Slovakiyanın baş nazirinin güllələnmə anı - YENİLƏNİB + ANBAAN VİDEO
Slovakiyanın Baş naziri Robert Fitsonun güllələnmə anının videosu yayılıb.
Kadrlarda 71 yaşlı müxalif yazıçı Yuray Sintula hökumətin iclasından sonra tərəfdarları ilə əl sıxmaq üçün çölə çıxan Fitsoya bir neçə dəfə atəş açdığı görünür.
Qeyd edək ki, hazırda baş nazirin vəziyyəti ağır olaraq qiymətləndirilir.
19:08
Slovakiya baş nazirinə atəş açan şəxsin 71 yaşlı yazıçı Yuray Sintulanın olduğu məlum olub.
O, liberal "Proqressiv Slovakiya" partiyasının tərəfdarıdır.
Sintula sosial şəbəkələrdə solçulara, son illərdə isə şəxsən Fitsoya nifrətini açıq şəkildə ifadə edib.
Hazırda Fitso əməliyyat olunur. Onun partiyasının nümayəndələrinin fikrincə, qarşıdakı saatlar həlledici olacaq.
Sui-qəsd cəhdi ilə əlaqədar Slovakiya Prezidenti Peter Pelleqrini xarici səfərini yarımçıq qoyaraq vətəninə qayıdır.
17:31
Slovakiyanın Baş naziri Robert Fitso döş qəfəsi və qarın nahiyəsindən çoxsaylı güllə yarası alıb.
Helikopterlə Bratislavaya aparılan baş nazirin vəziyyətinin çox ağır olduğu bildirilir.
Slovakiya Prezidenti Zuzana Çaputova baş nazirə edilən bu qəddar hücumu pisləyib.
Şahidlərin dediklərinə görə, Fitso Nazirlər Kabinetinin iclasından sonra xalqın qarşısına çıxdığı zaman ard-arda üç-dörd güllə səsi eşidilib.
17:14
Slovakiyada hökumətin səyyar iclasının keçirildiyi binada atışma olub.
Məlumata görə, Baş nazir Robert Fitso atışma zamanı yaralanıb. Onu xəstəxanaya aparırlar.
Qeyd edək ki, atəş açanın artıq saxlanıldığı bildirilir./Oxu.az



Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1374 Tarix: 15 may 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Nigerdən Fransa və Ukraynaya ağır İTTİHAM: "Ciddi sübutlarımız var"
Niger Fransa və Ukraynanı Saheldə terrorçuluğa dəstək verməkdə ittiham edib. TASS-a istinadən xəbər verir ki, Nigerin Baş naziri Əli Lamin Zeyn bununla bağlı ciddi sübutların olduğunu bildirib. "Hazırda Saheldə baş verənlər silahlı üsyan deyil, dini müharibə deyil. Bölgəmizdə terrorçuluq təbii sərvətlərimizi
27 sentyabrRestoranın dayanacağında doğulan körpəyə "fasto food" ləqəbi verildi
ABŞ-da dayanacaqda doğulan körpəyə qeyri-adi ləqəb verilib. xarici KİV-ə istinadla bildirir ki, Keti Mörfidə doğuş sancıları başlayıb və o, həyat yoldaşı Stiven Kirbi ilə birlikdə xəstəxanaya yollanıb. Lakin həkimlər doğuşun hələ başlamadığını bildirərək qadını evə göndəriblər. Axşama doğru sancıla
27 sentyabrKeçmiş repçi, indiki baş nazir: BMT-də görünüşü ilə DİQQƏT ÇƏKDİ
Nepalın Baş naziri Balendra Şah BMT Baş Assambleyasının iclasında qara gün eynəyində iştirak edib. Bu aksesuar siyasətçinin rep-batllarda iştirak etdiyi vaxtlardan bəri onun ayrılmaz imic elementinə çevrilib. xəbər verir ki, bu barədə "The New York Times" nəşri məlumat yayıb. Nepalda həmçini
27 sentyabrSi Cinpin: Çin və ABŞ ortaq maraqlar əsasında hərəkət edəcək
Çin rəhbəri Si Cinpin Ağ Evdə ABŞ Prezidenti Donald Tramp ilə danışıqlar zamanı hər iki ölkənin bir-birinə doğru addım atacağına və ümumi maraqlar əsasında hərəkət edəcəyinə ümid etdiyini bildirib. "Report" xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb. "Əməkdaşlıq ikitərəfl
27 sentyabrKanadanın XİN rəhbəri: Ottava Aİ-yə tamhüquqlu üzv olmağa can atmır
Kanada Avropa İttifaqında (Aİ) tamhüquqlu üzvlük əldə etmək məsələsini qaldırmır. "Report" xəbər verir ki, bu barədə Kanadanın xarici işlər naziri Anita Anand bildirib. "Biz Avropa İttifaqının tamhüquqlu üzvü olmağa can atmırıq. İndiki mərhələdə Aİ ilə münasibətlərə hər hansı konkret a
27 sentyabrFırtına Nyu-Yorkda bir nəfərin həyatına son qoyub
ABŞ-ın şimal-şərqini cərəyan edən güclü fırtına nəticəsində Nyu-Yorkda bir nəfər həyatını itirib. "Report" xəbər verir ki, bu barədə sentyabrın 26-da "The New York Post" qəzeti məlumat yayıb. Qəzetin məlumatına görə, 56 yaşlı mənzil idarəsinin əməkdaşı şəhərin şərqində yerləşən Brukli
27 sentyabr