"Sahil Babayev gələndə ümidlənmişdim, amma..." - Boks məşqçisi narazıdır
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan Boks Federasiyasının (AFB) prezidenti seçildikdən sonra bu sahənin inkişafına ümidlər yaransa da, baş verənlər bunun əksini göstərir.
Boks üzrə məşqçi Ramin Məmmədzadə Qaynarinfo-ya bildirib ki, hazırda Azərbaycan boksu inkişafa deyil, tənəzüülə doğru gedir. Onun sözlərinə görə, boks sahəsində vəziyyətin heç də ürəkaçan olmadığı bu ilin aprelində Avropa çempionatında daha qabarıq görünüb.
"Boksçularımız 2 medalla qayıtdılar. Buna inkişaf demək olmaz. Bu, uğursuzluqdur və bunun günahı heç də boksçularda və məşqçilərdə deyil", deyə Ramil Məmmədzadə vurğulayıb.
Məşqçi bildirib ki, boksçulara diqqətin az olmaması komandanın psixoloji durumuna mənfi təsir edir:
"Təsəvvür edin, səfər pulu deyilən qonorar var. İdmançılar yarışa gedəndə verirlər. Adicə səfər pulu belə, yubadılır, idmançılar səfərdən qayıtdıqdan aylar sonra verilir. Halbuki bu pul artıq yarışa gedəndə verilməlidir. Bu kimlərəsə adi bir şey kimi görünə bilər. Amma idmançıları qələbəyə motivasiya etmək baxımından əhəmiyyətlidir".
O, boks məkətəblərindəki vəziyyətə də toxunub:
"Xeyli sayda istedadlı uşaqlar tanıyıram. Amma imkansızlıqdan məşq edə bilmirlər. Çünki bu gün zala getdinsə, ayda 30-40 manat civarında pul ödəməlisən. Elə uşaq var ki, bunu ödəmək imkanı yoxdur. Məşqçi də o imkanın sahibi deyil ki, hansısa istedadlı uşağın ödənişini özü etsin. Çünki məşqçilərə verilən maaş da böyük məbləğ deyil. Mən hələ onu demirəm ki, vaxtilə boksla məşğul olub, sonradan bu sahədən gedən və iş tapmayıb çarəsizlikdən məşqçi işləyənlər var. Onlar sadəcə olaraq bir qarın çörək qazanmağı düşünürlər. Bu düşüncə, bu psixoloji vəziyyətlə yaxşı boksçu yetişdirmək mümkün deyil".
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan Boks Federasiyasının prezidenti seçiləndə ümidləndiyini deyən Ramil Məmmədzadə sonradan vəziyyətin dəyişmədiyinin şahidi olduğunu bildirib:
"Düşündüm ki, boksa diqqət artacaq. Regionlarda boks məktəbləri inkişaf etdirləcək. Peşəkar məşqçilər cəlb ediləcək, "aylıqlar" yığışdırılacaq və s. Həmin vaxt mətbuatda boksdakı problemləri də qabartdım ki, nazirin diqqətinə çatsın. Lakin müşahidələrim göstərir ki, heç bir dəyişiklik gözləməyə dəyməz. Mənim özümü qəbul elədilər, məşqçilər kollegiyasına daxil edəcəklərini dedilər. Bu vədin üzərindən aylar keçib, heç bir xəbər yoxdur. Zəng vururam, deyirlər geri dönüş edəcəyik. Amma əlaqə saxlamırlar. Məcburiyyətdən fərdi məşqlər keçirəm. Zallar açıblar, bu yaxşı haldır. Amma bu zallarda da məşqlər pulludur. Yaxşı bəs imkanı olmayanlar nə etsin? Onsuz da fərdi məşqlər ödənişlədir. Kimin pulu varsa, məşq edir. Heç olmasa zallarda məşqləri pulsuz etsinlər".
