Saleh Məmmədovun biznes imperiyası - SİYAHI

Saleh Məmmədovun biznes imperiyası - SİYAHIAzərbaycanda medianın diqqət mərkəzində olan dövlət maliyyəli təşkilatlardan biri də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyidir. Ölkədə yol çəkilişlərinin, körpü və qurğuların tikintisinin mühüm hissəsini həyata keçirən bu qurumun fəaliyyəti bəzi iqtisadçı ekspertlərin fikirlərinə görə qeyri-şəffafdır. Belə ki, bu ekspertlərin iddialarına görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi satınalmalar və ya birbaşa müqavilələr əsasında yerinə yetirdiyi sifarişlərin smetalarını real dəyərindən dəfələrlə artıq yazır.

Müxtəlif dövrlərdə yerli mətbuatda gedən yazılarda İddia olunub ki, dövlət büdcəsindən ayrılan on milyonlarla manat vəsaitlər qurumun müxtəlif vəzifəli şəxsləri tərəfindən mənimsənilir. Maraqlıdır ki, Azərbaycanda biznes yaradan məmurlar arasında Avtomobil Yolları Dövlət Agentliyinin rəhbər vəzifəli şəxsləri ilk sıralarda gəlir. Poliqon.info saytına daxil olan məlumatda iddia olunur ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Saleh Məmmədovun ölkə daxilində və ölkə xaricində böyük biznes şəbəkələri, mülkləri və xidmət sahələri mövcuddur. Belə ki, redaksiyamıza daxil olan siyahıya əsasən Saleh Məmmədov çoxsaylı yaşayış və qeyri-yaşayış sahələri olan daşınmaz əmlakların, iaşə xidmət müəssisələrinin, istehsal sahələrinin və AAYDA sədrinə aid olduqları iddia olunan çoxsaylı şirkətləri var.

Saleh Məmmədova aid olunduğu iddia olunan həmin siyahının bəzi hissələriri oxucularımızın diqqətinə təqdim edirik:

1. Ölkə daxilində və xaricində dəyəri milyon manatlarla ölçülən villalar;

2. Xırdalanda avtoservis-yol nişanları zavodu;

3. Xırdalanda tikiş sexi;

4. Xırdalanda 1,7 hektar içində Plitə-bordur sexi;

5. Həsən Əliyev küçəsində restoran;

6. Təbriz küçəsində 3800 kvadratmetr qeyri yaşayış sahəsi;

7. Göygöldə istirahət mərkəzi;

8. Nəsimi rayonunda 3 mərtəbəli obyekt;

9. İmişlidə qonaq evi;

10. Quru neyvə istehsalı ilə məşğul olan şirkət;

11. Göygöldə, Fatmeyi kəndində, İmişlidə, Şəki-Xaldan yolinda yanacaq doldurma məntəqələri;

12. Bakı Əyləncə Mərkəzinin yanında 2000 kvadratmetrkik ofis;

13. Çoxlu sayda ağır texnika;

14. Saleh Məmmədovun qaynı Səfiyar Quliyevin adına torpaq sahələri, şirkətlər, mülklər, karxanalar;

15. Saleh Məmmədova məxsus şirkətlər: "Yol xətt" MMC, "Layihə" MMC, SDN və SMS şirkətləri. Bundan başqa iddia olunur ki, Saleh Məmmdovun Dubayda, Çində, Türkiyədə, Avstriyada və Almaniyada şirkətləri var və bu şirkətlərin bəzilərini Cəmil adlı şəxs idarə edir.

Həmçinin iddia olunur ki, Saleh Məmmədovun "Şamaxıinka" adlanan ərazidə 17 mənzili, Təbriz küçəsində biananın 1 blokunun bütün mənzilləri, o cümlədən Bayılda və Ağşəhərdə, Xətaidə, Gəcədə mənzilləri var. Siyahıya görə AAYDA sədrinin Dubayda, Türkiyədə, Vyanada, Yesentukidə də mənzilləri var.

