Özünü ölü göstərən Rafət belə deşifrə olunubmuş

Özünü ölü göstərən Rafət belə deşifrə olunubmuşSabirabadın Bulduq kəndi ərazisində maşında yanmış sümüklərinin tapıldığı deyilən, amma 6 ay sonra Bakıda sağ-salamat tutulan iş adamı Rafət Qəniyevin necə ələ keçməsi məlum olub.

"Qafqazinfo" xəbər verir ki, hamı tərəfindən öldüyü düşünülən şəxs kiçik oğlu üçün darıxdığından gizli şəkildə ona zəng edərək səsini dinləyirmiş.

İş adamı ifadəsində bildirib ki, Bakıda gizlincə kirayədə qalarkən başqa mobil nömrə alıb və ailəsi üçün darıxdığına görə kiçik oğluna bir neçə dəfə zəng edib. O, səsini çıxarmadan oğlunun telefonda dediyi sözləri dinləyib. Daha sonra Rafət Qəniyevin həyat yoldaşı bu vəziyyətdən şübhələnib.

Əslən Salyan rayonunun Sarvan kəndindən olan R.Qəniyev ifadəsində deyib: "2007-ci ildən MTK-da işləmişəm. Əvvəl fəhlə, sonra komendant, daha sonra isə MTK-nın sədri vəzifəsində çalışdım. Sədr vəzifəsində işlədiyim vaxt Rövşən adlı "makler"ə 5-ci mərtəbədə 87 kv.m sahəsi olan ev satdım. Sonra həmin evi dəyişib Rövşənə 12-ci mərtəbədən Elçin adlı şəxsə məxsus mənzili 60 000 manata müqavilə əsasında satdım. Həmin evi satandan sonra Rövşən mənə nə isə fırıldaq işlə məşğul olduğumu dedi, məni şantaj etməyə başladı. Nə yolla olursa-olsun ona həmin binadan ev verməyimi tələb edirdi.

Rövşən binanın "makler"i idi, təmirsiz evləri alıb təmir edərək baha qiymətə satırdı. Ona 190 000 manat pul vermişəm. Lakin borcum həddindən artıq böyüdüyü üçün ödəyə bilməyəcəyimi anlayıb özümü ölmüş kimi göstərmək qərarına gəldim. Sabirabad rayonuna gedərək yol kənarından heyvan sümüklərini yığıb maşının içinə qoyaraq yandırdım. Bir müddət ailəm də daxil olmaqla hər kəs məni ölmüş kimi qəbul etdi. Özümə yeni nömrə aldım, balaca oğluma arada zəng edib səsinə qulaq asırdım, lakin danışmırdım. Həyat yoldaşım həmin nömrəni araşdırması üçün polisə verib. Araşdırma zamanı nömrənin mənim adıma qeydiyyatlı çıxması şübhəli vəziyyət yaradıb və buna görə də barəmdə ölüm haqqında şəhadətnamə verməyiblər. Beləliklə də yalanım ortaya çıxıb".
Özünü ölü göstərən Rafət belə deşifrə olunubmuşŞahid kimi ifadə vermiş Rafət Qəniyevin həyat yoldaşı isə onun "ölüm"ündən bir neçə ay sonra gecə saatlarında gizli şəkildə evə gəldiyini deyib: "Rafət işi barədə evdə çox danışmırdı. 24 noyabr 2021-ci il tarixdə Rafət Türkiyədə təhsil alan oğlumuzun hərbi xidmətə çağırılması ilə bağlı sənədlərini evdən götürüb Sabirabada getmişdi. Oradan qayıdanda hadisə baş verib, səhər tezdən saat 8-ə işləmiş mənə zəng edib Rafətin maşınının yandığını, lakin özünün içində olmadığını dedilər. Rafətin borcları barədə məlumatım yox idi. Rafət evdən çıxanda Sabirabada sənəd apardığını, sənədləri orada Anar adlı dostuna verəcəyini demişdi. Gecə gəlmədiyi üçün ona axırıncı dəfə zəng etdim. Maşının işıqlarında problem olduğu üçün gələ bilmədiyini dedi. Mən də Rafətə evakuator çağırıb onunla gəlməyini təklif etdim. Rafət isə mənə hirslənib gecə vaxtı evakuatoru tapa bilməyəcəyini, gözləyib səhər gələcəyini söylədi. Səhər isə hadisə barədə xəbər gəldi.

Xəbəri aldıqdan sonra Rafətin telefonlarına zəng etdim, bir nömrəsinə zəng çatmasa da, digər nömrəsinə zəng çatdı, lakin Rafət cavab vermədi. Bu xəbərdən sonra Salyan rayonuna getdim. Bakıdan Salyana gedənə kimi Rafətin öldüyünü mənə deməmişdilər. Yeznəm onun xəstəxanada vəziyyətinin ağır olduğunu demişdi. Salyan rayonuna çatıb evin qabağında yas mərasimini görəndə öldüyünü anladım. Həyətin qapısından içəri girəndə yas çadırı qurulduğunu görüb nə baş verdiyini soruşdum, həmin vaxt Rafətin öldüyünü dedilər. Onun ölməsi mənə inandırıcı gəlmədi, uşaqlarımızdan biri epilepsiya xəstəsi olduğundan, bu xəbərdən təsirlənməməsi üçün özümü sakit aparmağa çalışdım. Həmin gün dəfn mərasimi keçirildi, mənə qəbir yerini göstərdilər. Yas mərasimini keçirib qırxını verdikdən sonra Bakıya qayıtdıq. Yaşadığımız evdən çıxıb Biləcəriyə köçdüm. Həmin müddətdə Rafət bizi uzaqdan izləyirmiş, lakin yaxın gəlmirmiş. Aprelin 21-i yoldaşımın sağ olduğunu öyrəndik. Belə ki, gecə saat 21 radələrində qapı döyüldü, açanda Rafəti görüb şok keçirdim. Niyə bu qədər travma yaşatdığını soruşdum. O, məcbur qalıb bu yola əl atdığını, özünü ölmüş kimi göstərdiyi müddətdə kirayə ev tutub orada qaldığını bildirdi".

