1 gündə 40 zəhərlənmə: Azərbaycanda dönərxanalar BAĞLANIR? - AÇIQLAMA

1 gündə 40 zəhərlənmə: Azərbaycanda dönərxanalar BAĞLANIR? - AÇIQLAMAXəbər verdiyimiz kimi, ötən gün günün ikinci yarısından başlayaraq gecə saatlarına kimi Zaqatala Rayon Mərkəzi Xəstəxanasına müxtəlif yaş qruplarına aid 40 nəfərə yaxın insan toyuq dönərindən zəhərlənməsi faktı əsasında müraciət edib. Zaqatalada əksər dönərxanaların fəaliyyəti dayandırılıb. Buna səbəb ötən gün 40 nəfərə yaxın sakinin toyuq dönərindən zəhərlənməsi göstərilir. Bəs Azərbaycanda kütləvi zəhərlənmə hadisəsindən sonra açıq şəraitdə hazırlanan dönərxanalar bağlana bilər?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov deyib ki, Azərbaycanda qida zəhərlənmələri illər boyu gizlədilir. Bu hələ AQTA yaranmamışdan əvvəl başlayıb və bu qurumun zamanında da davam edir:

"AQTA-nın saytına baxsaq, görərik ki, qida zəhərlənmələrinə görə Azərbaycan dünyanın ən xoşbəxt xalqıdır və az zəhərlənmə var. Bütün bunlara baxmayaraq, orta insan ömrü uzunluğunda Azərbaycan 190 ölkə arasında 119-cu yerdədir. Yəni Azərbaycan 119 ölkədən geri qalır. Afrikanın, Asiyanın bir sıra geridə qalmış ölkələrindən, o cümlədən Banqladeş və Filippindən, Şri-Lankadan uzunömürlülüyə görə Azərbaycan onlardan geri qalır. Bu o deməkdir ki, bizim qidalarımız heç də təhlükəsiz deyil. AQTA yarananda biz sevinirdik və düşünürdük ki, bu məsələlər həll olunacaq. Amma biz yenə də apteklərdə növbəyə duran istehlakçılara çevrilmişik. Dönərxanalarda problemlər yaşanır. Mən iki il AQTA-da İctimai Şuranın üzvü oldum. Daim məsələ qaldırdım ki, dönərxanalarda vəziyyəti düzəltmək lazımdır. Bəzən mənim ictimai çıxışlarım AQTA-nın ironiyasına səbəb olur. Yüksək tribunalarda səsləndirilir ki, bəzi ekspertlər deyir ki, dönərin xarici tərəfi qovrulur və içəri tərəfinə heyvan ətində olan baytarlıq dərmanının qalıqlarını və xəstəlikləri yarada bilən amilləri sinidə qatıb insanlara verirlər. Bunlar ironiya ilə böyük məclislərdə təqdim olunur".

Eyyub Hüseynovun sözlərinə görə, dönərxanalarda problemlər var və xüsusilə quş əti ilə hazırlanan dönərlərdə bu hal daha çox var. Buradakı məsələ tək ət ilə deyil. Məsələ həm də buraya qatılan mayonez və digər inqredientlərdir:

"Mayonezlər açıldıqdan sonra saxlanma müddəti 8 saatdan artıq deyil. Mayonezlər oraya açıq şəkildə gətirilir və necə hazırlandığı bilinmir. Eyni zamanda bu mayonezlər isti şəraitdə saxlanılmamalıdır. Eləcə də bu gündən sabaha qalan dönərlərin problemi yaşanır. Yəni dönərlər elə bir məhsuldur ki, onu bu gündən axşama kimi qurtarmasan, hansı şəraitdə saxlayırsan saxla mütləq çirklənəcəkdir. Elə bir nəzarət sistemi qurulmalıdır ki, bu gündən sabaha saxlanılan dönərlər ya saxlanmasın, ya da istifadə olunmasın. AQTA-nın mühüm çatışmayan işlərindən biri odur ki, mallar üçün elə bir sənəd yoxdur ki, biz istehlakçılar deyək ki, o sənəd olanda arxayın olaq. Yəni qida mallarında sertifikat anlayışı yoxdur. Sadəcə olaraq istehsalçı müəssisələrdə AQTA-ya kiçik məbləği keçirir, reyestrə daxil edir və guya orada nəzarət işi aparır".

