Prezident fərman imzaladı: Yeni publik hüquqi şəxs yaradılır

Prezident fərman imzaladı: Yeni publik hüquqi şəxs yaradılırPrezident İlham Əliyev Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında Fərman imzalayıb.

Qaynarinfo xəbər verir ki, Fərmanda deyilir:

"1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində "Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi" (bundan sonra – Mərkəz) publik hüquqi şəxs yaradılsın.

2. Müəyyən edilsin ki, Mərkəz "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tibb müəssisələrinin akkreditasiyası, tibbi xidmətlərin keyfiyyətinin və əlçatanlığının yüksəldilməsi üzrə tədbirlər görülməsi, habelə tibb müəssisələrində daxili keyfiyyət təminatı sistemlərinin qurulması və inkişafı ilə bağlı dəstək xidmətləri göstərilməsi sahələrində fəaliyyət göstərən publik hüquqi şəxsdir.

3. Mərkəzin təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:

3.1. Azərbaycan Respublikasının Prezidentinə:

3.1.1. Mərkəzin yenidən təşkili və ləğvi;

3.2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə:

3.2.1. Mərkəzin nizamnaməsinin təsdiq olunması və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi;

3.2.2. Mərkəzin idarəetmə orqanlarının yaradılması;

3.3. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə:

3.3.1. bu Fərmanın 3.1-ci və 3.2-ci bəndlərində qeyd edilənlər istisna olunmaqla, "Publik hüquqi şəxslər haqqında" Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

4.1. qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, tibb müəssisələrinin akkreditasiyası ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflərini altı ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.2. iki ay müddətində:

4.2.1. Mərkəzin nizamnaməsini təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.2.2. "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı gündən Mərkəzin inzibati bina ilə təmin olunması və maddi-texniki təminatı məsələlərinin həlli üçün zəruri tədbirlər görsün;

4.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

5. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi:

5.1. Mərkəzin dövlət qeydiyyatına alınması üçün onun nizamnaməsi təsdiq edildikdən sonra 3 (üç) gün müddətində "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada tədbirlər görsün;

5.2. Mərkəz dövlət qeydiyyatına alındıqdan sonra onun strukturunu, əməyin ödənişi fondunu, işçilərinin say həddini və əməkhaqlarının məbləğini (vəzifə maaşını, vəzifə maaşına əlavələri, mükafatları və digər ödənişləri) bir ay müddətində təsdiq etsin;

5.3. bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1877   Tarix: 15 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Pensiyalar 10 FAİZ ARTDI : Bəs pensiyaçılara nə qədər pul qalır?

Pensiyaların artması hər il cəmiyyətin ən çox müzakirə etdiyi sosial-iqtisadi məsələlərdən biridir. Çünki burada söhbət yalnız dövlətin sosial xərclərinin artmasından və ya orta pensiyanın nominal məbləğinin yüksəlməsindən getmir. Əsas məsələ pensiyaçının əlində qalan vəsaitin gündəlik həyatında rea

26 sentyabr
.

Bu şəxslərin pensiyasına sabit məbləğdə AYLIQ ƏLAVƏ VERİLƏCƏK

Hərbçilərin pensiya məbləği ilə təminat xərcliyi arasındakı əlaqə aradan qalxacaq, fərdi şəxsi hesabda qeydə alınmış pensiya kapitalı, habelə sabit məbləğdə aylıq pensiya əlavəsi hesablanmaqla pensiya təyin ediləcək. Bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəy

27 sentyabr
.

Vətən müharibəsinin başlamasından altı il ötür

Bu gün Vətən müharibəsinin başlamasından altı il ötür. xəbər verir ki, altı il əvvəl Azərbaycan Ordusu Ermənistanın işğalçı siyasətinə və cəbhəboyu hərbi təxribatlarına cavab olaraq sürətli əks-hücum əməliyyatına start verib. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmri ilə ordumu

27 sentyabr
.

Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq

Sentyabrın 28-i axşam Azərbaycanın qərb rayonlarından başlayaraq, 30-u gündüzədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşə

26 sentyabr
.

Sabah hava necə olacaq? - Açıqlandı

Sentyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperatur

26 sentyabr
.

Hərbçilərinin əməkhaqları 22,8% artacaq

Müdafiə Nazirliyinin bütün hərbçilərinin əməkhaqları vergilər və digər icbari ödənişlər çıxıldıqdan sonra orta hesabla 22,8% artacaq. APA-nın xəbərinə görə, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuları

25 sentyabr
.

ŞAD XƏBƏR - Bu şəxslər daha TEZ PENSİYAYA ÇIXACAQ

Azərbaycan Respublikasının qanunvericiliyi müəyyən kateqoriyadan olan şəxslərə ümumi pensiya yaş həddini gözləmədən, daha tez təqaüdə çıxmaq hüququ verir. Bu güzəştlər əsasən iş şəraiti, xüsusi peşə fəaliyyəti, ailə tərkibi və sağlamlıq vəziyyəti kimi faktorlar nəzərə alınaraq tətbiq edilir. "Yen

26 sentyabr
.

Azərbaycanda mal əti BAHALAŞDI - YENİ QİYMƏT

Azərbaycanda mal ətinin qiyməti yenidən bahalaşıb. "Qaynarinfo"ya istinadən xəbər verir ki, hazırda satış məntəqələrində sümüklü ət alıcılara 19 manatdan təklif edilir. Sümüksüz mal əti isə 21-22 manata satılır. Bu isə son bir ayda 1-2 manat artım deməkdir. Satıcılar qiymət artımına səbəb kim

26 sentyabr
.

Pensiya və müavinətlərlə bağlı YENİ XƏBƏR

Bu ilin yanvar-avqust ayları ərzində 124 026 pensiya, müavinət və təqaüd təyinatı elektron infrastruktur üzərindən proaktiv qaydada həyata keçirilib. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir. Məlumata görə

27 sentyabr