XƏBƏRDARLIQ - Mayın 22-dən 25-dək...
Mayın ayının 19-u paytaxtda yenidən geomaqnit qasırğası müşahidə olunacaq.
Sonxeber.az baku.ws-ə istinadən xəbər verir ki, qasırğa gecə saatlarında öz təsirini göstərməyə başlayacaq. Növbəti gündən etibarən isə geomaqnit qasırğası səngiyəcək. Mayın 22-dən etibarən isə yenidən müşahidə olunmağa başlayacaq və bu hal ayın 25-dək davam edəcək.
Həkimlərin geomaqnit qasırğasının təsiri haqqında rəyinə gəldikdə isə adətən sağlam insanların geomaqnit qasırğasının təsirlərini hiss etmədiyi, bu, daha çox elektronik cihazlara və müəyyən xəstəliyi olan insanlara təsirsiz ötüşmədiyi deyilir. Xüsusən meteohəssas insanlar, xroniki xəstəlikdən əziyyət çəkənlər, yaşlılar özlərini pis hiss edirlər. Maqnit qasırğasına görə bir qisim insanda baş ağrısı, gicəllənməsi, yüksək qan təzyiqinin əmələ gəlməsi, oynaq ağrıları, yuxusuzluq kimi hallar baş verə bilir. Heç bir xəstəliyi olmayan insanların da təzyiqi qalxa, baş ağrıları ola bilər.
Həkimlərin sözlərinə görə, maqnit qasırğası ilə bağlı əvvəldən xəbərdar olduqda xəstəliyə uyğun dərmanlar qəbul edilməlidir. Məsələn şəkər xəstəsi buna uyğun dərman vasitəni qəbul edib qasırğanın fəsadlarını azalda bilər:
"Həmçinin qasırğa olan günlərdə yaxşı olar ki, insanlar çox miqdarda maye qəbul etsinlər, bitki tərkibli çaylara üstünlük versinlər. Spirtli, rəngli-qazlı və enerji içkilərindən mütləq şəkildə uzaq dursunlar. Siqaretdən imtina etsinlər. Yuxu rejiminə diqqət olunsun. Bütün günü yataraq keçirmək də olmaz. Bu zaman daimi yorğunluq hiss edilər. Həm xəstə, həm də sağlam insanlar immun sistemini gücləndirməyə çalışsınlar. Bol vitaminli meyvələr qəbul etmək lazımdır".
Kardio-reanimatoloq maqnit qasırğası zamanı komputer, telefon və bu kimi elektronik cihazlardan çox istifadə etməməyi məsləhət görür:
"Başqa bir amil də var ki, geomaqnit qasırğası daha çox telefonla məşğul olan, televizor və komputerlə vaxt keçirən adamlara mənfi təsir göstərir. Maksimum çalışmaq lazımdır ki, həmin vaxtlarda bu tip cihazlardan uzaq durulsun. Ofis işçilərinə gəlincə isə arada müəyyən fasilə vermək, təmiz hava qəbul etmək kömək ola bilər. Maqnit qasırğası günün bütün saatlarında olmur ona görə də sırf həmin vaxtlarda ehtiyyatlı davranmaq lazımdır".
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 4193 Tarix: 18 may 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
ŞİDDƏTLİ YAĞIŞLAR GƏLİR... - Təhlükəli xəbərdarlıq
Qlobal temperaturun yüksəlməsi Yer atmosferindəki su buxarının miqdarını da artırır. Alimlərin fikrincə, atmosferdə rütubətin çoxalması yalnız daha isti hava ilə nəticələnmir, eyni zamanda leysan yağışları, güclü fırtınalar, tropik siklonlar və istilik dalğaları ilə bağlı riskləri də yüksəldə bilər
19 sentyabrHəyat yoldaşı tərəfindən öldürülən qadının son paylaşımı ürək ağrıtdı
Türkiyənin Hatay vilayətinin Payas rayonunda boşanma mərhələsində olduğu həyat yoldaşı tərəfindən ov tüfəngi ilə öldürülən 47 yaşlı Emine Çilin hadisədən təxminən 2 saat əvvəl sosial media hesabında etdiyi paylaşımlar diqqət çəkib. xarici mediaya istinadla xəbər verir ki, hadisə sentyabrın 20-də axşa
21 sentyabrAzərbaycanda zavodda YANĞIN: Bir neçə rayondan yanğınsöndürənlər çağırıldı
İmişli Şəkər Zavodunun ərazisində yanğın hadisəsi baş verib. "Report"a istinadən xəbər verir ki, hadisə zavodun anbarlarından birində qeydə alınıb. Hadisə yerinə İmişli Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 4 texnikası və şəxsi heyəti cəlb olunub. Bundan əlavə, yanğının söndürülməsi üçü
27 sentyabrZəlzələ zamanı jurnalistlərin işi tərk etməməsi təqdir edildi - VİDEO
Türkiyənin Şanlıurfa şəhərinin Karaköprü rayonunda 5,4 bal gücündə zəlzələ baş verib. xarici mediaya istinadla xəbər verir ki, zəlzələnin ocağı təxminən 7,4 kilometr dərinlikdə yerləşib. Təkanları hiss edən bəzi sakinlər təhlükəsizlik məqsədilə ev və iş yerlərindən çıxaraq açıq ərazilərə üz tutublar
24 sentyabrBoşanma mərhələsində olan cütlük evlərində ölü tapıldı - VİDEO
Türkiyənin Karaman şəhərində övladlarının uzun müddət xəbər ala bilmədiyi boşanma mərhələsində olan cütlük evlərində ölü tapılıb. Hadisə zamanı mənzildə "Evdə sianid var, içəri girməyin" yazılmış qeyd və müxtəlif kimyəvi maddələr aşkarlanıb. xarici mediaya istinadla xəbər verir ki, hadisə Zembill
24 sentyabrGöygöldə qadın qətlə yetirildi, əri şübhəli bilinir
Göygöldə qətl hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Üçtəpə kəndi ərazisində qeydə alınıb. Belə ki, kənd sakini olan orta yaşlı kişi arvadına küt alətlə zərbə endirib. Qadın aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəl
20 sentyabrHAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Sentyabrın 21-də gözlənilən hava şəraiti açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətl
20 sentyabr