Rəmiş kimdir? – Heç nəyin qədrini bilməyən çılğın sənətkar

Rəmiş kimdir? – Heç nəyin qədrini bilməyən çılğın sənətkarO, gitaranı Azərbaycana sevdirən adamdır. Bir az ağıllı, bir az dəli. "Rəmiş kimdi?" sualı veriləndə birmənalı cavab vermək çətindir.

Lent.az "Bioqrafiya" rubrikasında bu suala cavab axtarır. Xalq artisti, gitara ustası Rəmiş haqqında məlumatları təqdim edirik.

- Rəmişin əsl adı nədir?

Onun əsl adı Rafiq Hüseynovdur. Niyə Rəmiş adını daşıyır sualına isə bir müsahibəsində belə cavab verib:

"Onu, bunu bilmirəm. Bir onu bilirəm ki, nə qədər istəsəniz Rafiq var. Amma bircə Rəmişiniz var, özü öz qədrini bilmədi, barı siz bilin. Bir dəfə Hollandiyada yaşayan azərbaycanlılardan Ağdama gəlmişdilər ki, mənim haqqımda film çəksinlər. Bir az çəkildim, sonra dəliliyim tutdu, qaçdım onlardan. Amma bir sözləri mənə təsir etdi. Dedilər ki, qoruyun türk dünyasının tək Rəmişini. Nə var bir adamın nazıyla oynamağa. Bilirəm çətin adamam".

- Rəmiş harada və nə zaman anadan olub?

O, 1944-cü il noyabrın 14-də Ağdamın Gülablı kəndində doğulub.

- Rəmişin musiqi təhsili var?

Rəmiş ilk musiqi təhsilini Üzeyir Hacıbəyov adına orta ixtisas musiqi məktəbində tar sinfində alıb.

Rəmiş həm də tar, piano, qarmon, zərb, ud və s. Azərbaycan xalq çalğı alətlərində peşəkar şəkildə ifa edə bilirdi. Başqa musiqi təhsili almayıb. Bu barədə söz düşəndə maraqlı bir xatirə danışıb:

"Volqoqrad şəhərinə getmişdik. Musiqiçilərin yarım saatlıq pullarını verib xahiş etdik ki, gitaranı mənə versinlər bir neçə musiqi ifa edim. Bir neçə Azərbaycan və Avropa xalqlarının musiqisini ifa etdim. Bir nəfər bizim stola yaxınlaşıb harada təhsil aldığımı soruşdu. Dedim ki, qarabağlıyam. Başa düşmədi. Anlatdım ki, Bakı, Azərbaycan. Tərcüməçi başa saldı ki, bu İtaliyadan gəlmiş qonaqdır, sən gitarada çalarkən bu həyat yoldaşı ilə mübahisə edib. Həyat yoldaşı deyib ki, sən Neapol Musiqi Akademiyasının yetirməsisən. O hadisə heç vaxt yadımdan çıxmır. Sən deyən yüksək musiqi ixtisasım yoxdur".

- Rəmiş neçə dəfə ailə qurub?

Rəmiş üç dəfə ailə həyatı qurub. Sonuncu həyat yoldaşı Güllü Hüseynovadır.

- Rəmiş gitara çalmağa necə başlayıb?

Bu sualın cavabını da o maraqlı şəkildə verib:

"Tar çalmağa həvəsim olub. Lakin dolanmaq da lazımdır. Gördüm ki, bizi toya aparan musiqiçilər tara, qoşa nağara kimi yarım pay bölürlər. Mən də onların acığına pulu özüm bölmək üçün toylara gitaraçı kimi getdim. Lovğalıq olmasın, özümdən sonra bir məktəb yaratdım. Beləliklə, gitaraya elə bağlandım ki, qollarımı onsuz təsəvvür edə bilmirəm. Məndən sonra çoxları gitaraya meyl etdi, çala bildi, bilmədi, demirəm, amma heç kim Rəmiş olmadı və ola da bilməyəcək".

- Rəmişin ölümündən sonra onun gitarası kimə qalıb?

Bu suala da özü ninün dilindən cavab verək:

"Mənim indiyədək özümün heç gitaram da olmayıb. Onunkunu, bununkunu alıb toylara getmişəm. Pulum qurtaranda da dəyər-dəyməzinə satmışam gedib. Bir sözlə ürəyim necə istəyibsə, eləcə də yaşamışam. Bu olar, bu olmaz bilməmişəm".

