"Qəbələ"nin yeniyetmə futbolçuları Gəncədə döyüldülər: Saxlanılanlar var - YENİLƏNİB + FOTO/VİDEO

"Qəbələ"nin yeniyetmə futbolçuları Gəncədə döyüldülər: Saxlanılanlar var - YENİLƏNİB + FOTO/VİDEOFutbol üzrə Azərbaycan U-16 Liqasının hesabat turunda keçirilən "Kəpəz" - "Qəbələ" matçında baş verən hadisə ilə bağlı üç nəfər saxlanılıb.

Bununla bağlı Oxu.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov məlumat verib.

Onun sözlərinə görə, mayın 8-də futbol üzrə Azərbaycan U-16 Liqasının hesabat turunda keçirilən "Kəpəz" - "Qəbələ" matçında baş vermiş insidentlə bağlı Gəncə Şəhər Baş Polis İdarəsində müvafiq araşdırmalar başlanıb:

"Əməli törətməkdə şübhəli bilinənlər - şəhər sakinləri B.Əhmədov, S.Qasımov və R.Əhmədov saxlanılıblar. Şübhəli şəxslər barəsində araşdırmalar davam etdirilir. Araşdırmaların nəticəsindən asılı olaraq onların əməllərinə hüquqi qiymət veriləcək".

10:22

Futbol üzrə Azərbaycan U-16 Liqasının hesabat turunda keçirilən "Kəpəz" - "Qəbələ" matçında baş verən hadisə Gəncə Şəhər Baş Polis İdarəsində araşdırılır.

Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov məlumat verib.

"Qəbələ"nin yeniyetmə futbolçuları Gəncədə döyüldülər: Saxlanılanlar var - YENİLƏNİB + FOTO/VİDEO"Gəncə şəhərində yetkinlik yaşına çatmayan şəxslər arasında keçirilən futbol oyunu zamanı baş vermiş hadisə ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır. Tezliklə məsələ öz hüquqi qiymətini alacaq və bu barədə əlavə məlumat veriləcək", - deyə DİN rəsmisi söyləyib.

Xatırladaq ki, Azərbaycan U-16 Liqasının hesabat turunda keçirilən "Kəpəz" - "Qəbələ" matçının final fitindən sonra qonaq komandanın futbolçuları azarkeşlər tərəfindən döyülüblər. Oyun başa çatdıqdan sonra hər iki komandanın futbolçuları arasında gərginlik yaşanıb. Bu zaman meydana daxil olan üç azarkeş futbolçulara və məşqçilərə hücum edib. İnsident zamanı "Qəbələ"nin iki futbolçusu xəsarət alıb.

Qeyd edək ki, qarşılaşma Gəncə təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

08:01
Bu gün futbol üzrə Azərbaycan U-16 Liqasının hesabat turunda keçirilən "Kəpəz" - "Qəbələ" matçında xoşagəlməz hadisə baş verib.

"Qafqazinfo"nun məlumatına görə, Gəncədə keçirilən qarşılaşmanın final fitindən sonra qonaq komandanın futbolçuları azarkeşlər tərəfindən döyülüblər.

İnsidentə səbəb isə matç zamanı "Qəbələ" futbolçularının təhqirə məruz qalması olub. Oyun başa çatdıqdan sonra hər iki komandanın futbolçuları arasında gərginlik yaşanıb. Bu zaman meydana daxil olan üç azarkeş futbolçulara və məşqçilərə hücum edib. İnsident zamanı "Qəbələ"nin futbolçularından Ş.R və Ə.G ciddi xəsarət alıblar.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib ki, hadisə ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, qarşılaşma Gəncə təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1464   Tarix: 09 may 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ərdoğan: İbrahim Rəisi və nümayəndə heyətinin helikopter qəzası xəbəri bizi kədərləndirdi

İran Prezidenti, qardaşım İbrahim Rəisi və onun rəhbərlik etdiyi nümayəndə heyətinin helikopter qəzası keçirməsi bizi çox kədərləndirdi. "Report" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "X"dəki hesabında yazıb. "Türkiyə Cümhuriyyəti olaraq hadisəni yaxından

19 may
.

Mərkəzi Bankda yeni TƏYİNAT

Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub. xəbər verir ki, Məhəmməd Məhərrəmli Mərkəzi Bankın Risklərin İdarə Edilməsi Departamentinin direktoru təyin olunub. Qeyd edək ki, Məhəmməd Məhərrəmli 2008-2012-ci illərdə bakalavr təhsilini maliyyə ixtisası üzrə Azərbaycan Dövlət İqtisad Universitetini

20 may
.

İran vitse-prezidenti hadisə yerinə yollandı

İranın vitse-prezidenti Möhsün Mənsuri Prezident İbrahim Rəisinin helikopterinin qəzaya uğradığı əraziyə yollanıb. xəbər verir ki, bu barədə İran hökumətinin sözçüsü Əli Bahadori Cəhromi məlumat verib. "İcra işləri üzrə vitse-prezident hökumətin bəzi üzvləri ilə birlikdə Təbrizə yollanıb"

19 may
.

Bakının bu ərazilərində qaz olmayacaq

Bu gün Bakının iki qəsəbəsinin qaz təchizatında müvəqqəti yaranacaq. Bu barədə -a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib. Bildirilib ki, "Digah" Qazpaylayıcı Stansiyasından (QPS) qidalanan "Mayak" və "Pir" ort

20 may
.

İran səfiri: Missiyamın son günündə ən böyük sərhəd layihəsinin istifadəyə verilməsi ilə fəxr edirəm

Fəxr edirəm ki, missiyamın son günündə ölkənin ən böyük sərhəd layihəsi istifadəyə verilib. "Report" xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Abbas Musəvi sosial şəbəkədə yazıb. "Fəxr edirəm ki, missiyamın son günü ölkənin ən böyük sərhəd layihəsi və su diplomatiyasında uğurl

19 may
.

Sabah 25 dərəcə isti olacaq

Mayın 21-də Azərbaycanda müşahidə ediləcək hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəz

20 may
.

Bakıda itkin düşən qadın və kişi tapılıblar

Daxil olmuş müraciətlər əsasında polis əməkdaşlarının keçirdikləri tədbirlərlə mayın 15-də Qaradağ rayonu ərazisində itkin düşmüş 2003-cü il təvəllüdlü qadın, mayın 16-da isə Yasamal rayonu ərazisində itkin düşmüş 1975-ci il təvəllüdlü kişi tapılaraq aidiyyəti üzrə təhvil veriliblər. xəbər verir ki

20 may
.

İran Prezidenti İbrahim Rəisinin qəzaya uğradığı helikopterdən gələn zənglər araşdırılır

"İran Prezidenti İbrahim Rəisinin qəzaya uğradığı helikopterdən gələn zənglər araşdırılır". Bunu Qırmızı Aypara Cəmiyyətinin Baş katibi Yaqub Süleymani bildirib. Cəmiyyətin fövqəladə halların idarəedilməsi qərargahına gələn Süleymani qeyd edib ki, qəza zonasına 15 çevik xilasetmə qrupu göndərilib

19 may
.

Alça yığarkən öldü

Mayın 19-da saat 8 radələrində Göyçayda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, Ulaşlı-Şıxlı kəndində yerləşən bağ sahəsində 200-ci il təvəllüdlü İsmayıl Rafiq oğlu İsmayılov ağacdan alça yığarkən ehtiyatsızlıqdan ağacın yaxınlığından keçən elektrik xəttin

20 may