Qeyd edək ki, sağ olduğu bilinəndən sonra Rafət Qəniyev barəsində cinayət işi açılıb. Onun işlədiyi "Kaspian İnşaat MB" MTK-ya məxsus mənzilləri dələduzluq yolu ilə müxtəlif şəxslərə satması müəyyən edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsi bu ilin 24 aprelində R.Qəniyevə hökm oxuyub. O, Cinayət Məcəlləsinin 178.3.2 və 308.2-ci (Külli miqdarda dələduzluq və vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirli bilinərək 8 il həbs cəzası verilib.
Özünü ölü göstərən Rafət belə deşifrə olunubmuş


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 1732   Tarix: 08 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bu hal cinayət hesab ediləcək

Dövlətə məxsus olan hüquqi şəxslərin vəsaitindən təyinatı üzrə istifadə etməmə cinayət hesab olunacaq. xəbər verir ki, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan Cinayət Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Qanun layihəsinə əsasən, dövlət büdcəsinin

21 aprel
.

Həmin şagird həbs edildi

Bakıda sinif yoldaşına yanıq xəsarəti yetirməkdə ittiham olunan məktəbli cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo" xəbər verir ki, o bu gün məhkəmə qarşısına çıxarılıb. Yasamal Rayon Məhkəməsinin qərarı ilə barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, 286 nömrəl

22 aprel
.

Azərbaycanda qadın tiktoker insan alverinə görə HƏBS OLUNDU

Sosial şəbəkələrdə "Enoor" adı ilə tanınan Elnar Quliyeva cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo"ya istinadla xəbər verir ki, o, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə saxlanılıb. Elnar Quliyevaya qarşı Cinayə

11 aprel
.

Bakıda ər-arvad qətlə yetirildi

Bakıda qətl hadisəsi baş verib. -a istinadən xəbər verir ki, hadisə mayın 25-i səhər saatlarında paytaxtın Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən mənzillərin birində qeydə alınıb. Qarət məqsədilə evə daxil olan naməlum şəxs ev sahibləri - 1946-cı il təvəllüdlü Sabir Əliyev və həyat yoldaşına bıçaql

25 may
.

Oğul anasını traktorla vuraraq öldürdü

Ucarda oğul anasını traktorla vuraraq öldürüb. -a istinadən xəbər verir ki, hadisə rayonun Alpı kənd ərazisində baş verib. 1989-cu il təvəllüdlü Ucar sakini Gündüz Yaqub oğlu Faxrətov "Belarus" markalı traktoru arxaya verərkən 1959-cu il təvəllüdlü anası Adilə Əkbər qızı Abbasovanı vurub. Ağı

19 may
.

60 gün əvvəl itkin düşən şəxsin meyiti tapıldı

Salyan rayonunda bu il yanvarın 31-dən itkin düşən şəxsin meyiti aşkar edilib. "Qafqazinfo"nun məlumatına görə, meyit Salyan-Neftçala yolu yaxınlığında, rayonun Kürqaraqaşlı kəndi ərazisində yerləşən kollektordan tapılıb. İlkin araşdırma nəticəsində meyitin Salyan şəhər sakini, 85 yaşlı Rafae

1 aprel
.

Anasını öldürməkdə təqsirləndirilən şəxsin cinayət işinin BƏZİ DETALLARI

67 yaşlı anasını yad kişilərlə yüngül həyat keçirməsini bəhanə edərək qətlə yetirən Emil Ağayevin cinayət işinin bəzi detalları məlum olub. "Unikal"a istinadla xəbər verir ki, hadisə 2026-cı il yanvarın 24-də Sabunçu rayonu, Ramana qəsəbəsi, "Gülçülük sovxozu" ərazisində baş verib

12 may
.

Həmin 15 yaşlı məktəbli saxlanıldı

Aprelin 18-i sosial şəbəkələrdə 87 nömrəli tam orta ümumtəhsil məktəbi ilə bağlı təhlükəsizlik təhdidi və müəllimlərə qarşı təhqiredici məzmunlu paylaşımlar yayılıb. DİN-in Mətbuat xidmətindən "Qafqazinfo"ya bildirilib ki, məsələ dərhal nəzarətə götürülərək yayılan iddialar tam və hərtərəfl

21 aprel
.

Tut ağacından yıxılıb öldü

Gəncə sakini ağacdan yıxılaraq ölüb. "Qafqazinfo" xəbər verir ki, hadisə şəhərin Gülüstan qəsəbəsi AKTA 6 ünvanında baş verib. Belə ki, 62 yaşlı Bəhram Aslanov tut ağacından yıxılıb və hadisə yerində vəfat edib. Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma başlanılıb

13 iyun