"Ali təhsil müəssisələrində təxminən 40 min tələbə ödənişsiz təhsil alacaq" - Ekspert

"Ali təhsil müəssisələrində təxminən 40 min tələbə ödənişsiz təhsil alacaq" - Ekspert"Könül istər ki, ölkədə mövcud olan bütün ali və orta ixtisas təhsil müəssisələrində təhsil ödənişsiz olsun, amma bu hazırda müəyyən səbəblərdən dolayı reallıqdan kənar istəkdir. Buna baxmayaraq, dövlət tərəfindən son illər mühüm qərarlar qəbul edilir. Məsələn təkcə bu il 30000 tələbə pulsuz təhsil almaq imkanı əldə edə biləcək. Halbuki 2013-cü ilədək ümumi plan yeri təxminən 30000 idi. 2024/2025-ci tədris ili üçün 30000 tələbə birbaşa dövlət sifarişi üzrə təhsil ala biləcək. Nəzərə alsaq ki, sosial-həssas qrupa daxil olan, yəni imtiyazları olan tələbələr də var (məcburi köçkün statusu olanlar, I və II qrup əlliliyi olanlar, valideynlərini itirənlər, 23 yaşadək sağlamlıq imkanları məhdud olanlar, şəhid övladları və s.) o zaman demək olar ki, ali təhsil müəssisələrinə ayrılan təxminən 65000 plan yerindən 40000-i üzrə tələbələr ödənişsiz təhsil alacaqlar. Bu olduqca müsbət və mütərəqqi haldır".

Bu sözləri Sonxeber.az-a açıqlamasında təhsil eksperti Elçin Efəndi deyib.

Elçin Efəndi Nazirlər Kabineti yeni qərarından sonra sosial kredit ala biləcək şəxslərin arelı bir qədər genişləndiyini bildirib:

"Bundan əlavə son illər ən düzgün qərarlardan biri də məhz Tələbə Təhsil Krediti Fondunun yaradılması oldu ki, bu da maddi imkansızlıq ucbatından təhsilini dayandırmaq məcburiyyətində qalan tələbələrə böyük dəstəkdir. Kredit iki kateqoriyadadır: standart və sosial. Standart kredit əsasən, akademik göstəricisi yüksək olan tələbələrə verilir. Bunun üçün onlar qəbul olduqdan sonra ən azı bir semestr təhsil almalıdırlar ki, standart kreditin tətbiq olunub-olunmaması müəyyənləşsin. Digər növ, yəni sosial kredit isə ali təhsil müəssisəsinə qəbul olduğu andan müraciət əsasında təyin oluna bilən kredit növüdür. Burada da yenə əhalinin sosial-həssas qrupuna daxil olan tələbələrə güzəştli şərtlərlə kredit verilir. Bu günlərdə Elm və Təhsil Nazirliyinin müraciəti əsasında Nazirlər Kabineti yeni qərar verdi və bu qərarla da sosial kredit ala biləcək şəxslərin arelı bir qədər genişləndi.

Qeyd edim ki, artıq tələbələrin hər iki valideyninin (tək valideyni olduqda isə həmin şəxsin) sosial statusları ilə yanaşı, tələbələrin qanuni nümayəndələrinin də sosial statusları nəzərə alınacaq. Bundan başqa, aşağıda qeyd edilmiş daha dörd sosial baxımdan həssas əhali qrupuna aid kateqoriyalardan olan tələbələr də Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına sosial növ təhsil tələbə krediti ala biləcəklər:

"ailə başçısını itirməyə görə əmək pensiyası alan" valideyni olan tələbələr;

"bir valideynin orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilibsə və digər valideyn orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq etdiyinə görə Azərbaycan Respublikası Prezidentinin təqaüdünü alan" tələbələr;

"bir valideyni azadlıqdan məhrumetmə və ya azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, digər valideyni qaydada qeyd olunan digər kateqoriyalardan hər hansı birinə uyğun olan" tələbələr;

tələbənin özünün sosial statuslarına münasibətdə isə indiyədək ailə başçısını itirməyə görə əmək pensiyası alan tələbələrlə yanaşı, bundan sonra əlavə olaraq "ailə başçısını itirməyə görə sosial müavinət alan" tələbələr.