Ekspert bildirib ki, ciddi çatışmayan məsələlərdən biri, qanunlarda olan boşluqdur. AQTA-nın səlahiyyəti yoxdur ki, istənilən yerə cəld müdaxilə edə bilsin:

"Mütləq AQTA-nın əsasnaməsində dəyişiklik və cəld reaksiya mexanizmi olmalıdır. Bürokratik yoxlama mexanizmi mövcuddur. Üç gün öncə deyilsin, sonra Ədliyyə Nazirliyinə xəbər verilsin və s. Belə olan halda zəhərlənmələr əlbəttə çox olacaqdır. Bu davam edəcəkdir. Biz uzunömürlülər siyahısında daha da aşağı düşəcəyik. Zaqatalada baş verən hadisədə mənbə xammaldan gəlir. Hardansa bu dönərxalar eyni yerdən mal götürür və bu böyük ehtimalla quş ətidir, orada ciddi çirklənmə baş veribdir. Ona görə AQTA ciddi araşdırma aparmalıdır. Qida zəhərlənmələrinin statistikası düzgün aparılmır. Bu işlərə son qoyulmalıdır. Mükəmməl istehlakçı siyasəti olmalıdır".

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 916   Tarix: 08 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Pensiyalar 10 FAİZ ARTDI : Bəs pensiyaçılara nə qədər pul qalır?

Pensiyaların artması hər il cəmiyyətin ən çox müzakirə etdiyi sosial-iqtisadi məsələlərdən biridir. Çünki burada söhbət yalnız dövlətin sosial xərclərinin artmasından və ya orta pensiyanın nominal məbləğinin yüksəlməsindən getmir. Əsas məsələ pensiyaçının əlində qalan vəsaitin gündəlik həyatında rea

26 sentyabr
.

Qanun icazə verir, cəmiyyət qınayır - Azərbaycanda MÜBAHİSƏLİ MÖVZU

Gənc yaşda evlilik Azərbaycan cəmiyyətində həyatın təbii mərhələsi kimi qəbul edilsə də, 50-60 yaşdan sonra qurulan ailə hələ də qeyri-adi hadisə kimi qarşılanır. "Bu yaşda evlilik olar, "İnsan bu yaşdan sonra həyatını dəyişərmi?" kimi qınaqlar eşidilir. Ancaq Dövlət Statistika Komitəsini

26 sentyabr
.

Latviyada 27 sentyabr - Anım Gününün altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib

25 sentyabr 2026-cı il tarixində Azərbaycanın Latviyadakı Səfirliyində 27 sentyabr - Anım Gününün altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirin əvvəlində dövlət himni səsləndirilib və ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəs

26 sentyabr
.

Mərkəzi Bankın qərarı: Kredit faizləri aşağı düşəcək - Əhaliyə ŞAD XƏBƏR

Mərkəzi Bankın faiz dəhlizində etdiyi son dəyişiklik kredit bazarında faizlərin gələcək dinamikası ilə bağlı sualları yenidən gündəmə gətirib. Belə ki, Mərkəzi Bankın İdarə Heyəti sentyabrın 23-də uçot dərəcəsini 6,5 faiz səviyyəsində saxlayıb, faiz dəhlizinin aşağı həddini isə 0,5 faiz bəndi azaldara

28 sentyabr
.

Gələn ildən maaşlardan tutulmalar ARTACAQ - AÇIQLAMA

Gələn il yanvarın 1-dən etibarən muzdlu işdən əldə edilən gəlirlər üzrə gəlir vergisinin dərəcələri dəyişdiriləcək. Yeni qaydalara əsasən, çalışanların əməkhaqqından tutulacaq gəlir vergisi pilləli sistem üzrə hesablanacaq. Belə ki, aylıq gəlirin 2500 manatadək olan hissəsinə 5 faiz dərəcə tətbiq ediləcək

27 sentyabr
.

Qazi aşpaz vəfat etdi - Foto

Vətən müharibəsi qazisi, gənc aşpaz İlkin Baxışov vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanov məlumat verib. O bildirib ki, İ.Baxışov Qazaxıstanda fəaliyyət göstərirmiş və 2 ay əvvəl Vətənə qayıdıb. Qazinin ölü

28 sentyabr
.

İlham Əliyevdən Azərbaycanın iqtisadi gələcəyi ilə bağlı mühüm mesajlar: İnvestisiya, enerji, logistika və rəqəmsal inkişaf yeni mərhələdə

Prezident II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində ölkənin iqtisadi inkişaf strategiyasının əsas istiqamətlərini açıqlayıb: 350 milyard dollardan çox investisiya, 2030-cu ilədək 25 milyon ton tranzit yükü, bərpaolunan enerji, süni intellekt və qeyri-neft ixracının genişləndirilməsi əsa

28 sentyabr
.

Azərbaycanda Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi - VİDEO

Bu gün Azərbaycan ərazisində Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. bildirir ki, Bakı vaxtı ilə saat 12:00-da ölkə ərazisində nəqliyyatın və piyadaların hərəkəti dayandırılıb

27 sentyabr
.

Sabah Bakıya yağış, yüksək dağlıq ərazilərə qar yağacaq

Bakıda və Abşeron yarımadasında sentyabrın 29-da bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-şərq küləy

28 sentyabr