Bu məcburi köçkünlərə verilən aylıq müavinət dayandırılıb - Rəsmi
Azərbaycan Prezidentinin Fərmanına, Nazirlər Kabinetinin onun icrası ilə bağlı müvafiq qərarına əsasən, yemək xərci, kommunal və digər xidmətlər üzrə məcburi köçkünlərə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin verilməsi davam etdirilir.
Bu barədə Sonxeber.az-a Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildirilib.
Qeyd edilib ki, Füzuli və Ağdam rayonlarının vaxtilə işğala məruz qalmış və ya düşmənlə təmas xəttinə yaxın olan, 1994-cü ilin may ayında imzalanmış atəşkəs müqaviləsindən sonra dinc həyatın bərpa edildiyi yaşayış məntəqələrinə qayıdan vətəndaşlara da sosial dəstək məqsədilə vahid aylıq müavinət verilib:
"Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun 2020-ci ildə apardığı Vətən müharibəsi və 2023-cü ilin sentyabrında həyata keçirdiyi lokal antiterror tədbirləri nəticəsində təmas xətti tamamilə ləğv olunaraq əhalinin təhlükəsiz yaşaması və fəaliyyət göstərməsi təmin edilib.
Bununla əlaqədar olaraq, Füzuli rayonunun Horadiz şəhərində və 21 kəndində, Ağdam rayonunun 7 kəndində daimi yaşayan vətəndaşlara vahid aylıq müavinətin ödənilməsi 2024-cü il 1 may tarixindən etibarən dayandırılıb. Eyni qərar Cəbrayıl rayonunun işğaldan azad edildikdən sonra 2017-ci ildə bərpa olunmuş Cocuq Mərcanlı kəndinin geri qayıdıb daimi məskunlaşan sakinlərinə də şamil olunub.
Mövcud qanunvericiliyə əsasən, keçmiş məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı vaxtdan etibarən dövlət büdcəsinin vəsaiti hesabına görülən sosial müdafiə tədbirlərinin, o cümlədən vahid aylıq müavinətin verilməsinin qanunvericiliklə nəzərdə tutulan üç il müddətində başa çatması nəzərdə tutulub", - məlumatda bildiriib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1041 Tarix: 17 may 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Mayda 14 GÜN İŞ OLMAYACAQ - 2 bayramı bir gündə qeyd edəcəyik
Martda olduğu kimi, mayda da Azərbaycanda qeyri-iş günlərinin sayı çoxdur. 2026-cı ilin iş vaxtı norması və istehsalat təqviminə əsasən 9 May - Faşizm üzərində Qələbə Günü, 27, 28 may tarixləri Qurban bayramı, 28 May Müstəqillik Günüdür. Belə ki, 9 May - Faşizm üzərində Qələbə Günü şənbə gününə təsadü
5 aprelValideynlərin bu sözləri uşağın özünə inamını necə məhv edir?
Uşağı sakitləşdirmək onun emosiyalarını "silinməsi" demək deyil. Ən effektiv yol onun yanında olmaq, onu anlamaq və hisslərini ifadə etməyə kömək etməkdir. xarici mediaya istinadən xəbər verir ki, valideynlər bu cür ifadələri uşaqlarına deməsinlər. Uşaq psixoloqu və professor Sem Vass iza
6 aprelTƏCİLİ! Xəzərdə gəmilərə XƏBƏRDARLIQ EDİLDİ
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib. agentliyə istinadən xəbər verir ki, xəbərdarlığa əsasən, aprelin 5-i gündüzdən Xəzər dəniz akvatoriyasınd
5 aprelBakı metrosu martda 18 milyondan çox sərnişinə xidmət göstərib
Bu ilin mart ayında "Bakı Metropoliteni" QSC 18 269 887 sərnişinə xidmət göstərib. "Report" səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,1 % çoxdur. Ötən ay ən çox sərnişin martın 6-da daşınıb - 796 734 nəfər. Bayram günlərində mərkəz istiqamətind
4 aprelMuzeylər bu agentliyin tabeliyinə verilir
Muzeylərin fəaliyyətinə nəzarət Mədəniyyət Nazirliyinin birbaşa tabeliyindən çıxarılaraq Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə verilir. APA-ya istinadən xəbər verir ki, hazırda bununla bağlı Dövlət Xidmətində müvafiq işlər görülür. Yaxın günlərdə muzeylərin adıçəkilən xidməti
6 aprelYağış nə vaxtadək davam edəcək?
Azərbaycanda hazırda qeyri-sabit hava şəraiti aprelin-7dək davam edəcək. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Qeyd olunub ki, qeyri-sabit hava şəraitinin Bakıda və Abşeron yarımadasında aprelin 6-sı axşamadək, Azərbaycanın rayonlarında isə 7-si axşamadək davam edəcəy
6 aprelAzərbaycanda 8 mayla bağlı QƏRAR VERİLDİ
Azərbaycanda 8 May qısaldılmış iş günü olacaq. xəbər verir ki, Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, bayram günündən əvvəlki iş günü bir saat azaldılır. Bu səbəbdən 9 May - Faşizm üzərində Qələbə Günü ilə əlaqədar olaraq 8 May (cümə) ölkə üzrə qısaldılmış iş günü olacaq. Qeyd edək ki, 9 May bu i
4 aprelSabah arabir yağış yağacaq
Azərbaycanda aprelin 7-də arabir yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə az yağış yağacağ
6 aprelXəzər dənizinin səviyyəsi 20 illik azalmadan sonra sabitləşib
"Yaxın gələcəkdə Xəzər dənizinin quruması ehtimal olunmur, onun suyunun səviyyəsi isə 20 il davam edən azalmadan sonra tarazlıq vəziyyətinə çatıb". -ın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Elmlər Akademiyasının (REA) Su Problemləri İnstitutunun baş elmi işçis
4 aprel