Gəncin ölümünə səbəb olan qazi sərxoş imiş - Hökm oxundu

Gəncin ölümünə səbəb olan qazi sərxoş imiş - Hökm oxunduÖtən ilin 16 oktyabrında Bakının Buzovna qəsəbəsində ağır qəza törədən 1995-ci il təvəllüdlü Əlisurət Rzayevin məhkəməsi başa çatıb.

"Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Ə.Rzayevə hökm oxunub.

Bildirilib ki, Ə.Rzayev həmin gün saat 00:30 radələrində xeyli spirtli içki qəbul edərək sürücülük hüququ olmadan "Mercedes" markalı avtomobili idarə edib. Onun sürdüyü avtomobil Buzovna qəsəbəsi ərazisində 1996-cı il təvəllüdlü Həsən Aydın oğlu Hüseynovun idarə etdiyi "VAZ-21011" markalı maşına çırpılıb. Nəticədə Həsən aldığı xəsarətlərdən vəfat edib.

Həmçinin məlum olub ki, qəzanı törədən Əlisurət Rzayev Vətən müharibəsi qazisidir. O, 44 günlük müharibədə iştirakına görə "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif edilib.

Təqsirləndirilən şəxs ifadəsində müharibədən sonra başında problemlərin yarandığını bildirib. Vəfat edən gəncin atası Aydın Hüseynov isə Əlisurəti bağışlamadığını deyib, ona ağır cəza verilməsini xahiş edib.

Bakı Ağır Cinayətlər Məhkəməsi Ə.Rzayevi Cinayət Məcəlləsinin 263-1.3-cü (Sərxoş halda və sürücülük vəsiqəsi olmadan yol-nəqliyyat hadisəsi törətmə) maddəsi ilə təqsirli bilib. Ona 5 il 6 ay həbs cəzası verilib. Cəzanın bitməsindən sonra onun 3 il müddətə avtomobil idarə etməsi də qadağan edilib.


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 1325   Tarix: 17 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Fidan Abbasova ilə bağlı məhkəmə qərarı narkotik istifadəsini təsdiqlədi

Son dövrlərdə müxtəlif qalmaqallarla gündəmə gələn, özünü guya sabiq məmurun oğlunun həyat yoldaşı kimi tanıdan (əslində hər hansı rəsmi nikah münasibəti olmayıb - red.) Fidan Loğman qızı Abbasova ilə bağlı hüquqi proseslər çərçivəsində yeni və diqqətçəkən faktlar ortaya çıxıb. "Qafqazinfo"y

16 aprel
.

55 yaşlı sürücü sükan arxasında öldü

Gəncədə sürücü sükan arxasında vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə martın 16-sı saat 09 radələrində baş verib. Şəhər ərazisində 1971-ci il təvəllüdlü Nuruzadə Mustafayev idarə etdiyi "VAZ 2106" markalı 10-ES-234 nömrə nişanlı avtomobildə infarktdan ölüb. Faktla bağlı araşdırm

17 mart
.

Əhməd Əhmədov tibb müəssisəsindən azadlığa buraxılıb? - RƏSMİ

"Bəzi sosial şəbəkə subyektləri tərəfindən 13.02.2024-cü il tarixdə paytaxtın Xətai rayonunda 5 nəfər ailə üzvünü qəsdən öldürmüş Əhməd Əhmədovun saxlanıldığı tibb müəssisəsindən azad olunması barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb". xəbər verir ki, bu barədə Baş Prokurorluq məluma

21 aprel
.

Qaradağda böyük əməliyyat: Beş nəfər SAXLANILDI - VİDEO

Qaradağda 70 kq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı silsilə əməliyyatlar həyata keçiriblər. Bu çərçivədə rayon ərazisind

7 aprel
.

Gəncədə məktəbdə şagirdin bıçaqlandığı hadisənin TƏFƏRRÜATI

Gəncədə məktəblilər arasında baş verən bıçaqlanma hadisəsinin bəzi təfərrüatı məlum olub. Bu barədə -ə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, aprelin 29-da Gəncə şəhər 9 nömrəli məktəbin iki şagirdi arasında məktəbdənkənar ərazidə mübahisə yaşanıb:. "Mübahis

30 aprel
.

Daha bir tiktoker həbs edildi

Sosial şəbəkələrdə əxlaq normaları ilə bir araya sığmayan informasiyaların yayımına qarşı polis tərəfindən profilaktik tədbirlər davam etdirilir. "Qafqazinfo" xəbər verir ki, növbəti tədbirlərlə "TikTok" sosial şəbəkəsində canlı yayım zamanı təhqiramiz ifadələr səsləndirən Əliqismə

12 mart
.

Ata övladları ilə birlikdə qızıla görə bacısı oğlunu döydü - MƏHKƏMƏ

Sumqayıt Apellyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Arzuman Əkbərov, onunla eyni maddə ilə ittiham edilən övladları - Razim Əkbərov və Nazim Əkbərovun (hər üçünün adı və soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. -a istinadən xəbər veri

6 mart
.

26 yaşlı oğlan ahıl qadına təcavüz edib? - Cinayət işi açıldı

Daşkəsəndə 65 yaşlı qadın seksual xarakterli təcavüzə məruz qaldığını iddia edir. "Qafqazinfo" xəbər verir ki, rayon sakini M.M. 26 yaşlı şəxs tərəfindən təcavüzə məruz qaldığını, məhkəmə tibbi ekspertizasının zorlanma faktını təsdiq etdiyini deyib. O, hüquq-mühafizə orqanlarına müraciət etdiyin

31 mart
.

Azər Qasımlıya hökm oxunub

Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlının cinayət işi üzrə məhkəməsi yekunlaşıb. -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm elan edilib, Azər Qasımlı 12 il azadlıqdan məhrum edilib. Xatırladaq ki, prokuro

11 mart