Qeyd edim ki, təhsil tələbə kreditlərinin (TTK) verilməyə başlandığı 25 noyabr 2021-ci il tarixindən bu günədək fonda 45 000-dən çox tələbənin elektron müraciəti daxil olub. Rəsmiləşmiş müraciətlərin sayı isə cari tarixədək 34 839 nəfər təşkil edir. Onlardan 12 131 tələbə (35%) sosial növ TTK, 22 708 tələbə (65%) standart növ TTK-dan yararlanıb. Ümumilikdə isə tələbələr üçün rəsmiləşmiş kreditlər üzrə 31,9 milyon manat təhsil haqqı məbləği təhsil müəssisələrinin bank hesablarına nağdsız qaydada köçürülüb.
2023/2024-cü tədris ilinin yaz semestri üzrə TTK üçün müraciətlərin qəbulu davam edir. Təhsil krediti almaq istəyən tələbələr www.e-ttkf.edu.az portalı üzərindən müraciət edə bilərlər.
2024/2025-ci tədris ili üçün müraciətlər ali təhsil müəssisələrinə qəbul üzrə müsabiqənin nəticələri elan olunduqdan sonra qəbul ediləcək".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 745   Tarix: 15 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

91 yaşlı sabiq deputat vəfat etdi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq deputatı Zərifə Nəcəfova vəfat edib. "Qafqazinfo" xəbər verir ki, 91 yaşlı Z.Nəcəfova xəstəlik səbəbindən həyatını itirib. Qeyd edək ki, Əməkdar müəllim olan Zərifə Nəcəfova uzun illər Naxçıvan Dövlət Universitetində prorektor vəzifəsində d

25 sentyabr
.

Bakıda dənizdə batan tələbələrin FOTOSU

19 sentyabrda Sabunçu rayonunun Bilgəh qəsəbəsində iki tələbə dənizdə batıb. faciəli şəkildə həyatını itirən Qusar rayon sakini, 2008-ci il təvəllüdlü Elmin Əmirəliyev və Bərdə rayon sakini, 2008-ci il təvəllüdlü Əlipaşa Əlizadənin fotolarını təqdim edir:. Qeyd edək ki, onlar Milli Aviasiya Akademiyasınd

25 sentyabr
.

Pensiya yaşı ilə bağlı yeni QAYDA

Hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi həmin rütbə üzrə pensiya yaşı kimi müəyyən ediləcək. Bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuların statusu haqqında", "Polis haqqında"

27 sentyabr
.

Azərbaycanda Anım Günü qeyd olunur

Bu gün Vətən müharibəsinin başlamasından altı il ötür. Bu münasibətlə Azərbaycanda Anım Günü qeyd olunur. Altı il əvvəl Azərbaycan Ordusu Ermənistanın işğalçı siyasətinə və cəbhəboyu hərbi təxribatlarına cavab olaraq sürətli əks-hücum əməliyyatına start verib. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandan

27 sentyabr
.

Hərbçilərinin əməkhaqları 22,8% artacaq

Müdafiə Nazirliyinin bütün hərbçilərinin əməkhaqları vergilər və digər icbari ödənişlər çıxıldıqdan sonra orta hesabla 22,8% artacaq. APA-nın xəbərinə görə, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuları

25 sentyabr
.

Tarixi hadisələr və milli yaddaş

2020-ci il sentyabrın 27-də başlayan hərbi əməliyyatlar Cənubi Qafqazın siyasi və təhlükəsizlik reallıqlarını dəyişdirən hadisələrdən biri oldu. Azərbaycan cəmiyyətində "Vətən müharibəsi" adlandırılan 44 günlük müharibə noyabrın 10-da hərbi əməliyyatların dayandırılmasına dair üçtərəfli bəyanatl

26 sentyabr
.

Azərbaycanda Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi - VİDEO

Bu gün Azərbaycan ərazisində Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. bildirir ki, Bakı vaxtı ilə saat 12:00-da ölkə ərazisində nəqliyyatın və piyadaların hərəkəti dayandırılıb

27 sentyabr
.

Övladınız 11-17 yaşındadırsa, DİQQƏT: Dələduzlar məhz onları hədəf seçirlər

"11-17 yaş qrupunda olanlar dələduzlar üçün ən əlverişli və asan hədəf sayılır". xəbər verir ki, bunu "RİA Novosti"yə rusiyalı psixoloq, psixologiya elmləri namizədi Svetlana Kolobova deyib. Mütəxəssisin sözlərinə görə, yeniyetmələr daim müstəqilliyə can atır və problemləri özlər

27 sentyabr
.

Azərbaycanda həftəsonu İSTİRAHƏT GÜNLƏRİ DƏYİŞƏCƏK

Azərbaycanda əksər iş yerlərində şənbə və bazar günləri istirahət günləri hesab edilsə də, xidmət sektorunda məhz həftəsonu tələbatın pik həddə çatması bu sahədə iş rejiminə fərqli yanaşmanı gündəmə gətirir. Mövzu ilə bağlı -a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Elşad Musaye

27 sentyabr