Qeyd edək ki, bütün bu iddialarla bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Saleh Məmmədova soğu ilə müraciət etmişik. Sorğunun göndərilməsindən bir həftədən artıq vaxt ötməsinə baxmayaraq, hələ də cavab ala bilməmişik. Bütün hallarda qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1263   Tarix: 15 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

91 yaşlı sabiq deputat vəfat etdi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq deputatı Zərifə Nəcəfova vəfat edib. "Qafqazinfo" xəbər verir ki, 91 yaşlı Z.Nəcəfova xəstəlik səbəbindən həyatını itirib. Qeyd edək ki, Əməkdar müəllim olan Zərifə Nəcəfova uzun illər Naxçıvan Dövlət Universitetində prorektor vəzifəsində d

25 sentyabr
.

Bakıda dənizdə batan tələbələrin FOTOSU

19 sentyabrda Sabunçu rayonunun Bilgəh qəsəbəsində iki tələbə dənizdə batıb. faciəli şəkildə həyatını itirən Qusar rayon sakini, 2008-ci il təvəllüdlü Elmin Əmirəliyev və Bərdə rayon sakini, 2008-ci il təvəllüdlü Əlipaşa Əlizadənin fotolarını təqdim edir:. Qeyd edək ki, onlar Milli Aviasiya Akademiyasınd

25 sentyabr
.

Pensiya yaşı ilə bağlı yeni QAYDA

Hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi həmin rütbə üzrə pensiya yaşı kimi müəyyən ediləcək. Bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuların statusu haqqında", "Polis haqqında"

27 sentyabr
.

Azərbaycanda Anım Günü qeyd olunur

Bu gün Vətən müharibəsinin başlamasından altı il ötür. Bu münasibətlə Azərbaycanda Anım Günü qeyd olunur. Altı il əvvəl Azərbaycan Ordusu Ermənistanın işğalçı siyasətinə və cəbhəboyu hərbi təxribatlarına cavab olaraq sürətli əks-hücum əməliyyatına start verib. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandan

27 sentyabr
.

Hərbçilərinin əməkhaqları 22,8% artacaq

Müdafiə Nazirliyinin bütün hərbçilərinin əməkhaqları vergilər və digər icbari ödənişlər çıxıldıqdan sonra orta hesabla 22,8% artacaq. APA-nın xəbərinə görə, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuları

25 sentyabr
.

Tarixi hadisələr və milli yaddaş

2020-ci il sentyabrın 27-də başlayan hərbi əməliyyatlar Cənubi Qafqazın siyasi və təhlükəsizlik reallıqlarını dəyişdirən hadisələrdən biri oldu. Azərbaycan cəmiyyətində "Vətən müharibəsi" adlandırılan 44 günlük müharibə noyabrın 10-da hərbi əməliyyatların dayandırılmasına dair üçtərəfli bəyanatl

26 sentyabr
.

Azərbaycanda Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi - VİDEO

Bu gün Azərbaycan ərazisində Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. bildirir ki, Bakı vaxtı ilə saat 12:00-da ölkə ərazisində nəqliyyatın və piyadaların hərəkəti dayandırılıb

27 sentyabr
.

Övladınız 11-17 yaşındadırsa, DİQQƏT: Dələduzlar məhz onları hədəf seçirlər

"11-17 yaş qrupunda olanlar dələduzlar üçün ən əlverişli və asan hədəf sayılır". xəbər verir ki, bunu "RİA Novosti"yə rusiyalı psixoloq, psixologiya elmləri namizədi Svetlana Kolobova deyib. Mütəxəssisin sözlərinə görə, yeniyetmələr daim müstəqilliyə can atır və problemləri özlər

27 sentyabr
.

Azərbaycanda həftəsonu İSTİRAHƏT GÜNLƏRİ DƏYİŞƏCƏK

Azərbaycanda əksər iş yerlərində şənbə və bazar günləri istirahət günləri hesab edilsə də, xidmət sektorunda məhz həftəsonu tələbatın pik həddə çatması bu sahədə iş rejiminə fərqli yanaşmanı gündəmə gətirir. Mövzu ilə bağlı -a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Elşad Musaye

27 sentyabr