Helikopter qəzasında həlak olan İbrahim Rəisi və digərlərinin meyitləri Təbrizə çatdırılıb
İran Prezidenti İbrahim Rəisinin qəzaya helikopterində həlak olanların şəxsiyyətinin müəyyənləşdirilməsi üçün genetik ekspertiza aparılmayacaq.
Bu barədə "Tasnim" agentliyi İranın Fövqəladə Hallar Təşkilatının rəhbəri Məhəmməd Həsən Namiyə istinadən məlumat verib.
"Həlak olanların cəsədlərinin yanmasına baxmayaraq, xilasedicilər onların şəxsiyyətini müəyyənləşdirərək təcili tibbi yardım briqadalarına təhvil veriblər", - deyə Məhəmməd Həsən Nami bildirib.
Onun sözlərinə görə, aviaqəzada həlak olanların cəsədləri Təbriz şəhərinə çatdırılıb./Oxu.az
12:22
Helikopter qəzasında həlak olan İran Prezidenti İbrahim Rəisi və onu müşayiət edənlərin dəfn mərasimi mayın 21-də Təbriz şəhərində keçiriləcək.
Bu barədə İran lideri Ayətullah Əli Xamenei məlumat verib.
"İranda mərhum Prezident Rəisi üçün matəm beş günlük elan edilib",- deyə o qeyd edib./Oxu.az
12:11
"İran prezidentinin olduğu helikopter 2500 metr hündürlükdə yerə çırpılıb və bütün sərnişinlər təbii fəlakətdən sonra anındaca həlak olublar".
Bu sözləri Qızıl Aypara Cəmiyyətinin rəhbəri Pir Hüseyn Kolivənd deyib.
"Müxtəlif qurumların iştirakı ilə mürəkkəb və çətin əməliyyat həyata keçirilib. Hava və görmə çox pis olduğundan əməliyyat ləng gedib. Səhər saat 5-də helikopter iki kilometr məsafədən göründü və ona çatmaq üçün təxminən bir saat vaxt sərf olundu", - deyə Kolivənd bildirib./Oxu.az
11:02
İran prezidenti İbrahim Rəisi və digər rəsmilərin helikopter qəzasında həlak olması ilə əlaqədar ölkədə milli matəm elan olunub.
Həmçinin bu həftə İranda bütün idman tədbirləri də ləğv edilib./Oxu.az
10:50
Helikopter qəzasında həlak olan İran prezidenti və rəsmilərinin Əhvazda vida mərasimi keçiriləcək.
Bununla bağlı "Mehr" agentliyi məlumat yayıb.
Bildirilib ki, İbrahim Rəisi və onunla birlikdə hellikopter qəzasında dünyasını dəyişənlərin vida mərasimi İmam Xomeyni məscidində baş tutacaq./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 6433 Tarix: 20 may 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İran ABŞ-yə Hörmüz boğazı ilə bağlı PLAN TƏQDİM ETDİ
İran ABŞ-yə Hörmüz boğazında normal gəmiçiliyin bərpasını nəzərdə tutan yeddigünlük plan təqdim edib. xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb. Məlumata görə, İranın xarici işlər naziri Abbas Əraqçının təqdim etdiyi plana əsasən, ABŞ təklif olunan şərtləri qəbul etdiyi anda
27 sentyabrİtaliyanın ikinci ən böyük hava limanına Berluskoninin adı verildi
İtaliyanın Milan şəhərinin əsas hava limanı olan Malpensaya İtaliyanın keçmiş baş naziri Silvio Berluskoninin adı verilib. xəbər verir ki, bu barədə "Rainews24" məlumat yayıb. Bundan sonra hava limanının tam adı "Milan-Malpensa Silvio Berluskoni Hava Limanı" olacaq. Lakin qərar Mila
27 sentyabrSerbiya Prezidenti Aleksandar Vuçiç istefa verdi
Serbiya Prezidenti Aleksandar Vuçiç sentyabrın 27-də istefa verib. xəbər verir ki, bunu Vuçiç Serbiyanın dövlət Radio və Televiziyasının yayımladığı xalqa müraciəti zamanı açıqlayıb. "İki dəfə mənə etimad göstərən vətəndaşlara təşəkkür edirəm. Bu gün istefa verdiyim gündür", - Vuçiç bildirib
27 sentyabrPezeşkian Trampla görüşün faydalı olacağına inanmır
İran Prezidenti Məsud Pezeşkian bildirib ki, Vaşinqton Hörmüz boğazı ilə bağlı Tehranın təklifini qəbul etmədiyi təqdirdə, amerikalı həmkarı Donald Trampla görüşü əhəmiyyətsizdir. "Report" xəbər verir ki, bunu İran rəhbəri "Al Jazerra" telekanalına müsahibəsində deyib. "ABŞ yazdıqlarımız
27 sentyabrHörmüz boğazında kommersiya gəmiçiliyinin intensivliyi 75% azalıb
Hörmüz boğazında kommersiya gəmiçiliyinin intensivliyi ABŞ və İran arasında münaqişədən əvvəlki səviyyə ilə müqayisədə təxminən 75 faiz aşağı olaraq qalır. "Report" xəbər verir ki, bu barədə Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) məlumat yayıb. Qurumun məlumatına görə, boğazda
27 sentyabrXorvatiya - Sloveniya sərhədini keçməyə çalışan beş miqrant ölüb
Xorvatiya ilə Sloveniya arasında sərhəddə yerləşən Kupa çayını keçməyə çalışan beş miqrant boğularaq ölüb. "Report"un "Associated Press"ə istinadən məlumatına görə, bu barədə cümə günü Xorvatiya polisi xəbər verib. Məlumata görə, hadisə yerinə ilk gələn zabit beş nəfəri sudan xila
27 sentyabr