Ramil Məmmədzadə boksdakı problemlərlə bağlı ölkə rəhbərliyinə müraciət etmək niyyətində olduğunu bildirib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1096 Tarix: 09 may 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Gələn ildən maaşlardan tutulmalar ARTACAQ - AÇIQLAMA
Gələn il yanvarın 1-dən etibarən muzdlu işdən əldə edilən gəlirlər üzrə gəlir vergisinin dərəcələri dəyişdiriləcək. Yeni qaydalara əsasən, çalışanların əməkhaqqından tutulacaq gəlir vergisi pilləli sistem üzrə hesablanacaq. Belə ki, aylıq gəlirin 2500 manatadək olan hissəsinə 5 faiz dərəcə tətbiq ediləcək
27 sentyabrSabiq nazir qardaşı oğlunu vəzifədən azad etdi
Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərova məxsus "İmprotex Group"a daxil şirkətlərdən biri - "İmprotex İndustries" MMC-nin rəhbəri dəyişib. Qaynarinfo Yurd.Media-ya istinadən xəbər verir ki, Ruslan Ələkbərov şirkətin qanuni təmsilçisi vəzifəsindən azad olunub
28 sentyabrQanun icazə verir, cəmiyyət qınayır - Azərbaycanda MÜBAHİSƏLİ MÖVZU
Gənc yaşda evlilik Azərbaycan cəmiyyətində həyatın təbii mərhələsi kimi qəbul edilsə də, 50-60 yaşdan sonra qurulan ailə hələ də qeyri-adi hadisə kimi qarşılanır. "Bu yaşda evlilik olar, "İnsan bu yaşdan sonra həyatını dəyişərmi?" kimi qınaqlar eşidilir. Ancaq Dövlət Statistika Komitəsini
26 sentyabrFlorian Zenqstşmid: "Bölgələrdə yeni turizm mərkəzləri formalaşdırılır"
Azərbaycanın bölgələrində yeni turizm mərkəzləri formalaşdırılır. "Report" xəbər verir ki, bunu Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan Internationa
26 sentyabrBu şəxslər üçün avtobus və metro PULSUZDUR
Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, ictimai nəqliyyatdan (metropoliten, şəhəriçi və qəsəbələrarası avtobuslar) ödənişsiz istifadə etmək hüququ müəyyən olunmuş xüsusi kateqoriyalı şəxslərə həvalə edilib. Bu güzəştlər həm sosial müdafiə məqsədilə, həm də xidməti vəzifələrin icrasını təmi
26 sentyabrAzərbaycanda mal əti BAHALAŞDI - YENİ QİYMƏT
Azərbaycanda mal ətinin qiyməti yenidən bahalaşıb. "Qaynarinfo"ya istinadən xəbər verir ki, hazırda satış məntəqələrində sümüklü ət alıcılara 19 manatdan təklif edilir. Sümüksüz mal əti isə 21-22 manata satılır. Bu isə son bir ayda 1-2 manat artım deməkdir. Satıcılar qiymət artımına səbəb kim
26 sentyabrAzərbaycanda həftəsonu İSTİRAHƏT GÜNLƏRİ DƏYİŞƏCƏK
Azərbaycanda əksər iş yerlərində şənbə və bazar günləri istirahət günləri hesab edilsə də, xidmət sektorunda məhz həftəsonu tələbatın pik həddə çatması bu sahədə iş rejiminə fərqli yanaşmanı gündəmə gətirir. Mövzu ilə bağlı -a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Elşad Musaye
27 sentyabrBu şəxslərin pensiyasına sabit məbləğdə AYLIQ ƏLAVƏ VERİLƏCƏK
Hərbçilərin pensiya məbləği ilə təminat xərcliyi arasındakı əlaqə aradan qalxacaq, fərdi şəxsi hesabda qeydə alınmış pensiya kapitalı, habelə sabit məbləğdə aylıq pensiya əlavəsi hesablanmaqla pensiya təyin ediləcək. Bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəy
27 sentyabrLamiyyə Ələkbərova bu kanalda efirə çıxacaq
Aparıcı Lamiyyə Ələkbərova yeni layihə ilə tamaşaçıların qarşısına çıxacaq. Qaynarinfo xəbər verir ki, aparıcı bu barədə "Instagram" hesabında paylaşım edib. O bildirib ki, bu televiziya mövsümündə TMB kanalında efirə çıxacaq. L.Ələkbərova "Ulduzla danış" verilişinin aparıcısı olacaq
28 sentyabr