sentyabr
.

"Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik" mövzusunda panel sessiya keçirilib

25-26 sentyabr tarixlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında keçirilən 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik" mövzusunda panel sessiya təşkil olunub. Panel sessiyada Azərbaycan Respublikasını

26 sentyabr
.

Paytaxtın bu qəsəbələrində ev və torpaqlar bahalaşa bilər: Səbəb AÇIQLANDI

Bakıətrafı qəsəbələrdə dəmir yolu infrastrukturunun genişləndirilməsi nəqliyyat imkanları ilə yanaşı, daşınmaz əmlak bazarına da təsir göstərə bilər. 2025-2030-cu illəri əhatə edən Dövlət Proqramında nəzərdə tutulan layihələrin reallaşması həmin ərazilərdə torpaq və mənzillərə tələbatı artıra bilər

28 sentyabr
.

Azərbaycanda Anım Günü qeyd olunur

Bu gün Vətən müharibəsinin başlamasından altı il ötür. Bu münasibətlə Azərbaycanda Anım Günü qeyd olunur. Altı il əvvəl Azərbaycan Ordusu Ermənistanın işğalçı siyasətinə və cəbhəboyu hərbi təxribatlarına cavab olaraq sürətli əks-hücum əməliyyatına start verib. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandan

27 sentyabr
.

Heydər Əliyev xanımı ilə "Formula 1"də - FOTOLAR

Prezident İlham Əliyevin oğlu Heydər Əliyev xanımı Alyona Əliyava ilə Bakı şəhər halqasında "Formula 1" Azərbaycan Qran-Prisinin əsas yarışını izləyib. onların fotolarını təqdim edir:

26 sentyabr
.

Əvəz Zeynallı vəfat etdi

Əvəz Zeynallı vəfat edib. Qaynarinfo xəbər verir ki, bu barədə vəkil Rəşad Vaqifoğlu məlumat yayıb. Qeyd edək ki, Əvəz Zeynallı uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkirdi

28 sentyabr
.

Azərbaycanda mal əti BAHALAŞDI - YENİ QİYMƏT

Azərbaycanda mal ətinin qiyməti yenidən bahalaşıb. "Qaynarinfo"ya istinadən xəbər verir ki, hazırda satış məntəqələrində sümüklü ət alıcılara 19 manatdan təklif edilir. Sümüksüz mal əti isə 21-22 manata satılır. Bu isə son bir ayda 1-2 manat artım deməkdir. Satıcılar qiymət artımına səbəb kim

26 sentyabr
.

Qanun icazə verir, cəmiyyət qınayır - Azərbaycanda MÜBAHİSƏLİ MÖVZU

Gənc yaşda evlilik Azərbaycan cəmiyyətində həyatın təbii mərhələsi kimi qəbul edilsə də, 50-60 yaşdan sonra qurulan ailə hələ də qeyri-adi hadisə kimi qarşılanır. "Bu yaşda evlilik olar, "İnsan bu yaşdan sonra həyatını dəyişərmi?" kimi qınaqlar eşidilir. Ancaq Dövlət Statistika Komitəsini

26 sentyabr
.

Pensiya yaşı ilə bağlı yeni QAYDA

Hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi həmin rütbə üzrə pensiya yaşı kimi müəyyən ediləcək. Bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuların statusu haqqında", "Polis haqqında"

27 sentyabr