- Rəmiş narkotik istifadəçisi olub?

Bəli. Ömrünün sonuna qədər narkotik maddə istifadəçisi olub və buna görə çox maddi itkilərlə üzləşib. "Mənim həyatımı o puç etdi. Ailə yox, ev yox, var-dövlət yox. Hamısına bais o zəhrimardır. Lakin bir onunla təsəlli tapıram ki, Rəmiş sənəti qalacaq bu dünyada" deyərmiş.

- Rəmişin dini inancı var idi?

Deyirmiş ki, kafir deyiləm, inanıram: "Lakin inanın ki, ən çox inandığım, barmaqlarımdır. Mənim inamım da, varım-yoxum da, Məkkə-Mədinəm də gitaramın simləridir".

- Rəmiş nə zaman fəxri ad alıb?

2008-ci ildə Əməkdar artist , 2014-cü ildə isə Xalq artisti fəxri adına layiq görülüb.

- Rəmiş hansı sənətkarları müşayiət edib?

Rəmiş məclislərdə Qədir Rüstəmovu, Rübabə Muradovanı, Yaqub Məmmədovu, Səxavət Məmmədovu gitarada müşayiət edib.

- Rəmiş nə zaman vəfat edib?

Rəmiş 5 aprel 2021-ci ildə müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Sənətkar "Qurd qapısı" qəbiristanlığında dəfn edilib.

- Rəmiş və xanəndə Qədir Rüstəmov bir-birlərindən küsülü olub?

Xeyr. Əksinə onlar dost olublar. Qədir Rüstəmovun sənət aləminə gəlməsinə Rəmiş səbəb olub.

O bu barədə bir müsahibəsində belə danışmışdı: "Qədirlə bir yerdə çox toylarda çalmışam. Kimi dindirirsən deyir ki, Qədirlə Rəmiş yola getmir. Niyə, nə şərikli malımız var ki, bölə bilməyək? Başına döndüyüm Azərbaycanın musiqi dəryasından bir parç o götürüb, birin də mən. Qədiri ilk dəfə rəhmətlik Əhsən Dadaşovun yanına mən aparmışam. Dedim, Əhsən müəllim, bu oğlanın səsini yoxla. Düzü əvvəl rəhmətlik inamsız yanaşdı Qədirə.

Qədir də tükü-tükdən seçən həssas adam. Üç dəfə ansambla ayaq verdi, Qədir oxumadı. Əhsən müəllim fasilə verib "Şur" üstə tarda özü üçün elə-belə gəzişdi. Birdən Qədir başladı, nə başladı. İçəri girdim ki, qəbri nurla dolmuş gözəl kişi, müqəddəs kişi dəsmalın gözünə sıxıb hönkür-hönkür ağlayır. Dedi, a bala, bu insan səsi deyil, ilahi bir şeydir".

- Rəmiş kasıb olub?

Yox. O sadəcə pulunun qədrini bilməyib. Bu barədə özü belə deyirdi: "Məni bir gündə min manat pul girləmir. Neyləyim, mən də belə bədbəxtəm. Pulsuzlayanda Ağdamdan oturmuşam maşına, getmişəm Bakıda böyük qardaşım Vaqifdən üç yüz manat pul alıb onun iki yüzün maşına vermişəm. Bir adama ağız açmamışam, hamı elə bilib ki, milyonlarım var. Nə özümün qədrini bilmişəm, nə də qazandığımın. Yekəlik olmasın, əlimə düşəni yığsaydım bir məmləkəti saxlayardım".


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 2189   Tarix: 17 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

CeyLoya bənzərliyi ilə gündəm oldu - Fotolar

ABŞ-nin Minnesota ştatında oğurluq ittihamı ilə saxlanılan 35 yaşlı Sirena Enn Kuastın polis tərəfindən çəkilmiş fotosu sosial mediada böyük marağa səbəb olub. Səbəb isə onun məşhur müğənni və aktrisa Cennifer Lopezi xatırlatmasıdır. "Qafqazinfo"nun xəbərinə görə, hadisə Montiçello şəhərind

18 sentyabr
.

