Küçədə satılan qidalara "çin duzu" qatılır?
Havaların istiləşməsi ilə paytaxtın əksər yerlərində, yol kənarında küçə ticarəti ilə məşğul olanların sayı gündən-günə daha da artır. Üstü açıq şəkildə satılan bu qidalar qıraqdan göz oxşasa da, onları istehlak etmək bir qədər təhlükəli sayılır.
Maraqlıdır, görəsən, yol kənarından, küçə ticarəti obyektlərindən satılan ərzaq məhsulları həqiqətən zərərlidirmi?
Məsələ ilə bağlı sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova Lent.az-a açıqlamasında bildirib ki, bu gün bir çox qida məhsullarının küçədə və açıq havada satılması zamanı qida təhlükəsizliyi qaydalarına əməl olunmur.
Onun sözlərinə görə, təbii ki, bu qidalar fiziki çirklənməyə məruz qalır:
"Həmçinin havaların istiləşməsi ilə küçədə satılan qidalar temperatur dəyişikliyinə məruz qalır. Nəticədə məhsulun tərkibində müəyyən dəyişikliklər baş verir və bu da insan orqanizmi üçün çox zərərlidir. Mənşəyi bəlli olmayan heyvan ətlərindən hazırlanan dönər, qutablar və digər qidalar açıq şəkildə uzun müddət isti hava şəraitində çöldə qalır. Bu qidaların düzgün şəkildə saxlanılmaması insan orqanizmində zəhərlənməyə səbəb olur. Mütləq şəkildə qidaları mənşəyi bəlli olan və sanitar-gigiyena qaydalarına düzgün şəkildə əməl edən yerlərdən almaq lazımdır. Belə qidaları qəbul edən insanlarda əsasən qarında şişlik, köp və ağrı yaranır. Əgər immun sistemi güclüdürsə, yenə də maddələr mübadiləsinin sürəti aşağı düşür, bağırsaqların mikroflorası pozulur. Keyfiyyətsiz, mənşəyi bəlli olmayan qidaları qəbul etdikdə həmçinin qusma, ishal və qəbizlik müşahidə olunur".
Məhsəti Hüseynova fikirlərinə davam edərək həmçinin qeyd edib ki, bu qidalara daha çox 20-25 yaşına qədər insanlar üstünlük verirlər:
"Bu cür qidalar onlara daha çox zərər verir. Eyni zamanda küçədə satılan qidalara el arasında "çin duzu" kimi tanınan sintetik mənşəli mononatrium qlutamat maddə əlavə edilir. Bu maddə insanda asılılıq yaradır və ağızdakı ənənəvi dad reseptorunu pozur. Bu kimi qidalar xüsusilə məktəb, universitet yaxınlığında, yol kənarlarında satılır. Bu da qidaların fiziki çirklənməyə məruz qaldığını sübut edir".
Sonxeber.az
Telegramda izləyin
Baxılıb: 748 Tarix: 08 may 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qızı şikayət etdi, anası cəzalandırıldı - Ailə münaqişəsinə səbəb nə olub?
Sumqayıt şəhərində azyaşlı övladının üzünü cıran ana cəzalandırılıb. Qaynarinfo-nun məlumatına görə, 1994-cü ildə Abşeron rayonunun Novxanı kəndində anadan olmuş C.V. barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş protokola məhkəmədə baxılıb. V.V. övladının şikayəti əsasınd
18 iyunZakir Həsənov yeni generallara rütbələrini təqdim etdi
Müdafiə naziri general-polkovnik Zakir Həsənov iyunun 26-da Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən ali hərbi rütbələr verilən hərbi qulluqçularla görüşüb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, tədbirdə Müdafiə Nazirliyinin hərbi qulluqçularına "general-mayor"
26 iyunTovuzda gənc oğlan çayda batdı
Tovuz rayonunda gənc oğlan çayda çimərkən batıb. -ın məlumatına görə, hadisə rayonun Dondar Quşçu kəndi ərazisində qeydə alınıb. Ağdam rayon sakini - 2004-cü il təvəllüdlü İlham Şirinov Tovuz çayında çimərkən boğulub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və polis əməkdaşları cəl
16 iyunTürkiyədə sursat anbarında PARTLAYIŞ: Ölənlər var
Türkiyənin Kırıkkale bölgəsində özəl bir şirkətə məxsus sursat anbarı və utilizasiya müəssisəsində baş verən partlayış nəticəsində iki nəfər həlak olub. xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb. Kırıkkale valiliyindən verilən məlumata görə, hadisədən dərhal sonra müvafiq qurumla
23 iyun26 yaşlı Yevlax sakininin meyiti kanalda tapıldı
Bərdə rayonunda kanaldan meyit tapılıb. -ın əldə etdiyi məlumata görə, hadisə rayonun Qarağacı kəndinin ərazisindən keçən Yuxarı Qarabağ su kanalında aşkar edilib. Yevlax rayon sakini 200-ci il təvəllüdlü Mahir Nadirovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti kanalda tapılıb. Faktla bağlı araşdırm
23 iyunAzərbaycanda bəzi dövlət qurumlarının qarşısında yeni tələblər qoyulur
Azərbaycanda bəzi dövlət qurumlarının qarşısında yeni tələblər qoyulur. Sözügedən məsələ Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə çıxarılan "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksin
24 iyunHava KƏSKİN DƏYİŞİR: Bu tarixdən LEYSAN BAŞLAYIR - XƏBƏRDARLIQ
Sentyabrın 5-i günün ikinci yarısında dağlıq ərazilərdə, 6-sı gündüz isə şimal və qərb rayonlarından başlayaraq 8-i səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətli leysan xarakterli intensi
5 sentyabrTürkiyədə mədəndə uçqun: Ölən var
Türkiyənin Bolu bölgəsində mədəndə baş verən uçqun nəticəsində bir nəfər ölüb. xəbər verir ki, bu barədə "İhlas" agentliyi məlumat yayıb. Hadisə Mengen rayonu ərazində baş verib. Hələlik hadisənin səbəbi məlum deyil. Ərazidə axtarış-xilasetmə əməliyyatları aparılır
17 iyun