Bakı funikulyorunda gediş haqqı artırılıb? - RƏSMİ CAVAB
Sosial şəbəkələrdə Bakı funikulyorunun sərnişinlərindən adambaşına 2 manat gediş haqqı alındığına dair məlumat yayılıb.
Bu isə təbii olaraq vətəndaşların narazılığına səbəb olub. İnsanlar hesab edirlər ki, Bakının bu gözəl nəqliyyat növü əlçatmaz olmamalıdır.
Caliber.Az yayılan xəbəri şərh etmək üçün Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətinə sorğu ünvanlayıb. Qurum xəbərlərin əsassız olduğunu açıqlayıb:
"Əvvəl olduğu kimi, funikulyorla gediş adambaşına 1 manatdır".
Qeyd edək ki, Bakı funikulyoru SSRİ dövlət mükafatı laureatı, Əməkdar mühəndis Əliş Ləmbəranskinin (1914-1999) təşəbbüsü ilə tikilərək 1960-cı il mayın 5-də istifadəyə verilib. Sovet dövründə Bakı funikulyorunun vaqonları xüsusi sifarişlə Xarkov şəhərində hazırlanaraq paytaxtımıza gətirilib. Funikulyorun dəmir yolu relslərinin uzunluğu 455 metr, vaqonların maksimal sürəti isə saniyədə 2,5 metr, onların hərəkəti arasındakı interval 10 dəqiqədir.
Həmçinin qeyd edək ki, Bəhram Gurun abidəsi ilə Şəhidlər xiyabanı arasında funikulyorla səyahət vaxtı dörd dəqiqədir. Funikulyorun daşıma qabiliyyəti sutkada 2 000 nəfər təşkil edir.
Dövlət başçısı İlham Əliyevin tapşırığına əsasən, 2012-ci ildə Bakı funikulyorunda təmir və yenidənqurma işləri aparılıb, yeni vaqonlar alınıb. Yenilənmiş funikulyorun açılışı 23 may 2012-ci ildə baş tutub. Vaqonların tutumu 28 nəfər təşkil edir. Funikulyorun iş saatları 10:00-dan 22:00-a qədər olur. Bazar ertəsi funikulyor fəaliyyət göstərmir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 778 Tarix: 07 may 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sabiq nazir qardaşı oğlunu vəzifədən azad etdi
Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərova məxsus "İmprotex Group"a daxil şirkətlərdən biri - "İmprotex İndustries" MMC-nin rəhbəri dəyişib. Qaynarinfo Yurd.Media-ya istinadən xəbər verir ki, Ruslan Ələkbərov şirkətin qanuni təmsilçisi vəzifəsindən azad olunub
28 sentyabrPaytaxtın bu qəsəbələrində ev və torpaqlar bahalaşa bilər: Səbəb AÇIQLANDI
Bakıətrafı qəsəbələrdə dəmir yolu infrastrukturunun genişləndirilməsi nəqliyyat imkanları ilə yanaşı, daşınmaz əmlak bazarına da təsir göstərə bilər. 2025-2030-cu illəri əhatə edən Dövlət Proqramında nəzərdə tutulan layihələrin reallaşması həmin ərazilərdə torpaq və mənzillərə tələbatı artıra bilər
28 sentyabrAzərbaycanda Anım Günü qeyd olunur
Bu gün Vətən müharibəsinin başlamasından altı il ötür. Bu münasibətlə Azərbaycanda Anım Günü qeyd olunur. Altı il əvvəl Azərbaycan Ordusu Ermənistanın işğalçı siyasətinə və cəbhəboyu hərbi təxribatlarına cavab olaraq sürətli əks-hücum əməliyyatına start verib. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandan
27 sentyabrHeydər Əliyev xanımı ilə "Formula 1"də - FOTOLAR
Prezident İlham Əliyevin oğlu Heydər Əliyev xanımı Alyona Əliyava ilə Bakı şəhər halqasında "Formula 1" Azərbaycan Qran-Prisinin əsas yarışını izləyib. onların fotolarını təqdim edir:
26 sentyabrƏvəz Zeynallı vəfat etdi
Əvəz Zeynallı vəfat edib. Qaynarinfo xəbər verir ki, bu barədə vəkil Rəşad Vaqifoğlu məlumat yayıb. Qeyd edək ki, Əvəz Zeynallı uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkirdi
28 sentyabrAzərbaycanda mal əti BAHALAŞDI - YENİ QİYMƏT
Azərbaycanda mal ətinin qiyməti yenidən bahalaşıb. "Qaynarinfo"ya istinadən xəbər verir ki, hazırda satış məntəqələrində sümüklü ət alıcılara 19 manatdan təklif edilir. Sümüksüz mal əti isə 21-22 manata satılır. Bu isə son bir ayda 1-2 manat artım deməkdir. Satıcılar qiymət artımına səbəb kim
26 sentyabrQanun icazə verir, cəmiyyət qınayır - Azərbaycanda MÜBAHİSƏLİ MÖVZU
Gənc yaşda evlilik Azərbaycan cəmiyyətində həyatın təbii mərhələsi kimi qəbul edilsə də, 50-60 yaşdan sonra qurulan ailə hələ də qeyri-adi hadisə kimi qarşılanır. "Bu yaşda evlilik olar, "İnsan bu yaşdan sonra həyatını dəyişərmi?" kimi qınaqlar eşidilir. Ancaq Dövlət Statistika Komitəsini
26 sentyabrPensiya yaşı ilə bağlı yeni QAYDA
Hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi həmin rütbə üzrə pensiya yaşı kimi müəyyən ediləcək. Bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuların statusu haqqında", "Polis haqqında"
27 sentyabr