"Kurtlar Vadisi Pusu" ilə bağlı da istintaq başladılıb - VİDEO

Türkiyənin keçmiş MİT müşaviri Kaşif Kozinoğlunun həbsxanada şübhəli ölümü ilə bağlı araşdırma çərçivəsində "Kurtlar Vadisi Pusu" serialı da istintaq obyektinə çevrilib. İstanbul Respublika Baş Prokurorluğu serialdakı bəzi səhnə və simvolların mümkün əlaqələrini araşdırır. xarici mediaya istinadl

17 sentyabr
.

Afra Saraçoğlu barəsində yayılan saxlanılma xəbərinə aydınlıq gətirdi

Türkiyədə məşhurlara qarşı aparılan narkotik istintaqı çərçivəsində haqqında saxlanılma qərarı verildiyi bildirilən aktrisa Afra Saraçoğlu barəsində yayılan xəbərlərə münasibət bildirib. xarici mediaya istinadla xəbər verir ki, Bakırköy Respublika Baş Prokurorluğunun cəmiyyətin sağlamlığı və təhlükəsizliyin

18 sentyabr
.

Məşhur modelyer 63 yaşını xüsusi video ilə qeyd etdi - VİDEO

Məşhur modelyer Biricik Suden 63-cü yaşını sosial media hesabında paylaşdığı xüsusi video ilə qeyd edib. xarici mediaya istinadla xəbər verir ki, Mazhar Alansonun həyat yoldaşı olan Suden videoda idman geyimində kamera qarşısına keçib. Onun enerjili hərəkətləri və formada görünüşü diqqət çəkib. Studiy

18 sentyabr
.

10 milyonluq əməliyyatın nəticəsi - Ebru Gündeşin son halı gündəm oldu

Türkiyənin məşhur müğənnisi Ebru Gündeş estetik əməliyyatdan sonra yeni görünüşü ilə gündəmə gəlib. yerli KİV-ə istinadla xəbər verir ki, müğənninin əməliyyatdan sonra çəkilən fotolarında üzündəki dəyişiklik diqqətdən yayınmayıb. Onun yeni görünüşü sosial şəbəkələrdə də müzakirələrə səbəb olub. 51 yaşl

27 sentyabr
.

Psixiatriya xəstəxanasına yerləşdirildiyi deyilən Elşad Xose ilk dəfə görüntüləndi - FOTO

Bir neçə ay əvvəl sosial şəbəkələrdə və bəzi xəbər saytlarında tanınmış repçi Elşad Xosenin səhhətinin ağırlaşdığı və onun Maştağada yerləşən Respublika Psixiatriya Xəstəxanasına yerləşdirildiyi barədə iddialar yayılmışdı. Respublika Psixiatriya Xəstəxanası yayılan iddiaları təkzib etsə də, Səhiyyə Nazirliy

13 sentyabr
.

Alim Qasımovun 1 milyon manatlıq duet iddiasına cavabı: "Bir Allah şahiddir ki..."

Xalq artisti Alim Qasımov müğənni Üzeyir Mehdizadə ilə ifa etdiyi "Bu dünyanın nəyindən narahatsan"duetinə görə 1 milyon manat aldığı barədə yayılan məlumatlara aydınlıq gətirib. Alim Qasımov Qaynarinfo-ya açıqlamasında duetinin ərsəyə gəlməsində hər hansı maddi qarşılıqdan söhbət getmədiyin

22 sentyabr
.

"11 yaşımda ana oldum, mən böyümədim" - Xalq artisti

Xalq artisti Xalidə Quliyeva uşaqlıq illərindən və valideynlərini itirməsindən danışıb. xəbər verir ki, aktrisa bu barədə "Xəzər axşamı" verilişində söhbət açıb. O, 10 yaşında anasını, universitetə qəbul olduğu il isə atasının vəfat etdiyini bildirib:. "10 yaşımda anam dünyasını dəyişmişdi

25 sentyabr
.

Həmin obraz ona verilmişdi - Etirazlardan sonra dəyişiklik

Xəbər verdiyimiz kimi, aktyor Serhat Mustafa Kılıçın ölümündən sonra "Teşkilat"dakı rolu həmkarı Savaş Özdemirə həvalə edilib. Axşam.az-ın məlumatına görə, sosial media izləyiciləri yayım şirkətinin bu addımını tənqid edib və Serhatın ruhuna hörmətsizlik kimi qəbul ediblər. Onlar səhhətindək

13 sentyabr