Slovakiya Baş nazirinə sui-qəsd cəhdində "Rusiya izi" ortaya çıxdı...-FOTO-FAKT
Robert Fitsonu güllələyən şəxs əvvəllər Kremlin təbliğatını təkrar edən yarımhərbi qrupa dəstək verib.
Slovakiyanın baş naziri Robert Fitsonun həyatına sui-qəsd cəhdinə görə saxlanılan 71 yaşlı Yuray Çintula əvvəllər rusiyayönümlü "Slovensky Branci" yarımhərbi dəstəsini vəsf edib və üzvləri ilə birgə foto çəkdirib.
Moderator.az "TSN"-ə istinadla xəbər verir ki, bu barədə macar araşdırmaçı jurnalist Şabolç Panyi məlumat yayıb.
Onun sözlərinə görə, qrupun lideri Peter Şvrçek Rusiya xüsusi təyinatlılarının keçmiş zabitlərinin nəzarəti altında təlim keçib.
2016-cı ildə qrupun "Facebook" səhifəsində şair, yazıçı və publisist Yuray Çintulanın fotosu ilə bərabər həmin qrupun onu niyə cəlb etdiyini açıqlayan bir məlumat ortaya çıxıb.
Publisist birinci səbəb kimi "dövlətdən əmr almadan hərəkət etmək bacarığı", ikinci səbəb kimi isə "təmənnasız həvəs"i göstərir. Çünki onlar "öz pulları ilə silah və texnika alırlar... boş vaxtlarında taktika və strategiyaya yiyələnirlər"...
Yazıçı iddia edib ki, yüz minlərlə miqrant Avropaya səyahət edir və bu "vətənpərvərlər" Slovakiyanı onların təsirindən qorumaq istəyirlər.
Gündəlik "Dennik N" nəşrinin verdiyi məlumata görə, "Slovensky Branci" 2022-ci ilin payızında fəaliyyətini dayandıracağını açıqlayıb. Həmin qrup üzvləri əvvəllər uzun müddət Kremlyönümlü təbliğatla eyni tezisləri təkrarlayıblar. Onlar Putin Rusiyasını müdafiə edir, Qərbi və Avropa İttifaqını tənqid edir, miqrantlara qarşı səfərbər olaraq mediaya, qeyri-hökumət təşkilatlarına hücum edirdilər.
Artıq xəbər verildiyi kimi, Yuray Çintula sui-qəsddən sonra izah edib ki, o, Fitsonu indiki Slovakiya hökumətinin siyasətini bölüşmədiyi üçün vurub.
Yada salaq ki, Slovakiyanın baş naziri Robert Fitsonun həyatına sui-qəsd cəhdinə görə, keçmiş özəl təhlükəsizlik işçisi kimi qanuni olaraq odlu silaha sahib olan Leviçe şəhər sakini, yazıçı, 71 yaşlı Yuray Çintula saxlanılıb.



Sonxeber.az
Telegramda izləyin
Baxılıb: 1003 Tarix: 16 may 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Gəncədə ağlasığmaz dələduzluq: Maşını lombarda qoydu...
Gəncədə avtomobil alqı-satqısı adı ilə dələduzluq edən şəxsə hökm oxunub. Qaynarinfo xəbər verir ki, məhkəmə materiallarına görə, təqsirləndirilən şəxs özünə məxsus olmayan "Hyundai Sonata" markalı avtomobili satmaq adı ilə tanışını aldadaraq onun 2650 manat pulunu ələ keçirib. O, avtomobili
18 iyun34 yaşlı Vətən müharibəsi iştirakçısı qəfil vəfat etdi
Naxçıvan Muxtar Respbulikasının Kəngərli rayonunda Vətən müharibəsi iştirakçısı ürək çatışmazlığından vəfat edib. -a istinadən xəbər verir ki, 44 günlük Vətən müharibəsi iştirakçısı Elvin Pənahov iş yerində idman edərkən dünyasını dəyişib. Qeyd edək ki, 34 yaşlı mərhum E.Pənahov ailəli olub, üç övlad
26 iyunKasım-Jomart Tokayev Azərbaycan və Gürcüstanla birgə layihələrdən danışdı
"Transxəzər beynəlxalq nəqliyyat marşrutunun potensialının gücləndirilməsi üçün Azərbaycan və Gürcüstanla vahid uzunmüddətli tarif modelinin tətbiqi müzakirə olunur". -ın -ya istinadən xəbərinə görə, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Aralıq dənizi Gəmiçiliyi şirkətinin ba
24 iyunTürkiyədə mədəndə uçqun: Ölən var
Türkiyənin Bolu bölgəsində mədəndə baş verən uçqun nəticəsində bir nəfər ölüb. xəbər verir ki, bu barədə "İhlas" agentliyi məlumat yayıb. Hadisə Mengen rayonu ərazində baş verib. Hələlik hadisənin səbəbi məlum deyil. Ərazidə axtarış-xilasetmə əməliyyatları aparılır
17 iyunTovuzda gənc oğlan çayda batdı
Tovuz rayonunda gənc oğlan çayda çimərkən batıb. -ın məlumatına görə, hadisə rayonun Dondar Quşçu kəndi ərazisində qeydə alınıb. Ağdam rayon sakini - 2004-cü il təvəllüdlü İlham Şirinov Tovuz çayında çimərkən boğulub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və polis əməkdaşları cəl
16 iyun26 yaşlı Yevlax sakininin meyiti kanalda tapıldı
Bərdə rayonunda kanaldan meyit tapılıb. -ın əldə etdiyi məlumata görə, hadisə rayonun Qarağacı kəndinin ərazisindən keçən Yuxarı Qarabağ su kanalında aşkar edilib. Yevlax rayon sakini 200-ci il təvəllüdlü Mahir Nadirovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti kanalda tapılıb. Faktla bağlı araşdırm
23 iyun